ŞƏHİDLƏR XALQIMIZIN RUHUNDA YAŞAYIR




Ağ saçlı analar, qara örpəkli gəlinlər əyləşən bu zalda hər kəs fikirləri ilə baş-başa qalsa da, eyni zamanda möhtəşəm bir qələbə, bayram sevinci yaşanırdı.
Uzaqlara dikilən baxışlarda xatirələr canlanır, bir-birindən xoşbəxt günlər göz önündən gəlib keçirdi. Onlar dərdli olsalar da, çox qürurluydular. Sanki canlarından artıq sevdikləri doğmalarına demək istəyirdilər: “Biz tək deyilik, sizlər də unudulmamısınız. Siz bu xalqın ruhunda, öz torpağında xoşbəxt yaşayan insanların razılıq dolu əməllərində, körpələrin gülüşündə yaşayırsınız”.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun gəlişi ilə zalda canlanma hiss olundu.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni çalındı.
Sonra icra başçısı masalara yaxınlaşıb, şəhid ailələri ilə bir-bir görüşdü, 8 Mart və qarşıdan gələn Bahar bayramı münasibətilə onları təbrik etdi.




Şəhid anaları, şəhidlərin həyat yoldaşları, bacıları ilə görüşə Bakıdan da qonaq-lar gəlmişdilər. Rayonumuzdakı “Tərtər” istirahət mərkəzində keçirilən bu tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə, Azərbaycan Respublikası-nın İnsan hüquqları üzrə sabiq müvəkkili, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdcüsü, dövlət və ictimai xadimi Elmira Süleymanova, kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, həmçinin rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri, rayon Ağsaqqallar şurasının sədri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Daha ətraflı »


Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Vətən torpağı uğrunda canından keçən, xalqının xoşbəxtliyini öz doğmalarının xoşbəxtliyindən uca tutan hər bir şəhidimiz bizim qürur yerimiz, fəxrimizdir. Aylar, illər kecəcək, nəsillər dəyişəcək, ancaq bu oğulların əziz xatirəsi heç zaman unudulmayacaq. Ona görə də bu gün üzərimizə düşən vacib məsələlərdən biri qəhrəmanlarımızın gənc nəsilə tanıtdırılması, onların hər birinin həyat yolunun öyrədilməsidir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müntəzəm olaraq müxtəlif tədbirlər keçirilir. Bu günlərdə belə tədbirlərdən biri “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudova həsr olunmuşdur. Şəhidin doğum günü münasibəti ilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, rayon içtimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.
Yeni ismarıclar