Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında mətbuatın xüsusi rolu vardır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sa-həsində əlavə tədbirlər haqqında” Fərmanı xüsusilə qiymətlidir. Həmin fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısının əsası qoyulmuşdur.
Sonrakı dövrdə bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də Mətbuat Şurası yaradılmış və “Mətbuat haqqında” qanun qəbul edilmişdir.
2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin, 2005, 2010 və 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd edilmişdir. Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə təltif olunanlar arasında “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusif də olmuşdur.
Bu gün “Yeni Tərtər” qəzetinin rayonumuzun həyatında özünəməxsus yeri vardır. Ictimai-siyasi, mədəni həyatımızda baş verən bütün yeniliklər haqqında sakinlər yerli qəzet vasitəsilə tanış olurlar. Həmçinin gənc nəslin milli vətənpərvərlik şüurunun yüksəldilməsində, xalqımızın gözəl adət və ənənələrinin təbliğində “Yeni Tərtər”in xüsusi xidmətləri var.
Milli mətbuat günü hər birimizin bayramıdır. Odur ki, “Yeni Tərtər” qəzetinin kollektivi ilə yanaşı bütün tərtərliləri bu əlamətdar gün münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Mətbuat işçilərinə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qələminiz iti, sözünüz kəsərli olsun!
-
18İylTərtər RİH-də 22 İYUL–MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN TƏBRİKİ üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
29İynTərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etmiş, onlara dövlətə və dövlətçiliyimizə sadiq olmağı tövsiyə etmişdir.
Göstərmişdir ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 262 dövlət qulluqçusu işləyir. Onlardan 34 nəfəri qadındır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.
Rayon rəhbəri Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədovanın “Tərəqqi”, statistika idarəsinin rəisi Ədalət Məmmədovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirmiş və onları bu münasibətlə təbrik etmişdir. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
13İynTərtər RİH-də Xarici qonaqların Tərtər rayonuna səfəri üçün şərhlər bağlıdır
İSRAİL-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN ÜZVÜ AVİNOAM İDAM
İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdam Tərtər rayonunda səfərdə olub. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri cəbhədə baş verən son atışmalar nəticəsində dinc əhalinin üzləşdiyi çətinliklər, yaranan problemlər barədə məlumat verib.
Sonra Avinoam İdam və rayon rəhbəri ermənilərin güclü artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun Qapanlı kəndində dağılmış evlərdə, şəhər 6 saylı tam orta məktəbdə olublar. Qeyd edilib ki, əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün ölkə Prezidentinin sərəncamı əsasında bütün lazımi tədbirlər görülür.Teqlər: Tərtər RİH-də
-
13İynTərtər RİH-də FRANSIZ TƏDQİQATÇI DİDYE ŞODE üçün şərhlər bağlıdır
Xarici Siyasətin Analitik Təhlili Mərkəzinin təsisçisi, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdıqmaq məqsədi ilə Qarabağ münaqişəsi haqqında kitab yazan fransalı müstəqil tədqiqatçı Didye Şode Tərtər rayonuna səfər edib.
Qonaq əvvəlcə rayon icra hakimiyyətinə gələrək, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri Tərtərin düşmənlə 48 km məsafədə təmas xəttinin olduğunu bildirib. Qeyd edib ki, düşmən heç vaxt öz təxribatçı əməllərindən əl çəkmir, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrimizə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə evlər dağılıb, mülki əhali həlak olub, elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sonra qonaq Tərtər şəhərində, Qapanlı kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olub.Teqlər: Tərtər RİH-də
-
01İynTərtər RİH-də Təbrik edirik! üçün şərhlər bağlıdır
“QIZIL QƏLƏM”İN MÜBARƏK!
Svetlana Əzizova Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və hümanitar şöbə üzrə baş məsləhətçi vəzifəsində çalışır.
Rayonumuzun fəal qadınlarından biridir. Ancaq Tərtərdə onu, ən əvvəl, gözəl qələm sahibi kimi də tanıyırlar. Onun bu yolu isə bizim rayon qəzetindən başlayıb. Hələ məktəbli ikən “Qızıl bayraq”da ilk məqaləsi dərc olunan Svetlana Əzizova ömürlük sözün, şeirin vurğunu oldu. Bu həvəslə də C.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirdi. Uzun müddət qəzetimizdə çalışdı. Maraqlı məqalələri ilə oxucuların məhəbbətini qazandı. Onun yaradıcılığının bir istiqaməti xüsusilə qeyd olunmalıdır: Svetlana xanım öz yazıları ilə daim daha çox qayğı və diqqətə ehtiyacı olanlara kömək etməyə çalışır, mənəvi məsələləri ön plana çəkir.
