Yoldaşlarını ziyarət etdi, bir həftədən sonra isə özü xiyabana şəhid kimi qayıtdı…
Bu günlərdə sosial şəbəkədə litvalı jurnalist Riçards Lapaitsin azərbaycanlı döyüşçü, I Qarabağ müharibəsində şəhid olmuş tibb bacısı Rəhilə Orucova haqqında kövrək bir yazıya rast gəldim. Bu sətirləri yalnız Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən bir insan yaza bilərdi.
Aşağıda həmin yazını oxucularımıza təqdim edirik.
Rəhilə Orucova doğma torpaq uğrunda şəhid olanda cəmi 27 yaşı vardı. Şuşanın alınması xəbərini o, Tərtərdə eşitdi. Ağdərə rayonunun Marquşevan kəndi (hazırda Şıxarx) istiqamətində hücuma keçmək əmri verilmişdi. O, həmin Şıxarxdı ki, özümün könüllülük fəaliyyətimdə dəfələrlə orada olmuşam. Könüllü olaraq ora gəlirdim! Artıq bizim günlərdə burada Turanə adlı azərbaycanlı qız şəhid olmuşdu. Şıxarx – bu, bütöv bir tarixdir! Kədər, böyük döyüşçülər və cəsarətli şəxsiyyətlər tarixi! Rəhilə Göyçayda doğulmuşdu. Bu, Azərbaycanın xüsusilə gözəl bir guşəsidir. Sonralar Orucovlar ailəsi Bakıya köçdü və o, burda tibb texnikumunu bitirdi.
Qarabağ müharibəsi başlayanda, o, könüllü olaraq cəbhəyə getdi. Könüllü! Mənə elə gəlir ki, bu, başqalarının həyatını xilas etmək üçün insanın edə biləcəyi ən yüksək hərəkətdir. Qorxmaz qız kişilərlə bərabər döyüşə gedirdi. Həmin kədərli gündə “Qurtuluş” batalyonundan 11 əsgər şəhid olmuşdu. Daha ətraflı »


1992-ci il sentyabr ayının 1-də Çıldıran yüksəkliyi uğrunda gərgin döyüşlər gedirdi. Batalyon üzvlərinin əhval-ruhiyyəsi çox yüksək idi. Düşmənlər yüksəkliyi qoyub qorxaqcasına qaçırdılar, ancaq ara-sıra ətrafda mərmilər partlayırdı.
Birinci Qarabağ müharibəsi şəhidi Rasim Mürsəlov 1956-cı il may ayının 17-də Tərtər şəhərində anadan olub. Sadə, zəhmətkeş ailədə böyüyüb. Özü də müxtəlif peşələrə, o cümlədən rəngsazlığa, sürücülüyə maraq göstərib. Odur ki, 1972-1974-cü illərdə keç-miş Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra Bakı şəhərindəki 48 nömrəli texniki peşə məktəbində təhsil alıb və paytaxtda qalıb işləyib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
30 ildən bir az çox vaxt ayırır bizi Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşduğu gündən. Amma elə bil dünən idi o şaxtalı 14 yanvar günü…
Bu fikirlə yolumuzu Qaradağlı kəndindən saldıq. 30 ildən sonra mənfur erməniyə öz həddini göstərən Azərbaycan Ordusunun qəhrəman oğullarından biri–şəhid Hüseynov Aslan Malik oğlunun ocağına ikinci dəfə üz tutdum. İkinci dəfə İradə ana ilə Malik atanın oğul yolu gözləyən qapısını döydüm, şəhidimizin həyat yoldaşı Gülstan xanım və övladları Aysu və Kənanla üz-üzə, göz-gözə dayandım. Bu ikinci görüşümdə bəzi dəyişikliklərin şahidi oldum. Aslanın şəhid olmasından 2 il yarım keçməsinə baxmayaraq, ata-anada sanki bir az səbir duydum və buna daxilən sevindim. Sözsüz ki, bu səbrin arxasında Aslanın qoyub getdiyi yarımçıq arzulu həyat yoldaşı – evin gəlini Gülstan və qəhrəman oğulun yadigarları, gözləri dolusu atalı arzularını həyata keçirə bilmədiyi övladları –nəvələri Aysu və Kənandır. Ata-anaya verdiyim sualın cavabı da bu fikirlərimi təsdiqlədi.
Tərtər Rayon İcra Hakimiyyıtinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev və Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birlikdə 2016-cı ilin Aprel hadisələrinin 7-ci ildönümü ilə əlaqədar Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuşdur. Orta təhsilini buradakı orta məktəbdə almışdır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. Vəzir Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlamışdır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönmüşdür. 1992-ci il may ayının 4-də Tərtər Özünümüdafiə batalyonuna daxil olmuşdur. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi, texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi. Vəzir Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin neçə-neçə planını puça çıxarmışdı. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralandı. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtdı. O, cəsur bir döyüşçü kimi həmişə doyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 22 mart 1993-cü ildə son döyüşü oldu. O, Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid oldu. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Evli idi. Bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Tərtər şəhərindəki küçələrdən biri Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını daşıyır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrlərilə birlikdə rayonun Köçərli kəndində yaşayan Vətən müharibəsi şəhidi Ələkbər Ələkbərlinin ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Ələkbər kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan rayonumuzun Evoğlu kəndinin sakini Məftun Əhmədzadənin doğum günü məzarı önündə qeyd olunub.
Yeni ismarıclar