Pambıq universal texniki bitkidir və onun ölkə üçün böyük əhəmiyyəti vardır. Pambığın xalq təsərrüfatı əhəmiyyəti onun lifveren bitkilər içərisində əsas yer tutmasıdı. Uzun illər ərzində dünyanın toxuculuq sənayesinin işlətdiyi lifin 70-
80 faizi yalnız pambıqdan alınırdı. Son illərdə sellüza və sintetik liflərdən toxuculuq sənayesində geniş miqyasda isdifadə edilsə də pambıq lifi yenə də toxuculuq sənayesində əsas xammal sayılır. Beləliklə məlum olur ki, pambıq lifi toxuculuq sənayesinin əsasını təşkil etməklə, təyyarəqayırma, kimya, aftomobilqayırma və s. sənaye sahələrində geniş tətbiq olunur. Azərbaycanda pambıqçılığı əsasən pambıq bitkisinin ümumi inkişaf dinamıkası, onun xarici mühit amillərinə münasibəti, pambıq bitkisinin botaniki təsnifat təkamülü, seleksiya və toxumçuluğun əsasları, pambığın səpini, becərilməsi, suvarılması, gübrələnməsi, pambığın ziyanvericiləri, xəstəlikləri və bunlarla mübarizə yolları, məhsul yığımı və sairə kimi məsələlər əhatə edir. “Ağ qızıl” hesab edilən pambıq strateji bitki olmaqla yanaşı, əhalinin maddi rifahının yaxşılaşdırılmasında, həm də gəlirlərin artırılmasında böyük əhəmiyyət kəsb edən sahələrdən biri sayılır. Rayonumuzda bu sahəyə maraq çox güclü olduğuna görə fermerlərimiz pambıqçılığın inkişafına çox böyük diqqət və maraqla yanaşırlar. Tərtər rayon ərazisində 2019-cu təsərrüfat ilində tarlalarda 3427 hektar sahədə pambıq bitkisi əkilib becərilmişdir. Ondan “MKT” şirkəti tərəfindən fermerlərlə bağlanan müqavilə ilə 2017 hektar, “Azərpambıq” şirkəti tərəfindən bağlanan müqavilə ilə 1350 hektar və “Yevlax P-Aqro” tərəfindən pambıq bitkisinin əkilib becərilməsinə dair bağlanan müqavilə ilə 60 hektarda pambıq əkilmişdir. Hər 3 şirkət tərəfindən bu sahəyə yönəldilən tə-minat yüksək səviyyədə olubdur. Pambıq istehsalçı-larının apardıqları iş, yəni fermerlərin qızğın və gərgin əməyi nəticəsində rayonumuzda pambığın məhsuldarlığı ötən ilə nisbətən xeyli yüksək səviyyədə olubdur. Belə ki, hal-hazırda 3427 hektar pambıq tarlalarından bu günə qədər 11482,6 ton məhsul yığılıb və məhsuldarlıq 33,5 sentnerdir. Bu rəqəm Respublikada ən böyük sevindirici və uğurlu hal deməkdir. Pambıq sahəsində çalışan əməkçilərimiz bundan sonra da pambığın istehsalının artırılmasında yorulmadan çalışacaqlar.
Qoy sularımız axar olsun, ölkəmiz qüdrətli, torpaqlarımız bollu bərəkətli olsun!
Arif BEHBUDOV,
Tərtər DAİM-in bitkiçilik sektorunun müdiri