Mərasimdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Aysənan Abbasov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüv-vələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Aysənan Abbasov Daha ətraflı »
-
20DekHərbi vətənpərvərlik VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AYSƏNAN ABBASOVUN İL MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır
-
10DekHərbi vətənpərvərlik 44 günlük Vətən müharibəsi günlərində üçün şərhlər bağlıdır
TƏRTƏR– AZƏRBAYCANIN “STALİNQRADI”




Harada yaşadığımıza baxmayaraq, doğulduğumuz, böyüdüyümüz yer həm vətənimiz sayılır, həm də o yer bizim üçün çox əziz və doğma olur. Mənim üçün də Tərtər belə əzizdir Tərtər çox səfalı, barlı-bərəkətli torpağı, saf suyu, füsünkar təbiəti ilə başqa rayonlardan seçilir. Rayonumuzun içərisindən keçən Tərtər çayı isə ona başqa bir gözəllik verir. Əbəs deyildir ki, Aleksandr Düma Tərtər haqqında belə demişdi: “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər”. Rayonumuzun həm təbiəti, həm ərazisi, həm yerləşdiyi coğrafi mövqeyi mənfur qonşularımızı həmişə narahat edib. 30 ilə yaxın idi ki, Tərtər erməni quldurları ilə 48 km təmas xəttində yerləşirdi. Birinci və İkinci Qarabağ müharibəsi dövründə düşmənlərimiz nə qədər çalışsalar da, Tərtəri işğal edə bilmədilər. Əksinə, Tərtər bir çox yaşayış məntəqələrini ermənilərdən təmizlədi.
Müharibə adı gələndə ilk ağıla gələn – dağıntı, günahsız insan ölümü, vəhşilik – bunlar olur. Müharibə yer üzərinə və insanlığa qarşı törədilən ən qəddar bir cinayətdir. Mənfur xislətli, daima gözləri bizim yurd yerlərimizdə olan qaniçən ermənilər illərdir ki, bizimlə düşmənçilik edirlər. Ancaq 27 sentyabr 2020-ci ildə törətdikləri təxribat onlara çox baha başa gəldi. Necə deyərlər, bizim ordumuz onların başına od ələdi, 44 günün içərisində bütün torpaqlarımızı azad etdilər. Onları torpaqlarımızdan qovdular, Prezidentimizin təbirincə desək, “iti qovan kimi”. Təbii ki, bu haqq savaşı itkisiz, dağıntısız başa gəlmədi. Daha ətraflı » -
10DekHərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır
“QİSMƏTDƏN QAÇMAQ OLMAZ”

Bu gəlimli-gedimli dünyada hər kəsin bir qismət payı var. Və bu qismət payının necəliyini əvvəlcədən bilmək mümkün deyil. Buna “alın yazısı” da deyirlər, tale də. Həyatda qismətin nədirsə, onu görəcəksən – acısını da, şirinini də.
Bir məsəl də var: “İnsanın əvvəli gəlincə, axırı gəlsin”. Yəni ömrün əvvəlini şad-xürrəm keçirib, sonunu əzablar içində yaşamaqdansa, əvvəldə əziyyət çək, sonda firavan yaşa. Bir məsəl də var: “Qismətdən qaçmaq olmaz”. Xülasə, taleyin qisməti sirri-billahdır, yəni bizdən asılı deyil.
Rəşad da bilmirdi ki, onu taleyi hara aparacaq, qisməti nə olacaq. Amma arzuları və istəkləri üçün həmişə mübarizə aparırdı. Daha ətraflı » -
29NoyHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
SONUNCU TELEFON ZƏNGİ

Haqqında yazmaq istədiyim şəhidimizin ailəsi ermənilərin qəddarlığı nəticəsində doğma dədə-baba yurdları olan Basarkeçər rayonunu qoyub çıxdılar. Özlərinə pənah yeri Tərtər rayonunun Bəyimsarov kəndini seçərək, orada məskunlaşdılar.
Bu ailədə 5 uşaq böyüyürdü. Onların dördüncüsü olan Məmmədli Tural Aqil oğlu elə burada – Bəyimsarovda 1998-ci ildə dünyaya göz açmışdı. Uşaqlığı və yeniyetməliyi bu kənddə keçmişdi. Böyüdükcə öyrənmişdi ki, nəinki ailəsi, Daha ətraflı » -
19NoyHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
ŞƏHİDİN ƏMANƏT ÖVLADI

Bəzən düşünürəm kaş insanın elə bir idrakı olaydı ki, doğulduğu gündən ölənədək olacaqlardan əvvəlcədən xəbər tutub həyatını öz gücü, ağılı ilə tənzimləyə bilərdi. Amma çox heyf! Əvvəli də, sonu da bilmək yalnız Allaha məxsusdur. Ömrü verən də, qisməti bölən də Odur. Alın yazısından yan keçmək olmur. Elə şəhid Məmmədov Elman Bəhman oğlunun alın yazısı kimi.
Elman Məmmədov 1991-ci ildə Borsunlu kəndində anadan olub. Qayğısız, şən keçən uşaqlıq illəri quş qanadlı oldu. Orta məktəb həyatı, sonra Vətənə xidmət borcu. Ötüb-keçən illərin hər biri xatirəyə çevrilirdi. Nə tez böyüdüyünü, ürəyinə Daha ətraflı » -
19NoyHərbi vətənpərvərlik ŞUŞANIN AZAD EDİLMƏSİ üçün şərhlər bağlıdır
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş.
Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin “döyünən ürəyi” adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus Daha ətraflı » -
12NoyHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
ƏFSANƏVİ KƏŞFİYYATÇI



44 günlük Vətən müharibəsi üç minə yaxın igid oğlumuzun şəhidliyinə səbəb oldu. Elə oğullar ki hərəsi bir evin çırağı, bir elin vuran ürəyi, arxa-dayağı oğullar idi. Bu oğulların arasında həqiqi hərbi xidmət borcunu yerinə yetirən gənc əsgərlərimiz də var, illərlə Vətənin müdafiəsində dayanan zabitlərimiz də var. Ordumuzun tərkibində cəmləşən əsgər və zabitlərimiz 44 gün davam edən müharibədə öz iradə və güçləri ilə ölkəmizin tarixində yeni səhifələr açdılar. Canları-qanları bahasına Vətən torpaqlarımızın bütövlüyünü, şərəf və ləyaqətimiz hesab olunan Qarabağımızı bizə qaytardılar. Sübut etdilər ki, mənfur düşmənin illərlə zəbt etdiyi torpaqları çəmi 44 gündə azad etmək iqtidarında olan ordumuz və onu təmsil edən oğullarımız var. Məlumdur ki, müharibələrdə xalqımıza çoxsaylı zərbələr vuruldu. Şəhərlərimiz, kəndlərimiz raket və toplarla dağıdıldı. Dədə-baba yurdlarımıza ayaq basa bilmədik. Şükür ki, o murdar xislətli düşmənin qarşısına çıxa bilən oğullarımız alnımızın qaçqın-köçkün damğasını silərək bizə şərəf-şan gətirdilər. Bu gün həmin oğullarımız fəxr və qürurla yad edilir. Belə igid oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Naxçıvan Xüsusi Təyinatlı Qoşun briqadasının komandiri, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant, Şəhid Anar Vaqif oğlu Əliyevdir. Daha ətraflı »
-
12NoyHərbi vətənpərvərlik AXAN GÖZ YAŞLARI… DAĞILAN TİFAQ üçün şərhlər bağlıdır
İsmayıllı Şamil Kamil oğlu

İsmayıllı Şamil Kamil oğlu 1992-ci il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində doğulub. Uşaqlığı və yeniyetməliyi doğulduğu kənddə keçib. Orta məktəbi də orada bitirib. Sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Tovuz rayonunun Əlibəyli kəndində çəkib. 2012-ci il-də hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb. Bir neçə ay təsərrüfat işləri ilə məşğul olduqdan sonra yenidən hərbidə xidmət etmək qərarına gəlir və müddətdən artıq hərbi xidmətə yazılıb.
Şamilgil ailədə 2 övlad olublar. O və bacısı Nərmin. Şamil bacısından böyük idi. Ona görə də ən çox Şamil ailəyə qayğı və kömək göstərirdi. Daha ətraflı » -
29OktHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
DÖRD ÖVLADI YADİGAR QALDI

Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Ələsgərli kəndində doğulub. Ailədə 2 qardaş bir bacı olublar. Azər ailənin böyük övladı idi. Orta təhsilini həmin kəndin məktəbində bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Əsgəri borcunu Gədəbəy rayonunda çəkib. Hərbi xidmətdən sonra bir müddət Rusiyada yaşamalı olub. Sonra doğma kəndə qayıdaraq orada yaşayır. 2013-cü ildə müddətdən artıq hərbi xidmətə yazılır. Ağdam ra-yonunda “N” saylı hərbi hissədə sürücü kimi fəaliyyət göstərir. Hərbi hissədə müxtəlif markalı avtomobillər idarə edib.
Azər ailəli idi. Kəlbəcər rayonundan olan Nailə adlı qızla evlənmişdi. Onların bu evlilikdən 4 övladları oldu – 2 oğlan, 2 qız. Vətən müharibəsi başlayanda böyük uşağının 12 yaşı vardı, kiçiyi 4 aylıq körpə idi. Ordumuzun tərkibində Daha ətraflı » -
29OktHərbi vətənpərvərlik ANA HƏLƏ DƏ YOL GÖZLƏYİR… üçün şərhlər bağlıdır

Övladı anadan yaxşı ayrı kimsə tanıya bilməz. Ailədə uşaqların sayına baxmayaraq, bütün analar övladın hər birinin ağıllı, tərbiyəli, xalq üçün yararlı olmasını arzulayır.Və hər bir uşağın xasiy-yətini anadan yaxşı bilən yoxdur. Pərvanə ana da belə analardandır. Onun ailəsində 3 övlad böyüyüb – 2 oğlan, 1 qız. Ruslan ailənin kiçik övladıydı. O, üzüyola, qayğıkeş övlad idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Boya-başa çatdığı Tərtər rayonunun Ələsgərli kəndində tay-tuşları arasında xətir-hörməti vardı. Kənddə kimsənin ondan narazılığı yoxuydu. Hər dəfə aylıq əmək haqqını alanda imkansızlara əl tutardı. Ehtiyacı olanın ehtiyacını təmin etməyə çalışardı.
Ruslan hərbi xidmətini Zakatala Daha ətraflı »


Yeni ismarıclar