04Sen
Nəticələr qənaətbəxşdir
2014-2015 ci tədris ilində rayon üzrə orta məktəbləri 692 nəfər şagird bitirib. Onların 331 nəfəri ali məktəblərə sənəd verib. Həmin şagirdlərin 168 nəfəri qəbul olub.
Builki qəbulda məzunlardan 6 nəfəri 600-dən çox, 16 nəfəri isə 500-dən çox bal toplayıb. 600-dən çox bal toplayan şagirdlər İsmayılbəyli kənd tam orta məktəbindən Mahmudova Aytac Nofəl qızı (III qrup üzrə) 652 bal, Bəyimsarov kənd tam orta məktəbindən Əsədova Türkan Münasib qızı (I qrup üzrə) 638 bal, şəhər 2 saylı məktəb-liseydən Atayeva Əsmər Seyfulla qızı (III qrup üzrə) 619 bal, Güləbatlı kənd tam orta məktəbindən Şükürlü Əsmər Vüqar qızı (III qrup üzrə) 613 bal, Umudlu kənd tam orta məktəbindən Nəzərov Qoşqar İlham oğlu (III qrup üzrə) 612 bal, Güləbatlı kəbd tam orta məktəbindən Abbaslı Pərvanə Etibar qızı (III qrup üzrə) 600 bal toplamışlar. Bu il 500-dən çox bal toplayan şagirdlərin sayı ötən illə müqayisədə 11 nəfər çoxdur.
Şəhər 1 saylı tam orta məktəbdən 24 nəfər, şəhər 5 saylı tam orta məktəbdən 13 nəfər, şəhər 2 saylı məktəb–liseydən 10 nəfər, Sarov kənd tam orta məktəbdən 10 nəfər, Hacıqərvənd və Söylən məktəblərinin hər birindən 8 nəfər, Azadqaraqoyunlu məktəbindən 6 nəfər şagird ali məktəblərə qəbul olunmuşlar.
Ötən illərin məzunları ilə birlikdə bu il ali təhsil müəssisələrinə daxil olanların sayı 180 nəfərdir.
Əksipara, Köçərli və Mamırlı kənd tam orta məktəblərinin builki məzunlarından ali məktəblərə 1 nəfər də qəbul olmayıb.
Daha ətraflı »
Teqlər: Təhsil
26Avq
Həyatda peşələr çoxdur. Onların hamısı yaxşı, hamısı gərəklidir. Ancaq insanlar arasında sorğu keçirilən zaman əksər çoxluq müəllim adının üstündə dayanır. Ona görə ki, bütün peşələrin ibtidaisi müəllim əməyi ilə başlayır. Hər bir uşaq birinci sinifə gedəndə onun əlindən tutub ana, vətən sözlərini yazdıran müəllimdir. Bu baxımdan hər bir müəllimin uşaqların, onların valideynlərinin ürəyində öz yeri olur. Hər bir insan ilk müəllimini heç vaxt unutmur., yaddan çıxarmır… Daha ətraflı »
Teqlər: Təhsil
15İyl
Hər il olduğu kimi bu il də ümumtəhsil məktəblərində yüzlərlə şagird IX və XI siniflər üzrə buraxılış imtahanları verdilər.
Imtahanların ilkin nəticələri barədə rayon təhsil şöbəsindən məlumat aldıq.
Məlumatda bildirilir ki, rayonun 44 ümumtəhsil mü-əssisəsində IX siniflər üzrə 801 nəfər, 34 tam orta məktəblərində isə XI siniflər üzrə 675 nəfər şagird buraxılış imtahanları verib.
Imtahanlar mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılıb. IX siniflərdə “ana dili” və “riyaziyyat”, XI siniflərdə isə “ana dili”, “riyaziyyat” və “xarici dil” fənləri üzrə buraxılış imtahanları keçirilib. Daha ətraflı »
Teqlər: Təhsil
02İyl
QAYĞIKEŞ MÜƏLLİM–ANA
Müasir cəmiyyətimizdə az-az sahələr tapılar ki, qadın əməyindən istifadə olunmasın. Qadın təhsildə, səhiyyədə, hüquq orqanlarında, kənd təsərrüfatında yorulmaq bilmədən çalışır. O, həm də ailə idarə edir, anadır. Belə analardan biri də müəllim–ana Kifayət Kərimovadır.
