ZƏFƏR ƏTİRLİ NOVRUZ
Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da nəsildən-nəsilə ötürülmüş adətləri vardır. Zaman dəyişsə də, bu adətlər dəyişməyərək insanlar tərəfindən qorunub saxlanılmışdır. Bunların içərisində milli bayramımız olan Novruzun tarixi xüsusilə qədimdir. Tarixə nəzər salanda, bu bayramın 505-ci ildə yarandığı məlum olur. Dünyəvi şairlərin əsərlərində Novruzun özəllikləri aydın şəkildə əks etdirilir.
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Novruz təbiətin canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayramdır. Ona görə də gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Lakin bu bayrama kimi 4 həftə ardıcıllıqla çərşənbələr keçirilir: Su, Od, Yel və Torpaq çərşənbələri.
İlk çərşənbə olan su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əridiyi, od çərşənbəsi günəşin torpağı daha çox qızdırmağa başladığı, insanların həyətlərdə təmizlik işləri apardığı vaxta, Yel çərşənbəsi ağacların çiçəklədiyi, külək vasitəsi ilə tumurcuqların tozlandığı, ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə əkin yerlərində işlərin daha da artdığı, çoxaldığı vaxta təsadüf edir.
Novruz bayramının illərdən bəri qeyd olunan adət-ənənələri nəsildən-nəsilə keçərək bugünümüzə gəlib çıxmışdır. Papaq atmaq, qulaq falı, tonqaldan tullanmaq, üzük falı, səməni əkib göyərtmək, yumurta boyamaq, döyüşdürmək və sair bu kimi adətlər bu gün də həvəslə davam etdirilir. Daha ətraflı »


Hüquqşünas olmaq Züleyxa xanımın uşaqlıq arzusu idi. İstəyinə çatmaq üçün ciddi çalışaraq, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.
Mehriban xanım Əliyevanı bu xalqa sevdirən, hər kəsin doğmasına çevirən nəcib xüsusiyyətləri vardır ki, bunlardan da ən alisi onun humanizmi və xeyirxahlığıdır.
İnsan yaşa dolanda daha çox düşünməyə, keçdiyi ömür yoluna yenidən nəzər salmağa imkan yaranır. Əgər çalışdığın sahədə nəyəsə nail olmusansa, daxilən rahatlıq tapırsan. Mən idmançıyam. Bütün həyatımı bu peşəyə həsr etmişəm. Bu gün də məni yaşadan idmana bağlılığımdır.
Yəqin ki, televziya izləyiciləri “ATV”-də “Bizimləsən” verilişində Tərtər rayonunun Evoğlu kəndindən 16 yaşlı Ləmanın qaçırılması ilə bağlı çəkilişləri izləyiblər və təəssüf ediblər. Mən saytlarda bununla bağlı verilən “16 yaşlı məktəbli qız qaçırıldı” başlığı ilə razılaşmıram. Ləman qaçırılmayıb, özü qaçıb. Və yenə də çox utancverici haldır ki, bu məktəbli qız efirə qoşularaq, utanmadan, dediklərinin dərinliyinə varmadan, anlamadan hər kəsin, o cümlədən atasının da “cavabı”nı verdi. Hətta erkən nikahla bağlı qanunu öz bildiyi tərzdə izah etdi, sağlamlığının ailə qurmağa imkan verdiyini dedi, Seymurun 10 il bir yerdə yaşadığı qadını da cavabsız buraxmadı.
Qəzetimizin 31 yanvar 2022-ci il tarixli sayında Svetlana Əzizovanın “Gəlin, güvəniləsi qadın olaq” sərlövhəli məqaləsi dərc olunmuşdu. Bu yazıda qaldırılan mövzu ilə bağlı deyiləsi söz çoxdur. Çünki söhbət yalnız qadınların şəxsi həyatından, onların istəklərindən deyil, bu istəklərin qurbanı olan ailələrin aqibətindən və belə ailələrdə böyüyən uşaqların taleyindən gedir.
2 fevral – Azərbaycan Gəncləri Günü əsası ümummilli lider Heydər Əliyev təərfindən qoyulmuş dövlət- gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, hər il fevral ayının 2-si Azərbaycan Gəncləri günü elan edilmiş və həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılmışdır. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”- söyləyən Ulu Öndər Heydər Əliyev hər zaman bu prinsipinə uyğun addımlar atmışdır. Təsadüfi deyil ki, bir çox sahədə olduğu kimi, gənclər siysətində də Azərbaycan bir çox ölkələri qabaqlamışdır. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikden xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumidünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust-Beynəlxalq Gənclər Günü elan edilmişdir. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bugün artıq öz təsdiqini tapmaqdadır. Bugün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Tez-tez internet səhifələrində hansısa qadının uşaqlarını, həyat yoldaşını qoyub başqası ilə qaçdığı, hətta sevgilisi ilə birləşib həyat yoldaşını qətlə yetirən qadınlar haqqında da xəbərlər oxuyuruq.
Yeni ismarıclar