30İyn
SƏHİYYƏ İŞÇİLƏRİNİN BİR QRUPU
MÜKAFATLANDIRILDI
Tərtərdə fəaliyyət göstərən rayon mərkəzi, Azadqaraqoyunlu, Bəyimsarov kənd xəstəxanalarında, habelə 14 həkim və 22 kənd tibb məntəqəsində hazırda 106 nəfər həkim, 365 nəfər orta tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Rayonda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə rayon mərkəzi xəstəxanasının və poliklinikanın, Bəyimsarov kənd xəstəxanasının və Qazyan kənd həkim məntəqəsinin binaları əsaslı təmir edilib, cəbhə xəttində yerləşən Qapanlı kəndində yeni həkim məntəqəsi inşa olunub.
Bu faktlar tibb işçilərinin peşə bayramına həsr olunan mərasimdə səsləndirilib.
Səhiyyə işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər qoyub, dahi rəhbərə ehtiramlarını bildiriblər. Daha ətraflı »
Teqlər: Səhiyyə
30May
Həyatda peşələr çoxdur və hamısı da gözəldir.
Yer üzünün əşrəfi sayılan insanların sağlamlığı keşiyində duran həkimlik peşəsi daha şərəflidir. Fəxriyyə Allahverdiyeva belə həkimlərdəndir.
Fəxriyyə xanım orta təhsilini 1983-cü ildə Tərtər şəhər 1 saylı tam orta məktəbdə alıb. 1985-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1991-ci ildə isə oranı bitirib. Bir il internaturada oxuduqdan sonra təyinatla Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlib. 1993-cü ildən indiyədək endokrinoloq (şəkər və zob xəstəliyi həkimi) işləyir. 25 ildir ki, insanların sağlamlığına xidmət edir.
Fəxriyyə xanım işinin öhdəsindən bacarıqla gəlir. Onu rayonda hamı peşəsini yaxşı bilən bir həkim kimi tanıyır, hörmətini saxlayır.
Fəxriyyə xanım deyir ki, son zamanlar şəkər xəstəliyi təkcə yaşlı insanlar arasında deyil, həm də uşaqlar arasında çoxalıb. Bunu əsrin xəstəliyi də adlandırmaq olar. Daha ətraflı »
Teqlər: Digər, Səhiyyə
12Apr
İSLAHATLAR ÖZ SƏMƏRƏSİNİ VERİR
Ümumdünya Səhiyyə Təşkilatı-Səhiyyə Təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.
Üzv dövlətlərin sayı 190-dır. Ümumdünya Sağlamlıq Təşkilatının əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
Dərin təfəkkürə malik olan Ümummilli Liderimiz Heydər Əliyev 1995-1996-cı illərdən etibarən bütün sahələri əhatə edən əsaslı islahatların aparılmasına göstəriş verdi. Daha doğrusu, müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq ölkədə köklü islahatların aparılması zərurəti yaranmışdır. Bu üsul Azərbaycan üçün yeni olsa da, Heydər Əliyevin düzgün siyasi kursu ölkəmizə uğur gətirdi. Daha ətraflı »
Teqlər: Səhiyyə
07Mar
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq hər il ferval ayının 15-dən may ayının 1-dək respublikamızın əhalisi pulsuz olaraq tibbi müayinədən keçirilir. Bu sahədə rayonumuzda görülən işlər barədə ətraflı məlumat almaq məqsədilə rayon mərkəzi xəstəxanasında olduq. Baş həkimin müavini Sevda Əliyeva ilə görüşdük. Həkim bildirdi ki, bu aksiya rayonumuzda mütəşəkkilliklə keçirilir. Ötən illərdə olduğu kimi bu il də çalışacağıq ki müayinədən keçməmiş insanlar qalmasın.
Müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Tibb məntəqələrində iş cədvəli tərtib olunub. Daha ətraflı »
Teqlər: Səhiyyə
27Fev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 1-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb.
Bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılıb. Cədvəl əsasında rayon mərkəzi xəstəxanasının tibb işçiləri fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlayıblar.
Ümumilikdə, tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 58 min 366 nəfərin keçməsi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında olub, tibb işçiləri və müayinəyə gələnlərlə görüşüb.
