Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,081
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Mar
    Milli-mənəvi dəyərlər TƏBİƏTDƏN GƏLƏN BAYRAM üçün şərhlər bağlıdır

    Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Bayram münasibətilə şəhərimizin mərkəzi meydanında tədbir keçiriləcək. Meydanda qoyulmuş Novruzun rəmzi olan nəhəng səməni tərtərlilərdə xoş ovqat yaradır.
    Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
    Ümummilli Lider ölkədə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra bu bayramın yüksək əhval-ruhiyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirmişdir. Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Bu, digər dövlət bayramlarından ona görə seçilir ki, Novruz təbiətdən gələn bayramdır, eyni zamanda, maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu qeyd edir. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər YURDUMUZA BAHAR GƏLİR üçün şərhlər bağlıdır

    NOVRUZ BAYRAMINDA ÖMRÜMDƏN ÖTƏNLƏRİ XATIRLAYIRAM

    imagesNovruz gəlir yurduma! Səmənili, güllü-çiçəkli, şəkərbura-paxlavalı, noğul-nabatlı, tonqallı Novruz! Bayramların ən qədimi, həm də gənci! Başqa bayramlardan ona görə daha çox fərqlənir ki, o günləri hamı həsrətlə, həm də böyük həvəslə gözləyir. Novruzun gəlişi ilə könüllərdə bir sevinc yaranır, qəmdən-kədərdən uzaq düşürsən. Novruz, sən bizləri ətrinlə, dadınla, təravətinlə yaşadırsan! Bəs görək, biz səni bu günümüzə kimi hansı adətlərinlə gətirib çıxarmışıq?
    Novruz bayramı deyəndə 45-50 il əvvəli xatırlayıram. Günəşli, bir az da küləkli günləri yada salıram. Toxunma xarallarda saxlanılmış sap-sarı dənəvər buğda çadırların üstünə tökülüb, havaya verilərdi, gün əyilən vaxt xəlbirlərdən keçirilib sovrulardı. Beş çərşənbə qeyd edərdik. Birinci çərşənbəni “yalançı çərşənbə” adlandırırdılar. Yaxşı yadımdadır, nənəm və qonşuda olan yaşlı qadınlar sovrulmuş buğdanın bir hissəsindən mis məcməyilərdə səməni göyərtmək üçün buğda isladırdılar. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər ƏNƏNƏLƏRİMİZİ ÖZÜNDƏ YAŞADAN NOVRUZ üçün şərhlər bağlıdır

    0201Azərbaycan xalqının milli-mənəvi dəyərlərini ta qədimdən indiyədək insanların yaddaşına həkk edən, adət-ənənələrimizi özündə yaşadan bayramlardan biri–ən əzizi Novruzdur.
    Novruzun gəlişilə fəsil dəyişir, qış öz yerini yaza verir. Havalar isinir, torpaq oyanır, təbiət cana gəlir. Bu pərvəriş insanların qəlbində də yüksək əhval-ruhiyyə yaradır. Novruzun gəlişini bildirən əlamətlərin ən başlıcası sıralanıb bir-birini əvəz edən çərşənbələrdir. Bunların birincisi su, ikincisi od, üçün-cüsü yel, dördüncüsü torpaq çərşənbəsidir ki, bunlar bayramın gəlişini bildirir.
    Novruzun gözəl adətlərindən biri də son çərşənbədə axşam “qulaq falı”na çıxmaq adətidir. İnsanlar həmin axşam niyyət tutaraq qonşusunun, qhumunun, həmkəndlisinin qapısına xəlvətcə gedər, içəridən kiminsə xoş söz danışdığını gözləyər. Hətta həmin axşam yaşlı ev sahibləri cavanlara deyərlər ki, yaxşı söz danışın ha, qapını pusan olar. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər NOVRUZ YURDUMA SEVİNC GƏTİRİR üçün şərhlər bağlıdır

