23 aprel YUNESKO tərəfindən elan edilən və Azərbaycanda artıq 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edi-lən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Müəlliflik hüququnun Kitab ilə təmasda olması, «Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna» yolu heç də təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, «onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur».
Hər bir oxunan kitabın bəhrəsi yeni kitabdır, yeni biliyə yol açan bilik mənbəyidir, yaradıcılıq və kreativlik fenome-nindən irəli gələn «Müəllif» anlayışı və Müəlliflik hüququdur.
Dünya rəqəmləşir, bilik mənbələri əsasən İnternetə köçür, yalnız Avropa rəqəmli kitabxanasında 35 dildə 135 mln. rəqəmli sənədlər mövcuddur, Google-Edition 3 milyondan artıq kitab təklif edir. Mütəxəssislərin hesablamalarına əsasən, yaradılan rəqəmli informasiyanın həcmi 2010-ci ildə 1,2 Zetta byt (1 Zetta byt = 270 = 1021 byt) çatıb, hətta əhəmiyyətsiz məlumatı istisna etsək də bu çox böyük rəqəmdir. Müəyyən, təxmini he-sablamalara əsasən 2011-ci ilin may ayı səviyyəsində yalnız Creative Commons, yəni sərbəst istifadə çərçivəsində dünyada 580 mln.-dan artıq əsər yayılırdı.
Dövlətimiz bu məsələlərə müasir nöqteyi nəzərdən yanaşaraq, gələcəyə baxışımızı kreativ və innovasiyalı cəmiyyətin formalaşması ilə bağlayır.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, «müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır» və «Qara qızılı in-san kapitalına çevirmək» məşhur şüarı dövlət baş-çısının kreativliyə və yenilikçiliyə verdiyi ən böyük dəstəkdir.
Azərbaycan müasir müəllif-hüquq sisteminə malikdir. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunan tədbirlərin keçirilməsinin məqsədləri kitab və müəlliflik hüququnun mədəni irsimizdə əhəmiyyətini bir daha açıq-lamaq, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, yaradıcı şəxslərə öz hörmət və ehtiramlarımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləməkdir.
-
27Apr
Müəllif: Redaktor, 13:44
Teqlər: Milli-mənəvi dəyərlər