16İyl
8 AYDAN SONRA QAYIDIŞ

44 günlük Vətən müharibəsindən 8 ay keçməsinə baxmayaraq hələ də ata-ananın gözləri yolda, qulaqları səsdə qalmışdı. Hətta oğlunun axtarışında Bəhruz ata dəfələrlə iştirak etmişdir, hələ oğlunun döyüşdüyü Murovdağda namaz da qılmışdı. Oğlundan xəbər çıxmırdı ki, cıxmırdı. Gülnarə ana hər gələndən Qəmbəri soruşurdu ki, bəlkə oğlundan bir xəbər ala. Yenə gözləri yol gözləyirdi. Hər qaranlıq gecəni yola salanda, hər açılan sabahı axşam edəndə ümidlə oğlundan soraq gözləyirdi. Düz 8 ay idi ki, hamının gözləri yolda idi. Ata-ana bilirdi ki, oğulları bu səbrin yiyəsi deyil. Əgər sağ-salamat olsaydı, atadan, qardaşdan, həyat yoldaşından xəbər tutardı.
Hərbiçi yoldaşlarından Bəhruz ataya deyən olmuşdu ki, Qənbər həmişə irəlidə gedən Daha ətraflı »
16İyl

Kəngərli kəndindəki şəhid ailələrini ziyarət zamanı İntiqam Mənsimlinin yaşadığı evin də qonağı oldum. Burada hər şey tamam fərqli idi. Sanki şəhid bir oğulun özü yaşayırdı onun üçün ayrılmış otaqda. Qapıdan içəri girərkən elə bil hər kəsə əl uzadıb xoş gəldin deyəcək. Bu otaqda nə varsa İntiqam nəfəslidir. Burada heyrətlənməmək olmur. Otaq İntiqam həsrətli, arzuları ürəyində donub qalmış, günlərini onun xəyalları ilə həmdərd olan ananın istəyilə bu cür yaradılıb. Burada hansı tərəfə üz çevirsən şəhid olmuş deyil, elə bil həyatda yaşayan İntiqamla üz-üzə gəlirsən. Bu otaqda şəhid İntiqam haqqında danışmasını atası Rövşəndən xahiş etdim. Doluxsunmuş ata özünü toplayaraq danışdı: Daha ətraflı »
16İyl

Elmin 1998-ci il 1 noyabr tarixində Kəngərli kəndində doğulub. 3 qardaşın ikincisi olub. Sadə bir ailədə böyüyərək həm ailəyə, həm də Vətənə layıq bir oğul idi. Hərbi xidmətdə Vətəni müdafiə etmək bütün gənc oğlanlarımızın müqəddəs borcudur. Bu borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün əsgəri xidmət bir sınaqdır. Bu sınaqdan alnıaçıq, üzüağ keçən oğullarımızdan biri də Elmin Quluzadə olub.
Elmin hərbi xdməti Bakı şəhərində təlim-tədris mərkəzində keçib. 2018-ci ildə hərbi xidmətini bitirdikdən sonra kənddə təsərrüfatla məşğul olub. Böyük qardaşı Murad müddətdən artıq xidmət etdiyi üçün o da ailəsinə, ata-anasına kömək olmağa çalışıb. 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı o da könüllü olaraq Orduya yazılıb. Daha ətraflı »
09İyl
HƏKİM–DÖYÜŞÇÜ

Müharibəni qansız, qadasız təsəvvür etmək mümkün deyil. Əlinə silah alan, hərbi texnikaların sükanı arxasında əyləşib düşmən üzərinə irəliləyən hər kəs bilir ki, burada qan axıtmaq da var, ölmək də. Lakin bu itkilərin qarşısında qələbə və zəfər olanda qürurlanmağa dəyər. 44 günlük Vətən müharibəsində yurdumuzun igid oğulları silahlanaraq düşmən qarşısına çıxanda bütün bunları gözə almışdılar. Ölümün gözünə dik baxanlar qazi oldular, şəhid oldular, lakin Vətən tarixinə “Zəfər səhifəsi” yazdılar.
Belə oğullarımızdan biri də əynindəki ağ xalatı hərbi paltarla əvəz etmiş həkim Azər Şəmilov idi. Onu yaxından tanımaq, haqqında daha mükəmməl öyrənmək üçün ata ocağına –Tərtər rayonunun Alışarlı kəndinə yollandıq. Daha ətraflı »
09İyl

Şəhdilər bizim qürur yerimizdir. Çünki bu igidlərin sayəsində alnımızın qeyrət, namus ləkəsi təmizlənib, əsir insalarımız kimi əsir torpaqlarımız da azad olunub. Tariximizdə yeni səhifə açılıb, Qəhrəmanlıq səhifəsi. Vətinin ərazi bütövlüyü bərpa olunmaqla soydaşlarımızın yurd həsrətinə son qoyulub. Vətən, Torpaq üçün qan töküb, can qoyan igidlərimiz həm xalqımız, həm dövlətimiz tərəfindən böyük sayğı ilə anılır.
Belə şəhidlərdən biri rayonumuzun Mamırlı kəndində doğulub, orada böyüyüb boya-başa çatmış Babazadə Mirşəmsi Elşad oğludur. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdaraq təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Daha ətraflı »
09İyl
MÜHARİBƏNİN YARATDIĞI İNAM

44 günlük müharibədən 8 ay keçməsinə baxmayaraq hələ də aldığı yara sağalmayıb, əlilliyinə səbəb olub. Haqqında yazmaq istədiyim qazimiz 1979-cu il oktyabrın 4-də İrəvanlı kəndində doğulan Abdullayev Arzuman Qasım oğludur. O bu günlərdə redaksiyamızın qonağı oldu. Ömrünün bu gününə kimi keçən anlarından–yeniyetməlik çağlarından, hərbi xidmət dövründən, bir də Vətən müharibəsi dövründən qarşılaşdığı dəhşətli günlərdən söz açdı. Dedi ki, onun yeniyetməlik dövrü doğulduğu İrəvanlı kəndində keçib. Orta məktəbi bitirdikdən sonra kişilik məktəbi olan həqiqi hərbi xidmətə çağrılıb. Xidmət müddəti Füzuli rayonunda keçib, motoatıcı bölüyündə xidmət edib. Daha ətraflı »
09İyl
Vüsal Şakir oğlu Ağazadə sözün əsl mənasında qeyrətli, dəyərli və mərd oğullarımızdandır. İkinci Qarabağ müharibəsində onun göstərdiyi şücaət bu-nu bir daha sübut etdi. Vüsalın nəsil-nəcabəti Tərtərdəndir. Lakin onun dünyaya gəldiyi əməksevər, vətənpərvər ailə Bakıda yaşayır. Mən Vüsalın atası Şakir Ağayevlə on ildən çoxdur ki, salaməleyküm edirəm, çörək kəsirəm. İkinci Qarabağ müharibəsi başlaysan gündən mən Şakir qardaşımla hər gün demək olar ki, telefon əlaqəsi saxlayırdım. Erməni vandalları Tərtərin dinc əhalisini raket atəşinə tutur, onları qorxutmaq istəyirdi. Lakin igid və mərd tərtərlilər heç nədən qorxmadı və evlərindən çıxmadılar. Ötən ilin oktyabr ayının 6-da növbəti dəfə Şakirlə telefon əlaqəsi yaradanda mənə qürurla bildirdi ki, Vüsal könüllü olaraq cəbhə bölgəsinə gedib. Döyüşlərə həvəslə qatılan Vüsal kəşfiyyat taborunda döyüşüb. İgid və qorxmaz döyüşçü Suqovuşanın azad olunmasında şücaət göstərib, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Mərmi partlaması nəticəsində o, kəllə-beyin travması alıb. Müalicə olunduqdan sonra Vüsal yenidən döyüşlərə qatılıb və azğın düşmənə qan uddurub. Könüllü döyüşçünün həyat səlnaməsinə qısaca da olsa nəzər salaq.Vüsal Şakir oğlu 3 iyul 1991-ci il tarixində Tərtər rayonun Əskipara kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının xətai rayonundakı 165 nömrəli tam orta məktəbində yiyələnib. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. Daha ətraflı »
30İyn
İTİRİLMİŞ UŞAQLIĞIN SONRAKI SEVİNCİ

Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.
Lakin gördüklərimiz bir an da olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…
O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan Daha ətraflı »
30İyn
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Bunun nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Ermənistan ərazisindən, eləcə də Xankəndi şəhərindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura Daha ətraflı »
Yeni ismarıclar