Talış kəndi
Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan(Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin (Talış məlikliyinin) mərkəzi olub. Tarixdən bildiyimiz 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsi toponomik cəhətdən sözügedən məlikliyin adından götürülmüşdür.
Gülüstan məlikliyi (Talış məlikliyi) – mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiyaya ilhaq olunub. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi (Talış məlikliyi) olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abbassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur. Müsəlman türkləri arasında “Qara Yüzbaşı”, xristian türkləri, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
1822-ci ildən sonra kəndin adı Talış kəndi adlandırılmışdır. Daha ətraflı »


Bismilləhir Rahmənir Rahim!

Çoxdan idi ki, səhər tezdən bir yerə səfər etmirdim. Buna görə də Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Şuşa səfərinə sevindim. Səhərin sazağı, alatoranlıq heç vəchlə xoş ovqatımıza mane olmurdu. Ona görə ki, arzu qanadlarında, doğma Qarabağımızın tac şəhərinə yol alacaqdıq. Bir azdan qış günəşi çıxacaq, qırmızı şəfəqləri yolumuzu işıqlandıracaqdı. Zəngin mədəniyyət beşiyimiz olan Zəfər şəhərini ziyarət etmək, bulaqlarından su içmək, hər qarış torpağına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycan Respublikasının alınmaz qalasını görmək çoxdankı arzum idi. Düzdür, düz 40 il əvvəl anamla Şuşaya yaxın yerə – Ağdamın Şahbulağına, qardaşım Ənvərin yanına gedəndə bunu arzulamışdım, amma gedə bilməmişdim. İndi gedirəm. Bakı, Gəncə və Lənkəran şəhərlərindən jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola düşmüşdü. Dan yeri söküləndən sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal dövründə “keçilməz” Ohanyan səddi və neytral zona burada yerləşirdi. Təsəvvür edin ki, Azərbaycan torpağında düşmən səddi… Düşdük, baxdıq. Televiziya ekranlarından gördüyümüz dağıdılmış kəndlər, viranə evlər də elə buradan başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı məzarlara qırmızı lentlər bağlanmışdı. Yəni ki, sakinlər doğmalarının məzarlarını ziyarət ediblər. Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polislər sənədlərimizi yoxlayıb, bizim Şuşa səmtinə getməyimizə xoş niyyət göstərdilər. Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi Elşən Ağayev bu yerlərdə bir neçə dəfə olduğundan Qarabağın qədim tarixi, yaşayış məskənləri, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş yerlər haqqında məlumatlar verir, suallarımızı cavablandırırdı. Elşən müəllim Qaraxanbəylinin Füzulinin işğaldan azad edilmiş ilk kəndlərindən olduğunu, ermənilərin Ohanyan səddinin müzəffər ordumuzun gücüylə qısa müddətə dağıdıldığını xatırlatdı. Dedi ki, strateji və sosial obyektləri, qəbiristanlıqlar, daşı daş üstə qalmamış binaları, yolu, cığırları belə tanımaq olmur. Düşmən ağlasığmaz vandallığı ilə “Qafqazın Xirosiması” adlı acınacaqlı bir tablo yaradıb. Füzuliyə çatanda ürəyimiz bir qədər toxdadı. Şəhər müasir standartlara uyğun şəkildə bərpa olunur. İrəlilədikcə abad yolları görürdük. Yolun hər iki tərəfində quruculuq işləri gedir, ucu-bucağı görünməyən torpaqlarda müasir traktorlar işləyir, taxıl əkilirdi. Adamın sevincdən köksü qabarırdı…
Artıq narahat, səksəkəli bir ili də başa vurduq. Bu ildə nisgilimiz çox olsa da, qazandıqlarımız da az olmadı. Ən başlıcası milli soy-kökümüzə qayıdırıq. 28 may Dirçəliş Günümüz oldu. Respublikamızın adının, dövlət bayrağının dəyişdirilməsi barədə Azərbaycan SSR prezidenti fərman vermişdir.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu Öndər müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində Azərbaycan əlifbasına keçidin, yeni əlifbadan istifadənin mühüm bir hadisə olduğunu qeyd edirdi. Bildirirdi ki, ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı və mədəniyyətidir. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Bu dünyada hər kəs çalışır ki, başqalarından geri qalmasın, evi dəbdəbəli, maşını bahalı olsun. Lakin yaradanın bizə ayırdığı vaxt çatanda, bərabərləşirik. Qəbiristanlıqda məzarlar müxtəlif olsa da, orada uyuyanların bir istəyi var: Son mənzilə gedən yolları ot basmasın, bura zibil tökülməsin.
Ölkəmizin və eləcə də rayonumuzun hər yerində olduğu kimi, 96 saylı Tərtər ilk peşə ixtisas məktəbində də Novruz bayramı şənliyi yüksək coşqu ilə keçirilib. Məktəbin həyətində əsl Novruz ab-havası duyulurdu. Masalar, sə-məni, yaz çiçəkləri və dadlı bayram şirniyyatları–şəkərbura, paxlava, qoğal və tortlarla bəzədilib. Milli geyimdə olan gənc qızların çöhrəsindən sevinc tökülür. Novruz bayramının məşhur qəhrəmanları –Kosa və Keçəlin başları bərk qarışıb yumurta döyüşüb və bayram payı yığmağa. Sanki ətrafdakı təmtəraqdan onların xəbəri yoxdur. Dəvətli qonaqlar isə öz masalarında əyləşib, bayram şənliyinin başlanmasını gözləyirlər.
Zaman sürətlə ötüb keçir. Bacarsaq da, bacarmasaq da, bu sürətlə ayaqlaşmalıyıq. Elə bil dünən yalançı çərşənbələrin gəlişinə sevinirdik. İndi isə ilaxır çırşənbə astanadadır. Onu yola salıb Novruzu, baharı qarşılayacağıq.
Xalqıımızın belə bir deyimi var: “Dost dar gündə tanınar”. Bu sözləri yəhudi xalqı haqqında da deyə bilərik. Həm tarixi faktlar, həm də yaxın keçmişimizdə yaşadıqlarımız sübut edir ki, bizi bir-birimizə dost edən cəhətlər çoxdur.
Ta insanlıq yaranandan toy adətləri yaranmışdı və bu günümüzə qədər çatmışdı. Təkamül nəticəsində insanlar arasında bir çox mərasimlər yaranmışdı. Bu günümüzə gəlib çatanlar bunlardı: – “Nişan” mərasimi (ad elədi), “Parça biçdi” (qız toyu) “Xına yaxdı” (bəzi yerlərdə xınanahan) mərasimləri və “Toy mərasimi”.
Yeni ismarıclar