Bu yaxınlarda televiziyada bir veriliş gedirdi. Verilişin aparıcısı çıxış edən ziyalıdan nə üçün bəzi fikirlərini “18+” yazıb paylaşdığını soruşdu. Çavab hər kəsi düşündürməlidi: “18+”a yazmasam, heç kəs oxumur”.
Çox utancverici haldır. Yəni hardasa bizim dünyagörüşümüzdə, tərbiyəmizdə bir əngəl var. Ən dəyərli, gözəl, ziyalı sözü olan yazının da, “18+”da verilən yazıların da oxucu sayına baxsaq, bunu aydın görərik.
“Dunya beş günlükdür”– deyib yüngül həyat tərzi keçirənlərinmi sayı artıb, efirə çıxıb mədəniyyəti olmayan mədəniyyətdən, 2-3 dəfə ailə quran ailə nümunəsindən, tərbiyəsiz olan tərbiyədən danışanlarmı bizi bu günə qoyub?!
Bəlkə, doğrudan da, böyükləri düşündürən, samballı fikirləri, yazıları paylaşaq “18+”– da? Görən bu yolda tərbiyəsində səhvə yol verdiyimiz övladlarımızı düzgün yola qaytara bilərik?!
Svetlana ƏZİZOVA
-
10Fev
Müəllif: Redaktor, 09:15