Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah tədbirlərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.
V.V.Verasayev,
məşhur həkim, yazıçı
Son zamanlar yeni iş yerlərinin açılması, tikinti-quruculuq işlərinin sürətlə getməsi rayonumuzun əsaslı şəkildə inkişafına təkan vermişdir. Buna nümunə olaraq uşaq xəstəxanasının yanında açılan “Diaqnostik Tibb Mərkəzi”ni göstərmək olar. Bu sağlamlıq ocağının baş həkimi Mehdiyev Ramiz Bağır oğludur. Öncə bu xəstəxananın səliqə-səhmanı nəzərimi cəlb etdi. Daha ətraflı »
-
20FevSəhiyyə KÖRPƏLƏRƏ QAYĞI üçün şərhlər bağlıdır
Teqlər: Səhiyyə
-
30YanSəhiyyə QƏLBLƏRDƏ YAŞAYAN HƏKİM YUSİF XUDİYEV üçün şərhlər bağlıdır
“Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə–insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibb xidmətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.”
Heydər ƏLİYEV
Mənim fikrimcə, müəllimlik qədər müqəddəs və ən məsuliyyətli peşə həkimlikdir. Onu da unutmaq lazım deyil ki, Hippokrat andı yalnız həkimlik sənətinə aiddir. Həkimlər insanın dostu, ailəsindən sonra problemini bölüşə biləcəyi ikinci insanlardır. Uşaqlıqdan çoxları həkim peşəsinə yiyələnməyi arzu edir. Tarixən ən dəyərli peşələrdən biri olan həkimlik ən çətin sənətdir. Hətta dahi şair Nizami Gəncəviyə hər bir elmi bildiyinə görə XII əsrin həkimi deyiblər. Daha ətraflı »Teqlər: Səhiyyə
-
18YanSəhiyyə QİÇS-lə MÜBARİZƏ HAMININ İŞİDİR üçün şərhlər bağlıdır
QİÇS–qazanılmış immun çatışmazlığı sindromu olan xəstəlik insanların HİV və ya İİV (insan immunçatışmazlığı virusu) virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immunmüdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-lə vəfat edənlərin sayı milyonlarladır. Azərbaycanda da bu virusa yoluxan və ölənlərin sayı minlərlədir. İnsanların bu təhlükədən qorunması üçün İİV haqqında məlumatlı olması çox gərəklidir. Bunun üçün Azərbaycan səhiyyəsi bir sıra proqramlar, tədbirlər keçirməklə, ən başlıcası Respublika QİÇS-lə Mübarizə Mərkəzi yaratmışdır. Bu Mərkəzin 13 bölgədə HİV-diaqnostika laboratoriyaları fəaliyyət göstərir ki, virusa yoluxmanın aşkarlanmasında əsas rol oynayır.
İnsan həyatına son qoyan bu xəstəlikdən qorunmaq üçün ilk növbədə virusa yoluxma yollarını bilmək vacibdir. İİV-in ötürülməsi cinsi yolla və xəstə qanın sağlam qana təması ilədir. Belə ki, cinsi əlaqə, anadan uşağa (hamiləlik, doğuş, ana südü ilə qidalanan) qeyri-steril iynə, şpris və digər ləvazimatların birgə və təkrar istifadəsi zamanı(əksər hallarda infeksion narkotik yeridilməsi) manikür, pedikür, tatuaj, pirsinq edərkən qeyri-steril ləvazimatlar istifadəsi, istifadə edilmiş və üzərində qan qalıqları olan bərbər alətlərinin, diş fırçasının təkrar istifadəsi zamanı yoluxma baş verir.
İİV nəfəs ilə, əl verib görüşmək, qucaqlaşmaq, öpüşməklə, ev və ofis əşyalarının birgə istifadəsi, ictimai nəqliyyatdan, hovuz, hamam, ayaq yolundan istifadə zamanı qida və su vasitəsi ilə, həşaratların sancması ilə keçmir.
İİV-ə yoluxmanı aşkar etmək üçün yeganə üsul–xüsusi laborator müayinədən keçməkdir.
İİV-infeksiyasının hələ ki, radikal müalicəsi yoxdur, lakin ARV-preparatlarının tətbiqi nəticəsində virusun aktivliyi və immun sistemə göstərdiyi mənfi təsiri azaltmaq, İİV-infeksiyasının inkişafının və QİÇS mərhələsinə keçməsini ləngitmək mümkündür.
Xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən daha asandır. Odur ki, bütün insanları İİV-virusuna qarşı mübarizədə birgə olmağa çağırırıq.İradə HÜSEYNOVA
Tərtər RMX-nin yoluxucu xəstəliklər şöbəsinin müdiriTeqlər: Səhiyyə
-
20DekSəhiyyə MÖVSÜMİ XƏSTƏLİKLƏR üçün şərhlər bağlıdır
Həkim məsləhəti
Bildiyimiz kimi ilin 4 fəsli var: Yaz, yay, payız, qış. Mən bu fəsillərdə baş verən mövsümi xəstəliklərdən sizə az da olsa məlumat vermək istərdim.
Yazın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə öz fəallığını daha da artırır. Nəticədə həmin şəxslərdə ilk baxışdan qripə bənzər xəstəliklər baş qaldırır. Xəstəliklərin ümumi əlamətləri temperatur, halsızlıq və bədənin müxtəlif orqanlarında ağrılarla müşahidə olunsa da, əslində diqqətli olmaq lazımdır. Çünkü bu əlamətlər başqa bir xəstəliyin carçısı da ola bilər. Bu kimi önəmli əlamətlər lazımı diqqət yetirilmədiyi hallarda sonradan ciddi problemlər yarada bilər.