    30trend_develer_novruz_170315_02Novruz duyğuların, xoş arzuların, diləklərin, zəngin mənəviyyatın bayramıdır. Əsrlərin, qərinələrin süzgəcindən keçərək min illərdir xalqımızın adət-ənənələrini, məişətini, zəngin mədəni irsini özündə əks etdirərək yaşayır.
    Yadımdadır, ağlımın hələ təzə-təzə kəsdiyi vaxtlarda babam evin arxasında axşamtərəfi kiçik bir ocaq qalayar, ailə üzvlərinin hamısını onun ətrafına toplayardı. Bu zaman onun üzündə sevincqarışıq bir həyəcan və təşviş də hiss olunardı. Mən ondan ocağı nə üçün qaladığını və bizi ətrafına nə üçün topladığını soruşduqda o, saçlarımı oxşayaraq: “Bu gün çərşənbədir, bala”– deyərdi.
    Bu əziz bayrama vurulan siyasi damğa 1988-ci ildən eti-barən aradan qaldırıldı. Bununla da xalq öz əziz bayramını bütün təmtərağı ilə qeyd etməyə başladı.
    Novruz yeni gün deməkdir. Novruzun gəlişi ilə öz oxu ətrafında fırlanan dünyada sanki həyat yenidən başlayır. Baharın gözəlliyi insanların ruhunu oxşayaraq onlarda gözəl duyğular, qurubyaratmaq həvəsi yaradaraq həyat eşqini alovlandırır. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər NOVRUZUN BƏZƏYİ OLAN “YALLI” üçün şərhlər bağlıdır

    DSC_9350 (Копировать)Novruz şənliklərində ən çox ifa olunan rəqslərdən biri də “Yallı”dır. Yallı (Halay) türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Həyatın enerjisini, həmrəyliyi, hərəkəti və ritmi özündə ehtiva edən bir oyundur.
    Qədim zamanlarda heç bir biliyə malik olmayan, odun gücünə inanan insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntıları, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçə-keçə bu günü-müzədək gəlib çatmış və indi də “yallı”larımızın ifası zamanı istifadə olunmaqdadır.
    Belə ki, keçmişdə günəşi, ayı, küləyi, odu və suyu müqəddəs sayan insanlar indi də baharın (Novruzun) gəlişini təntənə ilə qeyd edərək, bayram gününə kimi dörd çərşənbənin hər birində tonqallar yandırır, odun üstündən tullanır, əl-ələ verərək tonqal ətrafında “yallı” gedirlər. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır

    ERKƏN NİKAH VƏ ONUN FƏSADLARI

    1472723796_1448441856_hqdefault1Hər ailə özlüyündə bir cəmiyyətdir. Bu cəmiyyətin yazılmış və yazılmamış qanunları var. Bu qanunlar isə ailənin formalaşmasını və birgəyaşayış tərzinin davamlı, rahat olmasını şərtləndirən əsas meyarları özündə əks etdirir. Ailənin fərdləri bir-birini başa düşməli, bağışlamağı və güzəştə getməyi bacarmalıdırlar. Ailənin möhkəm təməli məhz bu dayaqlar üzərində qurulur. Həm də ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Əgər bir evdə mental dəyərlərə, adət-ənənələrimizə dərin hörmət yoxdursa, orada qarşılıqlı anlaşma, mehribanlıq və səmimiyyət gözləməyə dəyməz. Çünki bu meyarlar məhz milli-mənəvi dəyərlərə əsaslanır.
    Ağıllı kəs müasirliyin və yeni dünya düzəninin əleyhinə gedə bilməz və getsə də özünü pis, gülünc bir vəziyyətdə qoymuş olar. Bu isə, əlbəttə, arzuolunmazdır. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər REDAKSİYAMIZA MƏKTUB GƏLİB üçün şərhlər bağlıdır

    NOVRUZ BİZİM MİLLİ BAYRAMIMIZDIR

    image5Azərbaycan xalqının dərin köklərə əsaslanan milli bayramı Novruz artıq xalqımızın əhval-ruhiyyəsində duyulmaqdadır.
    Uşaqlığım keçən İrəvanlı kəndində gördüyüm Novruz bayramını xatırlamaq istəyirəm. Martın 20-21-i əsas bayram olsa da, bizim kənddə ilin axır çərşənbəsi daha təmtəraqla qeyd olunurdu. Yumurtalar soğan qabığında boyanırdı, buğda təmizlənirdi, sacda qovrulurdu, içinə də küncüt vurulurdu.
    Nənələrimizin “baca-baca” dediyi, bizim isə “torbaatma” dediyimiz ilin axır gecəsi olurdu. “Torbaatma” gecəsi hamı çalı-şırdı ki, bişirdiyi daha gözəl şirniyyatı torbaya qoysun. Çünki bilirdilər ki, bu şirniyyatlar evdən-evə gedir. Bu gün də axır çərşənbədə bu adətlərə əməl olunur. Lakin “torbaatma” deyil, “papaqatma” deyilir. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Milli-mənəvi dəyərlər “QARA BAYRAM” VƏ ONDAN SUİ-İSTİFADƏ üçün şərhlər bağlıdır

