BİZİM QADINLAR
Qarşımda bir dissertasiyanın avtoreferatı var. Onun müəllifi həm-yerlimiz, filologiya üzrə fəlsəfə doktoru İlahə Zabil qızı Əliyevadır. Mövzu belədir: “İngilis və Azərbaycan dillərində nitq etiketlərinin struktur-semantik xüsusiyyətləri.” Avtoreferatın üstündə müəllif tərəfindən yazılmış sözlər diqqətimi cəlb etdi: “Ömrümü borclu olduğum və qarşılarında baş əydiyim valideynlərimə müəllifdən böyük ehtiram və sevgi ilə!” Mənə elə gəlir ki, hər bir valideyn övladını böyüdərkən məhz bu arzu ilə yaşayır: nə zamansa zəh-mətinin bəhrəsini görsün, uşağı ilə qürur duysun . İlahə xanımın valideynləri kimi.
Zabil ata ilə söhbət edirəm. Öyrənirəm ki, İlahə xanım ailənin sonbeşiyi, üç uşağın kiçiyi və deməli, ən sevimlisidir. 1996-cı ildə şəhər 1 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinə daxil olub və 2000-ci ildə ingilis dili müəllimi kimi öz doğma mək-təbində fəaliyyətə başlayıb. Gənc müəllimin savadı, səmimiliyi ilk günlərdən şagirdlər və müəllim kollektivi tərəfindən bəyənilib . Onun dərs dediyi şagirdlər ingilis dilindən keçirilən olimpiadalarda uğur qazanıblar. Lakin İlahə xanım bunlarla kifayətlənməyib. Ingilis dilini daha mükəmməl öyrənmək üçün sənəd-lərini magistraturaya verib və qəbul olub. 2004-cü il onun həyatına də-yişikliklər gətirib. Həmin ildə magistr diplomunu almaq üçün Bakıya gedən İlahə xanım burada vaxtı ilə ona dərs demiş alimlər– dilçi-tərcüməçi Vahid Ərəbov və Oruc Musayevlə görüşüb. Onların tövsiyəsi ilə rayondan Bakıya gəlib. Əvvəlcə universitetdə ingilis dilinin qrammatikası kafedrasında la-borant, sonra ingilis dilinin leksikası və ölkəşünaslıq (hazırda linqvokul-torologiya adlanır) kafedrasında laborant, müəllim işləyib. İndi baş müəllimdir. Bu illər ərzində dok-toranturanı bitirib və 2015-ci ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Onun elmi rəhbəri çox sevdiyi filologiya üzrə elmlər doktoru, professor Məsmə xanım Yusif qızı Qazıyeva olub.
Həyat hər bir insana ucalmaq üçün şans verir. Ancaq yalnız bu şansı dəyərləndirənlər və zəhmətə qatla-şanlar arzularına çata bilirlər. Ilahə xanım belələrindəndir.
O, bir neçə kitabın müəllifidir. Bunlar “İngiliscə-azərbaycanca lüğət,” “Coğrafi adların müxtəsər ensiklopedik lüğəti” və “Gündəlik danı-şıqda ingilis dili” adlı dərs vəsaitidir. Hazırda yeni dərsliyin hazırlanması üzərində işləyir. Həmyerlimiz müxtəlif respublika və beynəlxalq səviyyəli konfranslarda Azərbaycan elmini layiqincə təmsil edir, onun çıxışları araşdırdığı mövzulara gətirdiyi yeni-liklərlə seçilir.
İlahə xanımla söhbət zamanı dedi:
––Tərtər qəhrəman şəhərdir. Eyni zamanda Azərbaycanın gözəl, abad güşələrindən biridir. Rayonumuz özünün elm adamları, tanınmış şəxsiyyətləri ilə də seçilir. Əgər mən oz elmi fəaliyyətimlə rayonumuzun şöhrətini artıra bilirəmsə, özümü xoşbəxt hesab edirəm.
Dissertasiyasının mövzusu barədə azacıq məlumat verməsini xahiş etdim. Gənc alim bildirdi ki, dissertasiya işinin əsas məqsədi müxtəlif sistemli dillərdə nitq etiketi vasitələrinin müqayisəli aspektdə öyrə-nilməsidir. Tədqiqatda ilk dəfə olaraq ingilis və Azərbayacn dillərində nitq etiketi vasitələri müqayisəli planda öyrənilmişdir. Əldə olunmuş nəti-cələrdən ingilis və Azərbaycan dillərinin tədrisi prosesində istifadə olunur.
İlahə xanım Əliyeva elmi fəaliyyətlə məşğul olmaqla yanaşı həm də iki gozəl-göyçək övlad anasıdır. Böyük oğlu Fərid dördüncü, Fərhad isə birinci sinif şagirdidir. Hər ikisi dərs əlaçısıdır. Fərid deyir ki, başqa cür ola da bilməz. Axı, onların anası alimdir!
Həmyerlimizə elmin çətin yollarında uğurlar arzulayırıq.
Svetlana Bağırova