Azərbaycan Respublikası Prezidenti yanında keçirilən kənd təsərrüfatının inkişaf etdirilməsinə həsr olunmuş son müşavirədə dövlət başçısı bu sahədə çalışanların qarşısına ciddi vəzifələr qoyub. Xüsusilə taxılçılıq sahəsində işlərin daha yüksək səviyyədə qurulması, arpa və buğda istehsalını əkin sahələrini genişləndirmək hesabına deyil, elmi nailiyyətləri tətbiq etməklə yüksəltmək tapşırığı verilib.
Uzun illərdir ki, taxılçılıqla məşğul oluram. Şəxsi təcrübəmdən bilirəm ki, bu sahədə uğur qazanmaq üçün ilk növbədə toxum seçimini düzgün etmək lazımdır.
Rayonumuzda fəaliyyət göstərən Bölgə Təcrübə Stan-siyasında yüksək məhsuldar taxıl və arpa sortları becərilir. Biz bu sortları əkməklə, hektarın məhsuldarlığını artıra bilərik.
Ötən mövsümdə 30 hektar sahədə yüksək məhsuldar arpa və buğda sortu əkmişdik. Hər hektardan orta hesabla 45-50 sentner taxıl götürdük.
Cari ildə də zəmilərimiz göz oxşayır. Bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında yerinə yetirmişik. Biçini yüksək səviyyədə keçirərək, bol taxıl məhsulu götürəcək, ölkəmizin ümumi inkişafına öz töhfəmizi verəcəyik.
Miri Rzayev,
Hüsənli kəndi,
fermer


Azərbaycanın bütün bölgələri bizim üçün doğmadır, əzizdir. Ancaq Tərtərin iqlimində, torpağında bir qeyri-adilik, insanları bura cəlb edən xüsusi gözəllik var. Bəlkə də bu, rayonun dağətəyi olmasından irəli gəlir. Tərtər Kiçik Qafqazın şimal-şərq ətəklərində, Qa-rabağ düzündə, Tərtər çayının sahilində yerləşdiyinə görə iqlimi də mülayimdir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır, ipəkçiliyin müasir infrastrukturu yaradılır və yeni tut bağları salınır.


Sülhsevər, qüdrətli, möhtəşəm Azərbaycanımızın bir parçası olan qəhrəman Tərtər rayonu ildən-ilə daha da gözəlləşir. Sakinlərin həyat şəraiti yaxşılaşır, rayonun iqtisadi göstəriciləri yüksəlir. Cari ilin 6 ayı ərzində rayonda görülən işlərə nəzər yetirdikdə, bu əminlik daha da artır.
Tərtərdə taxıl biçini yekunlaşmaq üzrədir. Fermerlərin üzü gülür, qəlbi sevinir. Niyə də gülməsinlər, sevinməsinlər? Rayon üzrə orta hesabla hər hektardan əldə olunan məhsul ötən ildəkindən 9 sentner çoxdur, yəni 40 sentnerin üstündədir.
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.3. bəndinə uyğun olaraq Tərtər rayonunda müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsinin təşviqi məqsədilə tədbir keçirilib.
Yeni ismarıclar