“Yeni Tərtər”
Teqlər: Səhiyyə
09Yan
Qrip–müxtəlif tip viruslar tərəfindən törədilən, əsasən ümumi intoksikasiya, əlamətləri, qısa qızdırma dövrü və yuxarı tənəffüz yollarının kəskin iltihabı ilə gedən xəstəlikdir. Xəstəliyin mənbəyi qripə yoluxmuş şəxslərdir.
Xüsusilə xəstəliyin ilk günləri tənəffüz yollarının seliyi ilə çoxlu virus öskürək, asqıraq və danışıq zamanı 1,5-2 m, məsafəyə yayılaraq sağlam şəxsləri asanlıqla yoluxdurur. Xəstəliyin sürətlə yayılması virusun hava-damcı yolu ilə asan keçməsi və orqanizmin qrip infeksiyasına qarşı yüksək dərəcədə həssaslığı ilə izah etmək olar.
Qripin gizli dövrü bir neçə saatdan 3 günə qədər çəkə bilər. Xəstəlikdə əsasən 2 sindrom intoksikasıya və tənəffüs yollarının iltihabı əsas yer tutur. Xəstəlik qəflətən başlayır. Güclü titrətmə, ya üşütmədən sonra dərhal temperatur yüksək dərəcəyə qalxır. İlk saatlarda şiddətli baş ağrısı, zəiflik, halsızlıq, əzələlərdə, sümüklərdə və iri oynaqlarda sızıltılı ağrı əmələ gəlir. Xəstələnəndə baş gicəllənmə, bəzən bayılma halları, qusma, iştahsızlıq, ağızda quruluq, yanğı əmələ gəlir. Hemorargik əlamətlər–burun qanaxması, diş ətindən qanaxma qeyd edilir. İlk günlərdən xəstədə burun tənəffüsünün çətinləşməsi olur, boğazı quruyur, qaşınır, quru öskürək, döşün arxasında göynəmə, ağrı əmələ gəlir. Daha ətraflı »
Teqlər: Səhiyyə
09Yan
ÜMUMDÜNYA QİÇS-lə MÜBARİZƏ GÜNÜ
XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS–Qazanıl- mış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS in-sanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik–bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.
Bir sıra Avropa ölkəsində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, həmin mərəzə tutulanlara tibbi, maddi və digər yardımlar göstərilir. Ancaq bu xeyirxah səylər bəzən lazımi effekti vermir. Belə ki, cəmiyyətin özündən gələn müxtəlif paradokslar da baş verir. Bu yaxınlarda aparılan araşdırmalar maraqlı bir faktı ortaya çıxardı: bir çox QİÇS daşıyıcısı özünü bilərəkdən belə bir mərəzə yoluxdurur ki, maddi vəziyyətini “düzəldə” bilsin. Özü də belə “xəstələr”in sayı o qədər də az deyil. Gördüyünüz kimi, cəmiyyətin atdığı müsbət addımlar bəzən nə ilə nəticələnə bilir…
Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir. Daha ətraflı »
Teqlər: Səhiyyə
27Dek
Səhiyyə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.
Aksiyada 200-ə yaxın insan qan verib
Teqlər: Səhiyyə
28Noy
ASTMA
4 cay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gecəni saxlayırlar və süzürlər.Ondan gündə 3 dəfə 1/2 stəkan icirlər. Bu bitkinin çiçəklərini də istifadə etmək olar: 2 xörək qaşığı çiçəyin üzərinə ev temperaturunda 2 stəkan su tökərək 1 saat saxladıqdan sonra süzürlər. Ondan gundə 3- 5 dəfə 1/2 stəkan içirlər. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gundə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər.
Teqlər: Səhiyyə
28Noy
Dəmrovotu otundan 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gundə 2 dəfə səhər və axşam yeməyə İ5-20 dəqiqə qalmış 1/4-1/2 stəkan icmək lazımdır.
Aprel-may aylarında cavan ciyirtkanı ustdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda doğrayırlar, 1 litrlik bankaya yığırlar və uzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn covhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə verirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla, həmcinin sakitləşdirici bir dərmandır.
Teqlər: Səhiyyə
Yeni ismarıclar