Kifayət müəllim şəhər 3 saylı orta məktəbdə çalışır. O, ömrünün 35 ilini şagirdlərin təlim–tərbiyəsinə həsr edib. Üstəlik də evinin həm kişisi, həm qadını olub. Həyat yoldaşı Sabir 1992-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə (keçmiş Mardakert) rayonunda avtomobil qəzasında həlak olmuşdur. Ona görə də ailənin qayğısı və məsulliyəti Kifayət müəllimin çiyinlərinə düşmüşdür. Bu günlərdə onunla görüşüb müəllim-ana kimi fikirlərini öyrənmək qərarına gəldim. Daha ətraflı »
Teqlər: Təhsil
12İyn
May ayının 29-30-da rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Cari tədris ilində tam orta məktəblərini 693, ümumi orta məktəblərini isə 801 şagird bitirdi. Məzunlardan 338 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də “Son zəng” tədbirinə qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının meydana gətirilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Şəhər 1 saylı tam orta məktəb
Məktəb bayramsayağı bəzədilmişdir. Üzlərdən sevinc, təbəssüm oxunurdu. Çünki məktəbdə “Son zəng” tədbiri keçirilirdi. Mərasimdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbiri məktəbin direktoru Nəcibə Muradova açaraq toplaşanları “Son zəng” münasibətilə təbrik etdi. Sonra onbirincilərin tərtib etdikləri bədii nümunələr ifa olundu. İlk Avropa Oyunlarının rayonumuzdakı məşəldarlarından beş nəfəri məhz 1 saylı tam orta məktəbin yetirmələri olduğu üçün burada məşəl şölələndi. Tədbir böyük coşğu ilə keçirildi. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxışında məktəbin builki 57 məzununa, onların on bir ildə əziyyətini çəkmiş müəllimlərinə və valideynlərinə xoş arzularını bildirdi. Daha ətraflı »
Teqlər: Təhsil
12İyn
“Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın”
Bu misraların müəllifi XX əsr Azərbaycan poeziyasının novator şairi Rəsul Rzadır. Ulu Öndər Heydər Əliyev şair haqqında demişdir: “Rəsul Rza zəngin milli ədəbi ənənələrdən istifadə edərək Azərbaycan poeziyasında novator şair kimi çıxış etmiş, Azərbaycan poeziyasını zənginləşdirmişdir.” Məhz buna görə də illər ötdükcə, onun yaradıcılığı öz aktuallığını itirmir və sevilə-sevilə oxunur.
Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində şairin anadan olmasının 105 illiyi münasibətilə “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirilmişdir. Daha ətraflı »
Teqlər: Təhsil
12İyn
Şəhər 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ri-yaziyyat gecəsi” keçirilmişdir. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Sinif rəhbərləri Sevda Vəliyeva və Samirə Həsənova çalışmışlar ki, bu tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əli-yevin həyatının unudulmaz səhifələri, onun Azərbaycana, öz xalqına olan dərin məhəbbəti, gənclərə, onların maarifləndirilməsinə göstərdiyi qayğı barədə daha ətraflı məlumat alsınlar. Daha ətraflı »
Teqlər: Təhsil
16May
Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzinin işçiləri şəhər 6 saylı tam orta məktəbində peşəyönümü ilə əlaqədar tədbir keçirdilər.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açaraq peşəyönümü ilə əlaqədar ətraflı məlumat verdi. Daha ətraflı »
Teqlər: Təhsil
16May
Tərtər rayon Gənclər və İdman İdarəsi və Tərtər Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında “Bilik yarışı” keçirilmişdir.
Yarış iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra türk dünyasının dahi siyasətçisinin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Daha ətraflı »
Teqlər: Təhsil
11Apr
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının nümayəndələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində “Müəllim bilik, bacarıq və peşəkarlığı ilə təlim-tərbiyə prosesində əsas simadır” mövzusunda Tərtər şəhər 1 saylı tam orta məktəbində seminar keçirmişlər. Seminarda rayonun bir sıra məktəblərindən 100-ə yaxın müəllim iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Tərtər rayon Təhsil Şöbə-sində metodkabinetin direktoru İntiqam Nuruyev açdı. Daha ətraflı »
Teqlər: Təhsil
Yeni ismarıclar