Şəhid Məhərəmli Fuad Habil oğlu 1994-cu il noyabrın 28-də rayonun Evoğlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda Ağdərə istiqamətində vuruşub və sentyabrın 19-da şəhid olub.
25 yaşlı Fuad ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin 2-ci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə onun ailəsinə baş çəkib, valideynlərinə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Kəngərli kəndindən olan şəhid Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar onun ailəsinə baş çəkib, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Ağsaqqallar Şurasının sədiri Faiq Məmmədov, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Erməni terrorçularının Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutması nəticəsində 16 nəfər mülki şəxs şəhid olmuş, 63 nəfər yaralanmışdır. Cəbhədə məğlubiyyətləri ilə barışmaq istəməyən erməni vandalları dəfn zamanı şəhər qəbristanlığını artilleriya atəşinə tutmuş, nəticədə 4 nəfər tərtərli şəhid olmuş, 6 nəfər isə yaralanmışdır. Həmin şəhidlərdən biri də Zamanov Şakir Xasay oğludur.
Erməni vandallarının qətlinə səbəb olduqları mülki şəhidlərdən biri də Rüstəmov Vasif Bahadur oğludur. Vasif də şəhər qəbristanlığının düşmən tərəfindən artilleriya atəşinə tutulması nəticəsində şəhid olub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçsı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhər sakini mülki şəhid Əmirov İsgəndər Yelmar oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkib, onlara başsağlığı verib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində olan Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsində olub, onlara başsağlığı verərək, qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.
Erməni terrorçularının daha bir qurbanı rayonun Mamırlı kəndidən olan Orucov Pərviz Novruz oğludur. Pərvizin cəmi 31 yaşı var idi. O da Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində şəhər qəbristanlığında qohumunun dəfn mərasimi zamanı şəhid olub. Özündən sonra əkiz övladları yadigar qalıb. Pərviz Mamırlı kənd qəbristanlığında dəfn olunub, ailənin yeganə oğlu idi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bəyimsarov kəndində anadan olmuş, əslən Kəlbəcər rayonundan olan 19 yaşlı şəhid Həsənli Zəlimxan Rafiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
İki il öncə daha bir şəhidimiz Sabirli Əjdər Xanlar oğlu doğulduğu kənddə torpağa tapşırıldı. Şəhidin ikinci ildönümü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə Məscidinin imamı ilə birgə onun ailəsinə baş çəkib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Yeni ismarıclar