Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,163
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 03Mar
    Milli-mənəvi dəyərlər 2016-cı il “Multikulturalizm ili”dir üçün şərhlər bağlıdır

    Foto PryaxinGeorgiy Pryaxin Dövlət müşaviri Kamal Abdullayevə təşəkkür məktubu göndərib

    «Xudojestvennaə literatura» nəşriyyatının baş redaktoru, professor Georgiy Pryaxin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “ Hörmətli Kamal Abdullayev! Rəhbərlik etdiyiniz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən qış məktəbində iştirak etməyimə imkan yaratdığınız üçün Sizə ürəkdən minnətdaram. Deməliyəm ki, təşkil olunan mühazirə və diskussiyalar əsnasında şəxsən mən özüm yeni və ibrətamiz mətləbləri öyrəndim. Mənə elə gəlir ki, Azərbaycanın bu aktual sferadakı təcrübəsi Rusiyada da, bütün dünyada da qəbul edilməyə layiqdir. Daha ətraflı »

    Teqlər:

  • 03Mar
    Milli-mənəvi dəyərlər Multikulturalizm Mərkəzində qış məktəbinin yekun nəticələri müzakirə edilib üçün şərhlər bağlıdır

    Foto BBMM yekunBakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8-15 fevral tarixlərində fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin nəticələri ilə bağlı yekun toplantı keçirilib. İclasda Mərkəzin müvafiq şöbələri qış məktəbi ilə bağlı hesabat verib, görülən işlər diqqətə çatdırılıb. Toplantıda layihə çərçivəsində həyata keçirilən tədbirlərin yerli və xarici mətbuatda işıqlandırılması müzakirə edilib, xarici tələbələrin və mühazirəçilərin qış məktəbi ilə bağlı təəssüratlarının  vaxtaşırı dərci ilə bağlı fikirlər səsləndirilib. İclasda qış məktəbində iştirak edən xarici tələbələrlə bundan sonra da əlaqələrin və əməkdaşlığın davamlılığının əhəmiyyəti diqqətə çatdırılıb.  Toplantıda gələcəkdə təşkil olunacaq yay və qış məktəblərində mövcud təcrübənin üstünlükləri ilə yeni ideyaların birgə vəhdətindən istifadə edərək Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində daha yüksək nəticələrin əldə olunması ilə bağlı təkliflər səsləndirilib. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Milli-mənəvi dəyərlər Ailə milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır üçün şərhlər bağlıdır

    VALİDEYN MƏSULİYYƏTİ
    usaq-aileYazıya başlamazdan əvvəl rayon Statistika idarəsinə zəng vurdum və 2015-ci ildə rayonumuzda nigaha girənlər və boşananlar haqqında məlumatı öyrəndim. Bildirdilər ki, rayon üzrə ötən il 507 ailə qurulub, 125-i isə dagılıb.
    Boşananların hansı birini dindirsək, haqlı olduğunu deyəcək, əslində elə yəqin ki, onlar haqlıdırlar.Çünki səbəbsiz yerə insan öz isti ailə ocağını dagıtmaz. Bu, məsələnin bir tərəfidir.
    Məsələnin digər tərəfi daha agrılıdır, həm boşananların özlərindən ötrü, həm də gələcəkdə cəmiyyət üçün. Bu məsələ yarımçıq ailələrdə böyüyən uşaqların taleyi ilə bağlıdır.
    Ola bilsin ki, həmin uşaqlardan bəziləri maddi çətinlik çəkmirlər (bu, çox az halda belədir), lakin maddiyətdən başqa mənəvi boşluqlar da var ki, bunları yalnız ata və ananın, ümumiyyətlə, ailənin bir yerdə oıması doldura bilər. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Milli-mənəvi dəyərlər DÖVLƏT MÜŞAVİRİ KAMAL ABDULLAYEV MƏTBUAT KONFRANSI KEÇİRİB üçün şərhlər bağlıdır

    metbuat konfransı K. AbdullaAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİMİZ ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ƏHƏMİYYƏTİ üçün şərhlər bağlıdır