Yay fəslində ən çox yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsi ilə keçə bilər. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Mədə-bağırsaq xəstəlikləri zamanı ishal, yüksək tempe-ratur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşayiət olunur. Daha ətraflı »Teqlər: Səhiyyə
-
20DekSəhiyyə GAVALININ XEYRİ üçün şərhlər bağlıdır
Gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 qram gavalını 0,7 litr suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edilir. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızıl gül ləcəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır. İbn Sina qeyd edir ki, gavalı əzilib, dəri üzərindəki yara və dəmrova çəkilsə, fayda vermiş olar. Gavalı yarpaqlarının həlimi ilə ağızı yaxalasanız, boğazdakı iltihab dilçəyə və badamcığa gəlib çıxa bilməz. Gavalı kitrəsindən hazırlanan məlhəm gözün nurunu möhkəmlədir. Şirin gavalı ödü qovur. Gavalı kitrəsini su ilə qatıb içilsə, sidik kisəsindəki daşları parçalayır.
Teqlər: Səhiyyə
-
21NoySəhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır
ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN SAYI ARTIB
2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi hesab olunur.
Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Bu gündə ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
Dünyanın bir çox ölkələrində diabet göstəricilərinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Daha ətraflı »Teqlər: Səhiyyə
-
19OktSəhiyyə BU BƏLA İLƏ HAMILIQLA MÜBARİZƏ APARILMALIDIR üçün şərhlər bağlıdır
ƏN YAXŞI HƏLL YOLU NARKOTİKƏ TOXUNMAMAQDIR
Hamı narkotikin necə ziyanlı olduğu barədə bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı çox sürətlə artır. Görünür, narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamlarda var. Mənim məqsədim bir həkim olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Tibbi təcrübə göstərir ki, narkomaniyadan müalicə olunmaq çox çətindir. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başalyır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur. Narkotikdən can qurtarmaq güclü iradə və uzun vaxt tələb edir. Buna görə ən yaxşı həll yolu narkotikə toxunmamaqdır. Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya orqaniz-min zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Daha ətraflı »
Teqlər: Səhiyyə
-
20AvqSəhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.
Aksiyada 165 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara yardım etmək hər birimizin vətəndaşlıq borcudur. Daha ətraflı »Teqlər: Səhiyyə
-
10AvqSəhiyyə ÇAĞIRIŞIMIZA TƏLƏSƏNLƏR üçün şərhlər bağlıdır
Peşəmizdən, çalışdığımız sahədən asılı olmayaraq hər birimizin qarşısında bir məqsəd durur–məsuliyyətli olmaq, xalqa xidmət etmək. Bu, hər bir bəşər övladının müqəddəs vəzifəsidir. Lakin elə insanlar da var ki, onlar bədbəxt hadisələr zamanı, canımızın ağrı-acılı anlarında, qəfləti qəzalarla qarşılaşanda köməkçimizə çevrilərək, hər kəsi düçar olduğu bədbəxtliyin və ya ağrı-acının cəngindən almağa çalışar, həyatda yaşamamıza səbəb olarlar. Bu insanlar “Təcili yardım”ın işçiləridir. Bu sahənin nümayəndələri ümid yerimizə çevrilir, əlac tapmağımıza səbəb olurlar.
Çox uzağa getməyək, elə öz rayonumuzda çalışan, çağırışımıza özlərini vaxtında çatdıran “Təcili yardım” şöbəsi ilə bir anlıq tanış olaq .
Müsahibim “Təcili yardım” şöbəsinin müdiri Gülsarə Camalovadır. Sadəliyi, səmimiliyi ilə fərqlənən həkimlərimizdən biridir. O, təcrübəli bir həkim olmaqla yanaşı ona müraciət edənlərin etimadını qazanıb. Hər bir çağırışda göstərdiyi ilk yardım, həmişə öz müsbət nəticəsini verir. Çalışdığı kollektivdə səmimi bir mühitin yaranmasına nail olub.
Daha ətraflı »Teqlər: Səhiyyə
-
10AvqSəhiyyə HƏKİM MƏSLƏHƏTİ üçün şərhlər bağlıdır
DONDURMA:ONUN XEYİRLİ VƏ ZƏRƏRLİ TƏRƏFLƏRİ
Dondurma dünyanın ən sevimli desertlərindəndir. Bu desert haqqında çoxlu müxtəlif fikirlər var. Müəyyən olunmuşdur ki, dondurmanı ilk dəfə Avropada hazırlamışlar və bunun xususi sirləri vardır. Bu sirlər pillə-pillə bütün dövlətlərə yayılmış və geniş şəkildə istifadə olunmağa başlamışdır. Get-gedə desertin hazırlanması təkmilləşdirilmiş və daha dadlı olan yağlı dondurmalı “plombir” adı ilə hazırlanmağa başlanmış və hal-hazırda da çox ləzzətlə yeyilir.
Dondurma isti havaların bir nömrəli qidası hesab olunur. Bu dondurmaların hazırlanması üçün vacib olan süd və süd məhsullarından istifadə olunur. Sərinləmək üçün yeyilən dondurmanın insan sağlamlığında əhəmiyyətli rolu vardır. Belə ki, dondurmanın tərkibində A, D, E və B qrupu vitaminləri, həmçinin maqnezium, fosfor, sodium, dəmir və sink kimi minerallar vardır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havada deyil, müntəzəm olaraq istifadəsi uşaqlarda bəzi vitaminlərin çatışmazlığını da aradan qaldıra bilər.
Daha ətraflı »Teqlər: Səhiyyə
Yeni ismarıclar