MƏHSUL BOL OLACAQ
Xurma bağlarında məhsul yığımına hələ bir neçə ay qalıb. Amma bağların indiki vəziyyəti deməyə əsas verir ki, bu il tərtərli bağbanlar nəinki rayon əhalisini bu qiymətli meyvələrlə təmin edəcək, eləcə də xarici bazarlarda “Made in Azerbaijan” brendi layiqincə təmsil olunacaq.
Rayon kənd təsərrüfatı idarəsində bitkiçilik sektorunun müdiri Bayram Əliyevdən xurma bağlarının indiki vəziyyəti barədə məlumat verməsini xahiş etdik. O dedi:
– Rayon üzrə meyvə verən xurma bağları 288,4 hektardır. 27,4 hektar sahədə isə yeni bağlar salınıb. Ötən il rayonda 3237 ton xurma toplanıb. Hər hektarın məhsuldarlığı 112,2 sentner olub.
Öyrəndik ki, Mamırlıda Zəfər Nəsirov, İrəvanlıda Məhyəddin Abbasov, Xəyyam Əliyev bu sahədə yaxşı təcrübə toplayıblar. Onlar həm ağacların becərilməsi texnologiyasını yaxşı mənimsəyiblər, həm də məhsulun nə zaman yığılmasını, necə qablaşdırılmasını bilirlər. Buna görə də çəkdikləri zəhmət hər zaman bəhrə verir.
Daha sonra Bayram Əliyev dedi: Daha ətraflı »


Rayonda taxıl biçini uğurla başa çatdı. 9506,6 hektar taxıl sahəsindən 34 min 579,6 ton məhsul yığıldı. Hər hektardan orta məhsuldarlıq 36,4 sentner olmuşdur. 6908,9 hektar buğda sahəsindən 26 min 430,2 ton buğda, 2597,7 hektar arpa sahəsindən 8149,4 ton arpa istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 38,3 sentner, arpa üzrə 31,4 nentner olmuşdur. 2016-cı ilə nisbətən buğdanın məhsuldarlığı 1 sentner, arpanın məhsuldarlığı 4,2 sentner artmışdir.
Kəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri taxıl biçini kampaniyasını mütəşəkkilliklə başa çatdırmışlar. 168 hektar taxıl zəmilərinə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün zəmilərdən 648,5 ton buğda götürülmüşdür. Hər hektarın orta məhsuldarlığı 38,6 sentner olmuşdur. Bu işdə kənd sakinlərindən Maarif Mehdiyev, Güloğlan Kərimov, Elçin Şahbazov, Ramiz Kərimov və başqaları gərgin əmək sərf etmiş, yaxşı nəticələrə nail olmuşlar.
Kənd təsərrüfatının mühüm aparıcı sahələrindən biri də pambıqçılıqdır. Bu, həm ölkəyə yaxşı gəlir gətirir, həm də bu sahədə çalışanların maddirifah halının yaxşılaşdırılmasında, ailə büdcəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. Elə buna görə də son illər unudulan sahəyə çevrilən pambıqçılığın əvvəlki şöhrətinin yenidən qaytarılması hər bir tərtərlinin başlıca məqsədidir.
Tərtər kəndlisinin qayğılı günləridir. Pambıq tarlalarında, tərəvəz sahələrində becərmə işləri başdan aşır. Hazırda taxıl biçilir. Təbiətin şıltaqlığı, qeyri-sabit hava şəraiti təsərrüfat işlərində müəyyən çətinliklər yaratsa da, kəndlinin əli işdən soyumur.
Hazırda təsərrüfat işlərinin qızğın dövrüdür. Kəndimizin fermerlərindən Xamis Əsgərov 3 hektarda pambıq becərir. Elxan Quliyev 6 hektar sahədə yonca, 3 hektar sahədə müxtəlif ağac tingləri əkib. Elxan mal-qara bəsləməklə də məş-ğul olur.
Rayonumuzda son dövrlərdə qazılan subartezian quyularının biri də bizim Ələsgərli kəndinin “13 hektar” deyilən ərazisindədir. Subartezian quyusunun suyundan fermerlər Cəmil Novruzov, Kamil Quliyev, Əbil Əliyev, Xəlil Əhmədov və başqaları istifadə edirlər. Onlar taxıl, soğan, kartof, pamidor, pambıq və digər kənd təsərrüfatı və bostan bitkiləri əkib becərirlər.
2017-ci ilin məhsulu üçün rayonda 9506,6 hektar sahədə taxıl əkilmişdir. Onun 6908,9 hektarı buğda, qalan 2597,7 hektarı arpa sahələridir.
Bir neçə il bundan əvvəl unudulan sahələrdən biri olan baramaçılıq indi yenə də əvvəlki şöhrətinə qayıdır.
Yeni ismarıclar