AZƏR HƏKİMİN YADİGARLARI
Ölüm mələyi qapıları döyəndə yaşlıya, cavana baxmır. Amma seçilmişləri, gərəkliləri, ən çox ehtiyac duyulan insanları özünə təslim edir. İnsanın hansı şəraitdə olması, yaşaması və işləməsindən asılı olmayaraq, seçilmişlərin itkisi doğmaları, yaxınları, bəlkə də bir nəsli sarsıdır. Müharibələr zamanı şəhid olan oğullarımız – qəhrəman, vətənpərvər, bir elin gərəyi igidlərimiz olublar. Subaylarımızın nişanələri qalmadığına yanılıb-yaxılırıq, kaş bir övladı olaydı, – deyirik. Yadigar övladlar isə bir əmanət sayılır xalqa, dövlətə, ümumiyyətlə hər kəsə əmanətdir, şəhid övladı.
44 günlük Vətən müharibəsində şəhid olan həkim Azər Şəmilov gərəkli vəseçilmiş insanlardandır. O, yüzlərlə insana şəfa vermişdi, yaşlı atanın ümid çırağıydı, həyat yoldaşı üçün əvəzolunmaz böyük, övladlarına qayğıkeş, mehriban ata, Vətən üçün isə layiqli vətəndaş idi. Azər həkim şəhid olarkən bir evdən deyil, eldən getdiyini söyləyirdilər, layiqli vətəndaş olduğunu isə hərb meydanında təsdiq etdi. Hər evdə onun yolunu gözləyənlər var – sağ olsaydı xəstələrimizə şəfa verərdi – söyləyirlər. Bu gün şəhidimizin 2 övladı xalqa əmanət qalıb. Oğlu Fədayət, qızı Aynurə.
Onlarla görüşmək qərarına gəlmişdim. Lakin, uyğun vaxt alınmırdı. Yaxınlarda görüşümüz alındı. Fədayət ali mktəbdə təhsil aldığı üçün bayram günü ilə əlaqədar evlərinə gəlmişdi. Daha ətraflı »



Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, sakinlər, din xadimləri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əslən Tərtərdən olan həmyerlimiz şəhid Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan valideynlərini qəbul edib, onlarla səmimi söhbət edib. İcra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilir. “Şəhidlər ölməz, Vətən bölünməz”,- şüarı ilə döyüşə gedən oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə Zəfər gününü yaşatdı. 
Qənbər Qənbərli Kəngərli kənd orta məktəbinin IX sinfindən sonra 2009-cu ildə Naxçıvanski adına hərbi liseyə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Bundan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. Məktəbin nümunəvi məzunlarından biri olduğunu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə sübut edib. Əfsanəvi kəşfiyyatçı, cəsur komandir kimi yaddaşlarda qalıb.
Anası Afidə xanım “Ay ürəyim” deyirdi oğlu Rəşada. Həqiqətən də, anasının, atasının, doğmalarının ürəyi idi. Allahdan ona ayrılmış qısa bir zaman kəsiyində nə qədər işlər görə bilmişdi Rəşad! Bu qədər insanın sevgisini, rəğbətini necə qazanmışdı?!
Elşən Məmmədovun ailəsi kəlbəcərli olsa da, o özü bu yerləri heç vaxt görməmişdi. Amma xəyallarında Kəlbəcərlə bağlı gözəlliklərlə dolu bir dünya yaşadırdı. Bu dünya doğma yurddan ayaqyalın, başıaçıq çıxan atası Dağıstan kişinin, anası Kifayət xanımın söhbətlərindən yaranmışdı.
Belə bir deyim var: Həyat olumla ölüm arasındakı ömür yoludur. Bu yolda hərə öz taleyini yaşayır. Sakit, hamar, keşməkeşsiz ömür yolları ilə bərabər qədərin qismət etdiyi ömür yolları da var.
“YAŞAT” Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində Fondun və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidlərimizin və qazilərimizin ailələri ziyarət edilib və onlara bayram sovqatları çatdırılıb. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərimizə daim diqqət və qayğı ilə yanaşılır.







Yeni ismarıclar