O, həm də üç kitab müəllifidir.
“Qızıl qələm” mükafatına layiq görülməsi və ad günü münasibəti ilə həmkarımızı ürəkdən təbrik edir, işində uğurlar, yeni yaradıcılıq sevincləri arzulayırıq!“Yeni Tərtər”
Teqlər: Tərtər RİH-də
-
18MayTərtər RİH-də DÜNYA İCTİMAİYYƏTİ ERMƏNİLƏRİN ÇİRKİN NİYYƏTLƏRİNİ PİSLƏYİR üçün şərhlər bağlıdır
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri Tərtər rayonunda
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları–hüquq şöbəsinin müdiri Aleksandr Novikau, onun müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayev yerli hakimiyyət orqanları ilə görüşmək və təmas xəttində baş vermiş son atışmalar səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə birbaşa məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri bildirmişdir ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 km məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalmışdır. Nəticədə Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağılmışdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
18MayTərtər RİH-də Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Tərtər rayonuna səfər ediblər üçün şərhlər bağlıdır
Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrini şiddətli artilleriya atəşinə tutması nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Tərtər rayonunda olublar. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.
Diplomatlar əvvəlcə Tərtərin Qapanlı kəndində olublar. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. Müstəqim Məmmədov cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə nümayəndə heyətinə məlumat verib.
Sonra ermənilərin atdığı mərmilər nəticəsində dağılan evlərə baxış keçirilib.
Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdikləri ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.Teqlər: Tərtər RİH-də
-
18MayTərtər RİH-də Xarici ölkələrin attaşeləri Ermənistan ordusunun ağ fosforlu mərmi atdığı Əskipara kəndində vəziyyəti öz gözlərilə görüblər üçün şərhlər bağlıdır
Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Əskipara kəndi ərazisinə beynəlxalq konvensiyalarla qadağan edilən ağ fosforlu top mərmisi atması faktı ilə yerində tanış olmaq məqsədilə xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri mayın 11-də Tərtər rayonunda olublar.
Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkil etdiyi səfərdə 13 ölkənin hərbi attaşeliyinin 20-dən çox təmsilçisi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri iştirak ediblər.
Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin ağ fosforlu top mərmisi atdığı əraziyə baxış keçiriblər.
ANAMA-nın partlayıcı vasitələrin zərərsizləşdirilməsi (EOD) əməliyyatları üzrə meneceri Mədət Məmmədov məlumat verib ki, mayın 10-da Tərtər rayonunun Əskipara kəndi istiqamətində partlamamış ağ fosforlu mərmi aşkarlanıb. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
18MayTərtər RİH-də Milli Məclisin deputat nümayəndə heyəti ilə birgə hərbi hissədə olmuşdur üçün şərhlər bağlıdır
Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Abdullayeva rayonun ictimaiyyət nümayəndələri və ağsaqqalları ilə birlikdə Tərtər rayonunda olmuşlar. Nümayəndə heyətini rayon icra hakimiyyəti və YAP rayon təşkilatının nümayəndələri qarşılamışlar. Onlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini yad etmişlər. Sonra nümayəndələr “N” saylı hərbi hissədə hərbçilərlə görüşmüşlər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini salamlamış, sonra Tərtərin düşmən üçün alınmaz qala olmasından, əsgərlərimizin döyüş şücaətindən söhbət açmış, 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmən təxribatlarına layiqli cavab verdiyini bildirmişdir. Sonra Milli Məclisin deputatı Sədaqət xanım Abdullayeva çıxış edərək zabit və əsgərləri salamlamış, onları Vətənin müdafiəsində ayıq-sayıq olmağa səsləmiş, ordudakı yüksək əhval-ruhiyyəni alqışlayaraq “Siz vətən uğrunda döyüşlərə ölməyə deyil, öldürməyə gedirsiniz”,- demişdir. Hərbçilər deputatın çıxışını alqışlarla qarşılamışlar. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
04MayTərtər RİH-də CƏBHƏ BÖLGƏSİNDƏ: “VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!” üçün şərhlər bağlıdır
Cəbhə bölgəsi olan Tərtər rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon icra hakimiyyəti ilə birlikdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirmişdir. Tədbirdə məqsəd Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların AZƏRBAYCANIN müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsidir.
Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini yad etmişlər. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar