Bu kənddə Mehdi və Səyyad Nəbiyevlərin maldarlıq təsərrüfatında da olduq. Əvvəlcə qeyd edək ki, onların həyətində ilk rastlaşdığımız mənzərə gözəl güllər idi. Bu güllüyü və hər yandakı səliqə-sahmanı görəndə inanmaq olmur ki, ev sahibləri elə burada, həyətdə iri-buynuzlu mal-qaranın kökəldilməsi ilə məşğuldurlar.
Eyni səliqə-sahman təsərrüfat həyətində də vardı. Qışa kifayət qədər ot və yem tədarük olunmuşdu. Onu da qeyd edək ki, ailənin kiçik yemüyüdən sexi var. Həm özləri, həm də kənd sakinləri bu sexdən istifadə edərək, yemləmədə israfçılığın qarşısını alırlar. Mehdi Nəbiyev dedi:
–Hər bir işin çətinliyi var. Maldarlıq da asan peşə deyil. Xüsusən də kökəltmə zamanı ikiqat məsuliyyətli olmalısan. Biz çalışırıq hər bir işi vaxtında görək ki, əlimiz boşda qalmasın. Şükür Allaha, həm özü-müz dolanırıq, həm də əhaliyə keyfiyyətli ət məhsulu satırıq.
-
08NoyKənd təsərrüfatı KEYFİYYƏTLİ ƏT İSTEHSAL OLUNUR üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
29OktKənd təsərrüfatı 1 NOYABR KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜDÜR üçün şərhlər bağlıdır
Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildən hər il noyabırın 1-i ölkədə “Kənd Təsərrüfatı İşciləri Günü” kimi qeyd olunur.
Rayonumuzun kənd təsərrüfatı işçiləri builki peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Təsərrüfatın bütün sahələri üzrə ilin doqquz ayının göstəriçiləri ürəkacandır. Kənd təsərrüfatı məhsulları istehsalcılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir.ƏHALİNİN HƏYATI YAXŞILAŞIB
Əskipa kəndində 1184 nəfər yaşayır. 267 təsərrüfat, 184 evdir. Sakinlərin arasında ziyalısı da var, sadə peşə sahibi də. Amma onların hamısını birləşdirən ümumi cəhət vətənə, torpağa bağlılıq hissi və zəhmətsevərlikdir. Kənd sakinlərindən yeddi nəfəri–Nuru Abbasov, Vüqar Cəfərov, Yavər Məmmədov, Dağıstan Əzizov, Vüqar Qasımov, Eldəniz Sadıqov və Tofiq Quliyev bu torpaq uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Kənddə onların xatirəsi uca tutulur. Şəhidlərin şərəfinə abidə ucaldılıb, ətrafına gül-çiçək əkilib. Kənd sakinləri bu müqəddəs məkanı tez-tez ziyarət edir, qəhrəmanların ömür yolunu öyrənirlər. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
-
29OktKənd təsərrüfatı HALALLIQ ONLARIN PEŞƏ XÜSUSİYYƏTİDİR üçün şərhlər bağlıdır
Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilən ən yeni “Qırmızı gül-1,” “Fatimə”, “Murov-2”, “Şəfəq-2” taxıl, “Qarabağ-33” arpa növləri nəinki bizim rayonda, respublikada çox məşhurdur və fermerlər tərəfindən həvəslə alınır.
Bunun arxasında isə BTS-in kollektivinin uzun elmi axtarışları və gərgin zəhmətləri dayanır.
Kənd Təsərrüfatı İşçiləri Günü munasibəti ilə biz onlardan biri–toxumçuluq şöbəsinin müdiri Ayaz Abdullayev haqqında söhbət acmaq istəyirik.
BTS-in direktor əvəzi Həqiqət Həşimova onu bizə belə təqdim etdi:
– Olduqca halal və zəhmətkeş insandır, peşəsinin vurğunudur. Kollektivdə böyük nüfuzu var, həm də ailəcanlıdır.
