ƏMƏLİ İŞ
Hazırda təsərrüfat işlərinin qızğın dövrüdür. Kəndimizin fermerlərindən Xamis Əsgərov 3 hektarda pambıq becərir. Elxan Quliyev 6 hektar sahədə yonca, 3 hektar sahədə müxtəlif ağac tingləri əkib. Elxan mal-qara bəsləməklə də məş-ğul olur.
Mən özüm isə icarəyə götürdüyüm 30 hektar torpaq sahəsinin 15 hektarında yonca, 3 hektarında müxtəlif ağac ting-ləri, qalan sahələrdə isə süpürgə, günəbaxan əkmişəm. 15 baş mal-qara bəsləyirəm. Onların içərisində sağılanı da var, ətlik üçün bəsləniləni də.
Yonca sahələrində 2 dəfə biçin aparmışıq. Biçilən sahələ-rin otu götürülən kimi növbəti biçinə hazırlıq üçün dərhal su-varma aparırıq. Sahəmizin kənarında subartezian quyusu var. Suvarmanı həmin artezianın hesabına görürük.
Vüqar Əsgərov,
Kəngərli kəndində torpaq mülkiyyətçisi