Tərtər Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində intellektual oyun üzrə seçim turu keçirilib.
Tədbirdə layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışaraq layihə haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəl-dilməsinə dəstək olmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə, gənclər və idman idarəsinin baş məsləhətçisi Müşviq Həsənov çıxışlarında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyələrinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam edib. Turnirdə şəhər 5 saylı tam orta məktəbin “Uğur” və Qaradağlı kənd tam orta məktəbin “28 May” komandaları daha yaxşı nəticə göstərərək, 8 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
-
16Dek
Müəllif: Redaktor, 11:17
Teqlər: Təhsil