    1401733892Bizim başqa xalqlardan fərqlənən gözəl, milli dəyərlərimizi əks etdirən adət və ənənələrimiz var. Novruz bu dəyərlərin ən önəmlisi və təbiətin oyanışını özündə əks etdirən bir bayramdır. Hər bir ailədə Novruzu qeyd etməmişdən əvvəl “Qara bayram” deyilən bir ənənə qeyd olunur ki, həmin vaxt dünyasını dəyişmiş yaxınlar və doğmalar yad edilir, adlarına ehsan süfrələri açılır, qəbirləri ziyarət olunaraq quran surələri oxunur. Gəlin görək “Qara bayram”ı necə qeyd edirik və bu işdə bizim savabımız nə olur? Elə bu fikirlə də Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərovu dinləyib onun “Qara bayram” la bağlı fikirlərini öyrəndik.
    Bu il martın 7-də və 9-da rəhmətə gedən doğmalarımızı ziyarət etməklə onları yada salacağıq. Bəzi insanlar ziyarətə gedərkən müxtəlif şirniyyatlar aparıb qəbirlərin üstünə tökürlər, qarşılarına çıxan “yalançı molla”lara dualar oxudur-lar. Belə hesab edirlər ki, bununla da dünyadan köçənləri yad etmiş olurlar. Həmin günü qəbiristanlıqlarda baş verənləri görəndə adamı narahatlıq bürüyür. Öz maraqlarını güdənlər doğmalarını itirmiş insanlara aman vermirlər ki, qəbirlərin yanına çatsınlar. Gah yalvararaq pul, gah da şirniyyat istəyirlər. Bu hal da istər-istəməz dərdli şəxslərin əsəbinə toxunur. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Milli-mənəvi dəyərlər GƏNCLƏR ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ROLU üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    AZZ_6884Изображение 104Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “xəstələnməmiş sağlamlığın, qocalmamış cavanlığın, o dünyaya getməmiş bu dünyanın qədrini bilin!”
    Böyük yunan filosofu Platondan (Şərqdə Əflatun deyirlər) insanların əməlləri barədə soruşduqda belə cavab vermişdi: “İnsan uşaq olarkən tez böyüməyə can atar, böyüdükdən sonra isə uşaqlığı üçün darıxar. İnsan əvvəl pul qazanmaq üçün sağlamlığını qurban verər, sonra da sağlamlığı qazanmaq üçün pulunu. İnsan heç ölməyəcəkmiş kimi yaşayar, sonra da yaşamamış kimi ölər. Insan yaxşı həyat yaşamaq üçün o qədər vaxt sərf edər ki, yaşamağa vaxtı qalmaz. Insan sabahı o qədər düşünər ki, bu günün əlindən getdiyini hiss etməz. Halbuki həyat dünən və sabah deyil, bu gündür!”
    Bəli, həm Hz. Peyğəmbərin (s) və həm də bütün dahilərin tövsiyəsi budur ki, hər bir əməli, işi öz vaxtında etmək lazımdı, əsasən də gənclərimiz, cavanlarımız öz qüdrətli enerjilərindən elm, bilik öyrənməyə xərcləməlidirlər. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN İSLAM DƏYƏRLƏRİNƏ SADİQ ÖLKƏDİR

    5656565Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri olur. Bunlara həm də ictimai dəyərlər aiddir. Çünki müxtəlif cəmiyyətləri bir-birindən fərqləndirən dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dəyərlərdir.
    Azərbaycanın coğrafi mövqeyi, onun Şərqlə Qərb arasında körpü rolunu oynaması xalqımızda xüsusi keyfiyyətlərin formalaşmasına təsir göstərmiş, tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin, konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşamasına şərait yaratmışdır.
    Bu gün, XXI əsrin əvvəlində, dünyada baş verən müharibələr, toqquşmalar, dini zəmində qarşıdurmalar fonunda xalqımıza xas olan bu multikultural dəyərlərin nə qədər önəmli olması bir daha aydın olur. Din pərdəsi altında müxtəlif radikal dini təşkilatlar müsəlman aləmində çaxnaşma yaradır, İslam dünyasını zəiflətməyə çalışırlar. Əslində bu qarşıdurmaların dinlə heç bir əlaqəsi yoxdur və bunları törədənlərin yalnız bir məqsədi var–ayrı-ayrı dövlətləri, xalqları zəiflədərək dünyada hegemonluq etmək, təbii və digər sərvətlərə yiyələnmək. Nəticədə günahsız insanlar ölür, ev-eşiklərini tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur olurlar. Daha ətraflı »

    Teqlər: