Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.
Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş taxıl biçilir. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova Stansiyaının fəaliyyəti, becərilən taxıl sortları barədə məlumat verərək bildirib ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar, yatmaya və xəstəliyə davamlı sortların yaradılması və yüksək reproduksiyalı toxum istehsalıdır. Daha ətraflı »
-
30İynKənd Təsərufatı TOXUMLUQ TAXIL BİÇİLİR üçün şərhlər bağlıdır
-
19İynKənd Təsərufatı SAHİBKARLARA DÖVLƏT QAYĞISI TÜKƏNMƏZDİR üçün şərhlər bağlıdır
İŞ ADAMININ ZƏHMƏT DOLU GÜNLƏRİ
Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan bütün sahələrdə uğurlar qazanıb. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə mikroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın inkişafı uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın tərəqqisi üçün daha əlverişli biznes və investisya mühiti formalaşdırılır. Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqaməti-dir. Son illərdə “Olkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” srateji xəttinə uyğun olaraq biznes və investisya mühitinin davamlı yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşıb. Daha ətraflı » -
03İynKənd Təsərufatı RAYON RƏHBƏRİ PAMBIQÇILARLA GÖRÜŞÜB üçün şərhlər bağlıdır
Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları artıq tarlalarda becərmə işlərinə başlayıblar.
Bu il rayonda 1728,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1200 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC tərəfindən ümumilikdə 2 min 978,2 hektarda pambıq əkilib.
Bu günlərdə rayon rəhbəri Müstəqim Məmmədov rayon ərazisində yerləşən bir çox pambıq tarlalarına baş çəkib, becərmə işləri aparan sakinlərlə görüşüb, onlara öz tövsiyə və tapışırıqlarını veribdir. İcra başçısı bildirib ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub. Cari ildə əməkçilərimiz daha yüksək zirvələri fəth etmək üçün fəal çalışırlar. Hazırda tarlalarda becərmə iş-ləri aqrotexniki qaydalara uyğun olaraq davam etdirilir. İndi sahələrdə görülən becərmə işləri deməyə əsas verirki, 2020-ci ildə də Tərtər pambıqçıları yüksək nailiyyətlər əldə edəcəklər. -
03İynKənd Təsərufatı BARAMANIN SAXLANMA ŞƏRAİTİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır
Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tap-şırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
Bu günlərdə Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayonun kəndlərində ipəkqurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olub. Möv-cud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazımi tövsiyə və tapşırıqlarını verib.
2019-cu ildə rayonda 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama is-tehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 500 qutu baramaqurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. -
05MarKənd Təsərufatı KƏND ƏMƏKÇİLƏRİNİN YAZ QAYĞILARI üçün şərhlər bağlıdır
Torpaqları bərəkətli, təbiəti gözəl, havası, suyu təmiz, insanları işgüzar və zəhmətkeş olan qəhrəman Tərtərdə bu günlərdə tarlalarda yaz əkin işləri davam edir. Təsərrüfat sa-hibləri hazırda buğda, arpa, yonca və meyvə bağlarında ziyanvericilərə və gəmiricilərə qarşı mübarizə işləri aparmaqla, həmin ərazilərdə aqrotexniki qulluq qaydalarını da davam etdirirlər.
Fermerlərimiz məhsuldarlığın artırılması üçün üzvü gübrənin verilməsi işlərini yüksək səviyyədə aparırlar. Hazırda rayonumuzda tərəvəz əkin sahələrimiz vardır və bu sahələr soğan və sarımsaq bitkilərindən ibarətdir. Fermerlərimiz bu əkinlərə yüksək səviyyədə qulluq edirlər. Daha ətraflı » -
05MarKənd Təsərufatı ZƏHMƏTDƏN KEÇƏN ÖMÜR YOLU üçün şərhlər bağlıdır
Pambıq ölkəyə valyuta gətirən, sənaye istehsalına təkan verən sahə olmaqla yanaşı, həm də insanların məşğulluğunun təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Ona görə də kənd əməkçilərinin torpağa bağlılığı günbəgün daha da artır.