Xalqımızın mentalitetində çörək müqəddəs kitabımız olan “Qurani-Kərim”dən irəli gəlib” inancı var. Çörəyə and içmək, “Quran”a and içmək kimidir. Yeni taxıl növlərinin yetişdirilməsi üzərində işləyənlər də bütün gün müqəddəs nemətlə çalışdıqları üçün halallıq onların peşə xüsusiyyətidir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
19OktKənd təsərrüfatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
DÖVLƏTİN PAMBIQÇILARIN ƏMƏYİNİ STİMULLAŞDIRMASI
FERMERLƏRDƏ BÖYÜK RAZILIQ YARADIBTərtərlilər Qarabağ savaşında olduğu kimi əmək meydanında da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə əkib-becərir, halal zəhmətləri ilə öz güzəranlarını qururlar. Bu gün Tərtərdə pambıq istehsalına böyük diqqət verilir. Məhz bu diqqət Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqcıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq əkib-becərən tərtərlilər hər hektardan 28 sentner pambıq toplamışlar ki, bu da ölkə üzrə yüksək göstərici idi. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
-
10OktKənd təsərrüfatı TƏRTƏRDƏ MƏHSUL YIĞIMI DAVAM EDİR üçün şərhlər bağlıdır
1 oktyabr 2018-ci il tarixə Tərtər rayonunda 44 min 788,3 ton dənli bitkilər, o cümlədən 30 min 991,4 ton buğda, 13 min 259,8 ton arpa, 537,2 ton qarğıdalı, 5,5 ton darı, 110,7 ton paxlalı bitkilər, o cümlədən 70,9 ton noxud, 39,8 ton dən üçün lobya, 3655,8 ton günəbaxan istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq–buğda 41,1 sentner, arpa 32,9 sentner, qargıdalı 51,2 sentner, darı 11 sentner, noxud 22,4 sentner, dən üçün lobya 50,3 sentner, günəbaxan 25,3 sentner olmuşdur.
Bundan başqa 1 oktyabr 2018-ci il tarixə 13 min ton şəkər çuğunduru, 17 min 697,8 ton tərə-vəz məhsulları, o cümlədən 1717,9 ton yaşıl lobya, 533,8 ton kələm, 861,1 ton bibər, 3742,9 ton xiyar, 890,4 ton badımcan, 2267,9 ton pomidor, 1171 ton baş sarımsaq, 860,2 ton baş soğan, 5463,6 ton kartof, 189 ton sair növ tərəvəz istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq–şəkər çuğunduru 305,2 sentner, tərəvəz məhsulları 118,3 sentner, o cümlədən yaşıl lobya 121,6, kələm 125,6, bibər 125,7, xiyar 134,2, badımcan 129, pomidor 128,9, baş sarımsaq 126,3, baş soğan 130,3, kartof 112,1, sair tərəvəz 25,3 sentner olmuşdur. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10OktKənd təsərrüfatı Rayonumuzda pambıq yığımına başlandı üçün şərhlər bağlıdır
Bu günlərdə kənd əməkçiləri böyük ruh yüksəkliyi ilə yetişdirdikləri pambığın yığımına başlayıblar.
2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq əkilmiş və məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Hazırda pambıq plantasiyaları 3300 hektar sahəni əhatə edir.
Rayon statistika idarəsinin verdiyi məlumata görə, oktyabrın 5-dək rayonda 1899,2 ton məhsul toplanıb təhvil verilib. Yığım davam edir.TARLALARDA MƏHSUL BOLDUR
Əskipara rayonumuzun cəbhəyanı kəndlərindən biridir. 4 km məsafədə düşmənlə təmas xətti var. Kənd əhalisi mənfur düşmənlə qonşuluğun çətinliklərinə baxmayaraq, əlini işdən soyutmur. Əskiparalılar əkinçiliklə, heyvandarlıqla məşğul olur, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər.
Pambıqçılığın inkişafına dair Prezident İlham Əliyevin verdiyi tapşırıqları həvəslə yerinə yetirən kənd əməkçiləri ötən mövsümdə 141 hektar sahədə pambıq becərmişdilər. Orta məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Cari mövsümdə bu qiymətli bitkinin əkin sahələri bir qədər də artırılaraq 145 hektara çatdırılıb. Ən çox pambıq əkən fermerlər Fəqani Babışov (32 hektar), Pərviz Mustafayev (30 hektar), Babək Sadıqov (10 hektar) və Etibar Əsədovdur (7 hektar). Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10OktKənd təsərrüfatı PAMBIĞIN ALIŞ QİYMƏTLƏRİ ARTIRILDI üçün şərhlər bağlıdır
Ötən il rayonumuzun pambıqçıları hər hektarın məhsuldarlığına görə respublika üzrə birinci oldular. Dövlətimizin başçısı İlham Əliyev Tərtərə səfəri zamanı zəhmətimizə yüksək qiymət verərək, təcrübəmizin geniş yayılmasını tövsiyə etdi.
Qeyd edim ki, keçən ilki mövsümdə mən 54 hektar sahədə pambıq becərmişdim. Yüksək göstəricilər əldə etdik və qürurla deyə bilərəm ki, həm fermer kimi özüm, həm də məhsulun hasilə gəlməsində və yığılmasında iştirak edənlərin hamısı yaxşı gəlir götürdük.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıqçılıq üzrə keçirilən respublika müşavirəsində digər qabaqcıl fermerlərlə yanaşı mənim də adımı çəkdi, qazandığımız nailiyyəti diqqətə çatdırdı. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10OktKənd təsərrüfatı ZƏHMƏTİN BƏHRƏSİ üçün şərhlər bağlıdır
Hüləbətli kəndində torpağı sevən, ondan bol ruzi qaza-nan insanlar çoxdur.
Fermer təsərrüfatının başçısı Seymur Yusibovu hamı zəhmət adamı kimi yaxşı tanıyır. O, həm öz pay torpağında, həm də icarəyə götürdüyü torpaqlarda hə-mişə müxtəlif kənd təsərrüfatı bitkiləri əkib becərir. Həmişə də torpaqdan çox məhsul götürür.
Ötən il o, 18 hektar sahədə pambıq becərdi. Becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında həyata keçirildi. Nəticə sevindirici oldu. Pambıq yığımı maşınla aparıldı. Qəbul məntəqəsinə 60 tona yaxın məhsul təhvil verildi. Bu, hər hektardan 31 sentnerdən çox məhsul deməkdir.
Pambıq sahələrində kompleks becərmə işləri vaxtında aparılıb. Cərgəaralarına keyfiyyətli kultivasiya çəkilmiş, bitkilərə yemləmə kübrəsi verilmiş, ziyanverici və xəstəliklərə qarşı dərmanlama aparılmışdır. İşlərin aqrotexniki qaydalar əsasında aparılmasının nəticəsidir ki, tarlalar bol məhsuldan xəbər verir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
20SenKənd təsərrüfatı Şəkər çuğunduru qiymətli ərzaq bitkisidir üçün şərhlər bağlıdır
YIĞIMA BAŞLANIB
Ölkə Prezidentinin tövsiyələrinə əsasən son zamanlar respublikamızda şəkər çuğunduru sahələrinin genişləndirilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib.
Son vaxtlar rayonumuzun təsərrüfatlarında fermerlər İmişli Şəkər Zavodu ilə müqavilə bağlayıb, onun istehsalına xüsusi diqqət yetirirlər. Zavodla bağlanmış müqavilənin şərtlərinə əsasən torpağın şumlanması, şum altına kübrə verilməsi, toxumun çatdırılması, səpin işləri, kultivasiya çəkilişi, ziyanvericilərə qarşı bitkilərin dərmanlanması, becərmə vaxtı hektara əvəzsiz olaraq 100 manat pul verilməsi, əkilən sahələrin hamısının sığorta olunması, sığorta pulunun 50 faizinin ödənilməsi və hazır məhsulun sahədən daşınması işlərini şirkət öz üzərinə götürür. Bütün bunların nətiçəsidir ki, fermerlər bu sahəyə daha çox meyl göstərirlər. Bu il rayonumuzun təsərrüfatlarında 859 hektar sahədə şəkər çuğunduru becərilib. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
20SenKənd təsərrüfatı TİNG ƏKİNİ VACİB MƏSƏLƏDİR üçün şərhlər bağlıdır
Bu il 5 qutu ipəkqurdu toxumu götürüb becərdik. Bu işdə yaxşı təcrübəsi olan kümçülərdən Kəmallədin Heydərov və Nazilə Mustafayeva daha yaxşı nəticələr göstərdilər. İpəkqurdlarına lazımi qaydada qulluq etdiyimiz üçün çəkdiyimiz zəhmət bəhrəsini verdi. Şəki İpək Kombinatına nəzərdə tutulan 200 kiloqram əvəzinə 241 kiloqram keyfiyyətli barama təhvil verdik. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar