16İyl
HAQQI VERMƏMƏK
Cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.
İnsanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-işverən kimi qarşılıqlı əlaqələri təşkil edən fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur.
Hörmətli möminlər!
İslam dini haqqlının haqqını verməyə çox böyük önəm verir. Bildiyimiz kimi, bir gün bu fani dünya həyatı sona çatacaq, həqiqi həyat adlandırdığımız axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatına görə hesaba çəkiləcək. Ağıllı və bəsirətli insan o insandır ki, Allaha və Onun qullarına qarşı öz vəzifələrini yerinə yetirir, haqq və hüquqlara hörmət göstərir, hesab gününə borcsuz və günahsız getməyə çalışır. Daha ətraflı »
09İyl
Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır.
Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir.
1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.
2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar. Daha ətraflı »
30İyn
Paxıllıq hər bir insanı bulaşdıra biləcək mənfi xüsusiyyətdir, xəbislikdir. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, paxıllıq hamıya sirayət edə bilər.
İnsanlar paxıllığın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Ancaq danılmaz bir faktdır ki, qadınlar kişilərlə müqayisədə daha çox paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların “ayrılmaz hissəsi”dir.
Qadınlar kişilərə nisbətən daha eqoist, paxıl olur, çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Amma bu, o demək deyil ki, kişilər paxıl olmurlar. Hər bir insanda paxıllıq hissi azacıq və müvəqqəti olsa da mövcuddur. Çoxları paxıllığı xudbinliklə və ya qibtə ilə qarışdırırlar. Xudbinlik kibrdir, başqalarına yuxarıdan aşağı baxmadır. Qibtə etməyin isə zərəri yoxdur. Daha ətraflı »
18İyn
ZİNA VƏ XƏYANƏT
Islamda Qadın – Əmanətdir. Qeyd olunduğu kimi, ən çox qadınlar xəyanətin qurbanına çevrilirlər. Əgər kişi xəyanət etdiyi qadının neсə iztirablar, alçalma hissləri keçirdiyini başa düşsəydi, bəlkə də heç vaxt həyatını bölüşdüyü insana, övladlarının anasına bu сür zərbə vurmazdı. Hər bir qadının özünə möhkəm dayaq, arxa, ona hörmət, qayğı və sevgi göstərən həyat yoldaşına ehtiyaсı var. Allah qadını kişiyə bir əmanət olaraq qorumağı tapşırır. Bu barədə Quranda oxuyuruq: «…Əmanətə xəyanət edən şəxs qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali-İmran surəsi, ayə 161). Qeyd etmək lazımdır ki, həyat yoldaşlarının bir-birinə həm fiziki, həm də mənəvi сəhətdən xəyanət etməsi müşahidə olunmaqdadır. Lakin fiziki xəyanət də nətiсədə mənəvi xəyanətə gətirib çıxarır.
Zina nədir? Daha ətraflı »
10İyn
ƏXLAQSIZ DİN, DİNSİZ ƏXLAQ OLMUR
Əgər dinlə əxlaq elminin rabitəsinə diqqət etsək görərik ki, bu rabitə ümum ilə xüsusun rabitəsidir. Yəni din ibarətdir: əqaid, əxlaq, əməli əhkamlar. Ancaq insanda olan dinlə əxlaqın rabitəsini gözdən keçirtsək görərik ki, dinlə əxlaqın rabitəsi mükəmməl bir rabitədir. Din gəlib ki, əxlaqı təkmilləşdirsin. Həzrət Peyğəmbər (s) buyurur: “Mən əxlaqın yaxşılıqlarını təkmilləşdirmək üçün məbus olmuşam”. Ona görə də hər iki halda din və dindarlıq əxlaqsız olmaz. Əxlaq da din olmadan naqis qalar.
İslam əxlaqının tövhid kimi kökləri vardır. Din həqiqətdə əxlaq sütununun üzərində qurulmuşdur. Allaha etiqad bəsləmək bütün əxlaq fəaliyyətlərinin mehvəridir. İnsanda Allaha yaxınlaşmaq stimulu yardır.
Şəhid Mütəhərri buyurur: “Allahı tanımaq – əxlaqın sütunudur. Insaniyyət əxlaq olmadan məna kəsb etməz. Həm də mənəvi məsələ əxlaq olmadan məna qazanmaz. O zaman ki, bəşər ruhunda sütun olmaz, insanlıq nə üçün olar? (Bu əxlaqın) sütunu yoxdur”.