İlkin Qurbanov da iki ali təhsil almasına, müəyyən vəzifələrdə işləməsinə baxmayaraq torpağı sevdi, ona ürəkdən bağlandı, “bir torpaq, bir sən” prinsipi ilə torpağa can yandırmağa başladı. Artıq 20 ilə yaxındır ki, torpaqla dostlaşıb, onunla ülfət bağlayıb, nazını çəkib. Torpaq isə bu zəhmətin qarşılığında üz ağardıb, baş ucaldıb, nəticədə sahibini şöhrətləndirib.
Bu zəhmətkeş insanı yaxından tanımaq üçün onunla görüşüb, qazandığı uğurların səbəbi haqqında özündən eşitməyi qərara aldım. Daha ətraflı » -
24FevKənd Təsərufatı KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ÜMUMİ HƏCMİ 28,5 FAİZ ARTIB üçün şərhlər bağlıdır
2019-cu ilin birinci yarısında Tərtər rayonu üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 44 milyon 892,3 min manat təşkil etmişdir. Onun 26 milyon 594,1 min manatı və ya 59,2 faizi bitkiçilik məhsullarının, 18 milyon 298,7 min manatı və ya 40,8 faizi heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 28,5 faiz artmışdır.
HEYVANDARLIQ İNKİŞAF EDİB
Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
2020-ci il yanvar ayının 1-nə Tərtər rayonunda 29 min 667 baş qaramal, 52 min 283 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilə nisbətən 4 faiz və ya 1147 baş artıb. 2019-cu ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3110,8 ton ət, 22 min 440,9 ton süd, 14 milyon 840 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə diri çəkidə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 0,7 faiz artmışdır. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Daha ətraflı » -
10FevKənd Təsərufatı 2019-cu İLDƏ TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULLARININ TOPLANIŞI HAQQINDA üçün şərhlər bağlıdır
Tərtər rayonu üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26853,3 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 744 hektar və ya 2,8 faiz artmışdır. Əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilər, 6579,3 hektarını və yaxud 24,5 faizini texniki bitkilər, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, bostan və tərəvəz bitkiləri, 7540,8 hektarını və yaxud 28,1 faizini yem bitkiləri təşkil etmişdir.
2019-cu ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz, o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və yaxud 4,9 faiz azalmış, digər dənli və dənli paxlalılar əkini 93,4 hektar və yaxud 55,1 faiz artmışdır. Nəticədə 2019-cu ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 43757,3 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Daha ətraflı » -
30YanKənd Təsərufatı TAXIL SƏPİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır
Rayonumuzda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün taxıl səpinini başa çatdırıblar. Rayon üzrə 10 min
655,8 hektarda taxıl səpini aparılıb. Taxıl əkinlərinin 6056,9 hektarı buğda, 4442,9 hektarı dən üçün arpa, 156 hektarı xəsil arpadır. Taxıl əkinlərinin 10 min 200 hektarında bitiş suvarılması aparılıb.
2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilmiş, zəmilərdən 42 min 352,3 ton məhsul götürülmüşdür.
“Yeni Tərtər” -
17YanKənd Təsərufatı QIŞ AYLARINDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır
Hazırda rayonumuzda qış mövsümündə kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Payız mövsümündə görülən işlər başa çatmaq üzrədir. Bu günlərə qədər rayonumuzun təsərrüfatlarında 10499,8 hektar payızlıq əkinin səpin işləri aparılıb. Ondan 5981, 9 hektar buğda, 4381, 9 hektar arpa, 156 hektarı xəsil təşkil edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 1013,5 hektar yonca səpini aparmışlar. Rayonda taxıl əkinlərinin səpini oktyabrın 10-dan başlayan kimi təsərrüfatlarda dərhal səp-suvar işləri görülmüşdür. Havaların əlverişli keçməsindən istifadə edilərək təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 10150 hektar ərazidə taxıl əkinlərinin səp-suvarma işlərini aparıblar. Daha ətraflı »


Yeni ismarıclar