    Изображение 138DSC_4793Rəhimli və mərhəmətli Allahın adı ilə!
    İnsanı ən mükəmməl şəkildə xəlq edən Rəbbimizə sonsuz şükürlər olsun.
    Əziz İslam Peyğəmbəri, Hz. Muhəmməd (s) buyurub; “Dörd şeyi, dörd şeyə yetişməzdən əvvəl qənimət bil; 1. Cavanlığı qocalmazdan əvvəl. 2. Sağ-lamlığı xəstələnməzdən əvvəl. 3. Dövləti kasıblıqdan əvvəl. 4. Həyatı ölümdən əvvəl”. (Vəsailüş-şiə, cild 16, səh. 83 ) Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Milli-mənəvi dəyərlər “SÖZLƏRİ VƏ MUSİQİSİ MƏNİMDİR,, OXUYURAM MƏN ÖZÜM” üçün şərhlər bağlıdır
    man playing a melody on the piano

    man playing a melody on the piano

    Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb saz çaldırarmış və havalanmış at sazın sehrindən sakitləşərmiş.
    Bir də deyirlər ki, Koroğlu öz dəstəsinə kimisə qəbul edəndə onun nəbzini tutub saz çaldırarmış, nəbzində dəyişiklik olsa, öz dəlilərinin sırasına qatılmasına razılıq verərmiş. Fikirləşərmiş ki, sazdan təsirlənən adam namərd olmaz. Daha ətraflı »

    Teqlər:

  • 26Okt
    Milli-mənəvi dəyərlər DOĞRUNU TƏBLİĞ EDƏK üçün şərhlər bağlıdır

    Изображение 141Məhərrəmlik ayı ilə əlaqədar Tərtər “Cümə” məscidinin axundu Hacı Sadiq Cəfərovla ğörüşüb müsahibə aldım.
    –Yaxşı bilirik ki, dini abidələrimizin qorunması və yenidən qurulması ilə əlaqədar ölkə rəhbəri tərəfindən bir sıra göstərişlər verilmişdir. Bizim “Cümə” məscidində bununla əlaqədar görülmüş işlər barədə nə deyə bilərsiniz?

    Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Milli-mənəvi dəyərlər Milli Musiqi Günü ilə bağlı mərasim üçün şərhlər bağlıdır

    Изображение 019Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin işçiləri, uşaq musiqi məktəbinin müəllim və şagirdləri, uşaqların valideynləri iştirak ediblər.
    Mərasimi mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov açıb. Dahi bəstəkarın həyat və yaradıcılığı barədə danışıb. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Milli-mənəvi dəyərlər “NOL-NOL”, YOXSA “SIFIR-SIFIR”? üçün şərhlər bağlıdır

    qaraDilimizin şirinliyi bal kimidir. Bu dil bizə ana qədər doğmadır, müqəddəsdir. Ona görə də tarixin sınağından adlayıb bu günümüzə gəlib çatan dilimizə “Ana dili” deyirik. Anamız bizim üçün nə deməkdirsə, dilimiz də o deməkdir. Sən ananın qeyrətini necə çəkirsənsə, ona hansı ehtiramla yanaşırsansa, dilimizə də münasibətin o cür olmalıdır.
    Şah İsmayıl Xətai bu məhəbbəti görün hansı uca mərtəbədən və hansı doğmalıqla dəyərləndirib: “Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cəvahirata dəyişməyin.” Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Milli-mənəvi dəyərlər Milli-mənəvi islami dəyərlərimizə uca hörmət üçün şərhlər bağlıdır

    Heyder mescidiMəlumdur ki, dinimiz bizim milli-mənəvi dəyərlərimizin ən önəmli ünsürlərindən biridir. Xalqımız 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da öz dini dəyərlərini unutmamış, onları gizli də olsa yaşatmışdır. Lakin bununla belə o dövrdə dini dəyərlərimizin zədə aldığı da bir reallıqdır. Təsadüfi deyildir ki, Sovetdən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə, təkkə olduğu halda müstəqilliyimizi yenidən əldə edəndə cəmi 17 məscidimiz vardı. Bu, Sovet rejiminin dinlə mübarizəsinin nə qədər amansız olduğunu göstərir. Daha ətraflı »

    Teqlər: