19Yan
16 yaşlı şəhid Orxanın xatirəsinə
Şəhid bulağı
Bir şəhid bulağı var kəndimizdə,
Suyu göz yaşı tək duru, təmizdir.
Bir Orxan balamız yatır cənnətdə,
Ona ucaldılan abidəmizdir |
Bir şəhid bulağı var kəndimizdə,
Bir şəhid körpənin adın daşıyır.
Orxanın yeri var ürəyimizdə
Bax beləcə, ürəklərdə yaşayır |
On altı yaş nədir, bir körpə yaşı.
Ürəkləri yandıracaq, yaxacaq.
Bax bir abidədir bu məzar daşı
Orxandan yadigar bizə qalacaq. |
Kor olsun düşmənin görən gözləri
Orxan bir gül idi, saraldı soldu.
Deyə bilmədiyi ürək sözləri,
Məktəbli arzusu yarımçıq qaldı. |
Bulağın suyundan içək, a dostlar.
Orxanın şərbəti, şirin çayıdır.
İçib rəhmət deyib keçək, a dostlar,
Balaca Orxanın ehsan payıdır. |
Bu şəhid bulağından için doyunca
Ürəklərə qədər getsin, dayansın
Vətən haray çəkib “qalxın”deyincə
Ürəkdə Vətənə sevgi oyansın.
Rəhman Mürsəlov,
Xoruzlu kəndi |
19Yan
Əsil ziyalı ömrü yaşamış Tofiq Yusifin doğmalarına, əzizlərinə, bu ayrılıqdan üzgünlük çəkən hər kəsə başsalığı verərək, Allahdan səbr diləməklə yanaşı, bir havadarını da itirmiş İlahi sözə, Müqəddəs sözə, Ulu və Uca sözə də “başın sağ olsun” deyirəm.
Qədər yenə səni seçdi,
İtirdiyim birdi, üçdü?
Bir havadarın da köçdü,
Ulu söz, başın sağ olsun. |
Sözü pir tək öyən getdi,
Sözlə şəri döyən getdi.
Tofiq kimi yiyən getdi,
Ulu söz, başın sağ olsun.
|
Əsrlər gəlib ötəcək,
Sözü çox dillər ötəcək.
Solan çətin ki, bitəcək.
Ulu söz, başın sağ olsun. |
Düşdün daha gen, itirdin.
Doğmasıyla tən itirdin.
Həm bəşər, həm sən itirdin,
Ulu söz, başın sağ olsun. |
Ruha söz əkəniydi o,
Haqq sözə təkanıydı o.
Söz qəhri çəkəniydi o,
Ulu söz, başın sağ olsun. |
Dost itkisi elə əyir,
Matəmə qərq olur şeir.
Talıb bu ağıyla deyir:
Ulu söz, başın sağ olsun.
Talıb Məmmədli |
29Dek
POEZİYA DÜNYASININ PEYĞƏMBƏRİ
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz Gəncədə ərsəyə gətirmişdir.
Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılardan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin əsərləri miniatür sənətin inkişafına da təkan vermişdir.
Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Daha ətraflı »
29Noy
EL SƏNƏTKARININ QÜSSƏLİ HƏYATI
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini dolandırırdı.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəməkdə maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayi Daha ətraflı »
29Noy
(Mini hekayə)
İbrahim kişi kəndin sayılıb seçilən adamlarından idi. Həm saz çalıb aşıqlıq edərdi, həm də dəlləklik. Üzü-başı tüklü olanları elə öz evində abıra salardı. Elə ki, işini qurtardı, tükləri səliqə ilə yığışdırar, sonra da sazı sinəsinə basıb bir-iki ağız deyərdi.
Bir gün ot biçinindən gələndə gördü ki, arvad yorğan-döşəkdədir. Rəngi də ağarıb. Düzü Səriyə arvad ölümdən çox qorxardı. Bir yeri ağrıdımı, rəngi cunadan da betər rəng alardı. Tez yapışardı kişinin yaxasından ki, mənə göz dəyib, ölüb eləməmiş özünü mollaya çatdır. Bu dəfə də İbrahim kişi içəri girən kimi bir şivən qopardı ki, eşidən-bilən deyərdi ki, bu dəfə deyəsən ölü düşüb. Zarıya-zarıya dedi:
-Ay İbrahim, qadan mənə gəlsin, ölürəm, özünü mollaya çatdır!
Səriyə arvad həkim-zad tanımazdı, inandığı bircə şey vardısa, o da mollanın duası idi. İbrahim kişi belə olanda sözü uzatmazdı. Bilirdi ki, nə desə də boş şeydir. Dinməz-söyləməz gedərdi mollanın yanına. Bu kəndin də mollası olmazdı. Gərək pay-piada qonşu kəndə gedəydi. Daha ətraflı »
19Noy
Payızın möcüzələri
Bax ulduzlar nur çiləyir,
Bu yer hara, qüssə hara?
Qızıl payız nəğmə deyir
Qızıl qəlbli insanlara!
(Nəbi Xəzri)
Hər gülün, hər çiçəyin, öz gözəlliyi olduğu kimi hər fəslin də öz gözəlliyi var. Fəsillər havasıyla, mənzərələrilə bir-birindən fərqlənir. Qış fəsli soyuğu qarı ilə, yaz fəsli təbiətin oyanışı ilə, yay qızmar günəşi, dənizi ilə, payız fəsli isə küləyi və yağışı ilə. Ətrafımdakı insanların hər biri ayrı-ayrı fəsilləri sevirlər – kimisi meyvəsinə görə, kimisi gül-çiçəyinə görə, kimisi qızılı rənginə görə, kimisi havasına görə və sair. Mən də payız fəslini çox sevirəm elə buna görə də bu fəsil haqqında yazmaq istədim.
Payız fəsli ilin 3-cü fəslidir. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan təqvimə görə sentyabrın 23-də payız fəsli girir. Havalar yavaş-yavaş soyumağa başlayır. 21 dekabra qədər davam edən payız fəsli yayla qış arasında bir körpüdür sanki. Daha ətraflı »
12Noy
ALLAHSIZ CANAVAR
(Mini hekayə)
Qobustan rayonunun Sədəfli kəndindən olan “Vətən müharibəsi qəhrəmanı” şəhidimiz Elyar Arif oğlu Vəliyevə həsr edilib.
Elyar Xüsusi təyinatlı dəstədə vuruşurdu. Hələ 30 yaşı tamam olmamışdı. 29 yaşını cəbhədə keçirəcəkdi. Ona yoldaşları: “Allahsız Canavar”– deyirdilər. Həqiqətən, erməni faşistlərin əliyalın insanlara verdikləri işgəncələr yadına düşdükcə canavara dönürdü. Əsl türk oğlu türk idi. Bircə ay ərzində 40 tapanca təhvil vermişdi. Hər bir tapança bir erməni zabitinin idi. Bu o demək idi ki, əlbəyaxa döyüşlərdə 40 erməni zabitini cəhənnəmə vasil etmişdi.
Füzuli və Cəbrayıl işğaldan Daha ətraflı »
Yeni ismarıclar