Belə bir sual yaranır ki, əgər iman olmadan əxlaqlı olmaq mümkün deyilsə, bəs niyə Avropa ölkələrinin bir çoxunda yalandan, töhmətdən, oğurluqdan çəkinirlər?
Şəhid Mütəhərri bu haqda buyurur: “Bu sözləri çox eşitmişəm. İnsanın üç növ mənliyi vardır.
1. Şəxsi mənliyi.
Bəzi vaxtlar insan ancaq özünü görür və ətrafında elə bir dairə çəkib ki, özündən başqasını görməsin. Özündən başqa hamısı bu dairədən xaricdə qalırlar. Bu, özünə pərəstişin zəif formasıdır.
2. Ailə mənliyi. Daha ətraflı »
31May
İFTİRA YAĞDIRANIN VƏ BÖHTAN ATANIN YERİ CƏHƏNNƏMDİR
Böhtan və töhmət başqasının razı olmadığı şey haqqında yalan deməkdir. Başqa sözlə desək, başqasına yalanı nisbət verməkdir. Yəni, həmin şəxs bu günahı işlətməmişdir, ancaq yalan danışaraq, onu bu günahla ittiham edirsən. Ya onda olmayan hansısa bir eybi ona nisbət verirsən. İstər onun yanında olsun, istərsə də qaib olan zaman fərqi yoxdur, hər iki halda yalandır.
Böhtan və iftira – hər ikisi böyük günahlardandır O, kəskin şəkildə qadağan edilmişdir. Onun üçün ağır əzab müəyən edilmişdir. Böhtan – yalanın ən pis formasıdır. Əgər şəxs qaibdirsə, onda qeybət hökmündə də gedir. İnsan əslində iki günaha düçar olur: biri yalan və o birisi isə qeybət. Mömin qardaşına ən böyük zülm odur ki, onu işlətmədiyi günahda ittiham edəsən. Böhtan və iftiranın nəticəsində ictimai sistem gec və ya tez dağılacaqdır. İctimai ədalət aradan gedəcəkdir. Daha ətraflı »
20May
İSLAMDA AİLƏ ƏXLAQI
İslamda ailə əxlaqından danışdıqda ailədaxili münasibətlərin məhz sevgi, qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanın anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyəti də artmış olacaq. Hz. Əli buyurur: “Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir. Daha ətraflı »
07May
SÜNNİ VƏ ŞİƏLƏRİN FƏRQİ
Sünnilik və şiəlik islamda ən böyük dini cərəyanlardan hesab edilir. Yarandığı dövrdən bəri bu dini cərəyanlar neçə dəfələrlə tək dini baxımdan deyil, müxtəlif səbəblərdən bir-biri ilə qarşı-qarşıya gəlməli olmuşlar. Hal-hazırda dünya müsəlmanlarının təxmini 85%-ni sünnilər, 15%-ni isə şiələr təşkil edir.
Dünya müsəlmanları siyasi səbəblərdən sünnilərə və şiələrə ayrılmışlar. VII əsrin ikinci yarısında Xəlifə Əlinin idarəçiliyi sona çatdıqdan sonra Ərəb xəlifəliyində növbəti xəlifənin kim olacağı ilə bağlı mübahisələr qızışmağa başlamışdı. Məsələ onda idi ki, Əli, Məhəmməd peyğəmbərin kürəkəni idi və müsəlmanların bir hissəsi hesab edirdilər ki, hakimiyyət onun nəslinə keçməlidir. Onlar “şiə”lər adlanırdı. “Şiə” – ərəbcədən tərcümədə-“Əli hakimiyyəti” mənasındadır. Müsəlmanların digər bir hissəsi isə bunun tam əleyhinə idilər, Daha ətraflı »
30Apr
Moda elə bir aləmdir ki, insanı çirkinləşdirə də bilər, gözəlləşdirə də… Amma zövqlü geyim hər vaxt insanda musbət enerji, xoş hisslər yaradır…
Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli?
Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa…Qeyd edək ki, rənglər hər bir insanın konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır. Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.
Dəbi izləyin, amma ona uymayın. Hər zaman pulunuzu geyimə xərcləməyin. Bundan 2-3 il əvvəl pijamaya oxşayan gündəlik geyimlər birdən-birə sıçrayışla dəbdə oldu. Bütün şəhər pijama geyindi. Daha ətraflı »
30Apr
1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun”.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar”.
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir”. Daha ətraflı »
Yeni ismarıclar