Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2017-ci il 25 oktyabr tarixli, 9/2 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2018-ci il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
Hesabat məlumatlarına əsasən 2018-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 26 min 108,5 hektar olmuş və keçən illə müqayisədə 74,6 hektar və yaxud 0,3 faiz artmışdır.
Rayon üzrə əkin sahəsinin 11 min 725,9 hektarını və yaxud 44,9 faizini dənli və dənli paxlalı bitkilərin, 5603,9 hektarını və yaxud 21,5 faizini texniki bitkilərin, 1514,6 hektarını və yaxud 5,8 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 7264,1 hektarını və yaxud 27,8 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 7545,6 hektarı (64,3%) buğda, 4010,7 hektarı (34,2%) arpa, 107 hektarı dən üçün qarğıdalı, 5 hektarı darı, 31,7 hektarı noxud, 7,9 hektarı lobya, 18 hektarı soya əkinlərindən ibarətdir. Daha ətraflı »
Yeni ismarıclar