GÖRÜŞ
Bir axşam qonaq getdim,
Dostum İxtiyargilə.
Təbəssümlə qapını,
Açdı ana Nargilə.
Hal-xoş edib soruşdu,
Dərsimi-əhvalımı.
Üz-gözümü oxşayıb
Tumarladı saçımı. Daha ətraflı »
|
|
|
|
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0
GÖRÜŞ
Bir axşam qonaq getdim,
Dostum İxtiyargilə.
Təbəssümlə qapını,
Açdı ana Nargilə.
Hal-xoş edib soruşdu,
Dərsimi-əhvalımı.
Üz-gözümü oxşayıb
Tumarladı saçımı. Daha ətraflı »
DUYĞULAR ADASI
Nuruzadə Həvva 2005-ci il sentyabrın 7-si Tərtər rayonunun Qazyan kəndində anadan olub. 2012-ci ildə İntiqam Həsənov adına Qazyan kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2020-ci ildə isə Ağdam rayonu 106 saylı məktəbində təhsilini davam etdirib. 2022-ci ildə Bakı Slavyan Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul olub. Hal-hazırda isə həmin universitetin 2-ci kurs tələbəsidir.
Baxmayaraq ki, Həvva ingilis dli müəllimliyi ixtisasında təhsil alır, amma uşaqlıqdan jurnalist olmaq istəyirdi, ümumiyyətlə, onun ədəbiyyata çox böyük marağı var və buna görə də 14 yaşı olanda ilk hekayəsini yazmışdı. Bu gün isə həmin hekayəni sizə təqdim edirik.
Duyğular adasında yaşayan duyğular birlikdə çox gözəl vaxt keçirərdilər. Həmişə birlikdə oynayıb əylənər, birlikdə sevinər, birlikdə kədərlənərdilər, bir sözlə, bütün hisslərini birlikdə paylaşardılar. Lakin bu xoşbəxtlik çox çəkmədi. Bu xoşbəxtliyin çox çəkməməsinə səbəb qarşı adada yaşayan kədərli duyğular idi. Onlar heç vaxt oynamaz, əylənməz, birlikdə vaxt keçirməzdilər. Kədərli duyğuların adı həmişə məyus, kədərli olmaları ilə bağlı idi. Lakin digər adada yaşayan duyğular kədərli duyğulardan fərqli olaraq çox sevincli olduqları üçün onların adları Sevincli duyğular idi.
Kədərli duyğular həmişə Sevincli duyğulara hücum etmişdilər. Onlar istəyirdilər ki, Sevincli duyğuları da özləri kimi Kədərli etsinlər. Bu çox asan idi. Əgər onların bir damcı göz yaşı Sevinclilərə dəysə, o zaman onlar da Kədərli duyğu olardılar. Bu asan olsa da bunu həyata keçirmək çətin və riskli idi, çünki Sevinclilər də Kədərliləri asanlıqla məhv edə bilərdilər. Əgər onlar bir dəfə ucadan gülərsə, onda Kədərlilər həmişəlik Sevincli duyğular olardılar. Daha ətraflı »
Talıb Məmmədli (Həsən oğlu) hələ ki, yalnız bir kitabın –“Dünya, məni əyləndirmə, düşündür” kitabının müəllifidir. Onun imzasına tez-tez qəzetimizin səhifələrində də rast gəlmək olar. Uzun illərdir ki, rayon qəzeti ilə sıx əlaqə saxlayır. İlk şeirləri də elə əvvəlcə “Qızıl bayraq”da, sonra “Tərtər”də və nəhayət, “Yeni Tərtər”- də dərc olunub. Talıb Məmmədlinin şeirləri həmçinin “Avrasiya Antologiyasında”, “Azad Qələm”, “Sözün sehri” və Zərdab rayon “Əkinçi” qəzetində çap olunub. Özünün dediyi kimi, poeziyaya bu cür vurğunluğu da onda elə bizim rayon qəzeti yaradıb. Vaxtilə redaksiyanın nəzdində fəaliyyət göstərən “Tərtərin səsi” poeziya klubunun yığıncaqlarında gözəl şairlərimizi dinləyə-dinləyə püxtələşib, şeirə olan həvəsi sonsuz sevgiyə, ömürlük bağlılığa çevrilib. Ürəyinin dərinliyində olan hissləri şeirlə bölüşüb, unudulmaz misralara çevirib.
Onu da söyləməyi lazım bilirik ki, Talıb Məmmədlinin poeziyaya olan münasibəti həm də rayon qəzetinə olan münasibətilə sanki qoşa qanaddır. 70-ci illərdən başlayaraq qəzetimizin nömrələrini səliqə ilə yığıb, şəxsi arxivində saxlayır, qəzetimizin 90 illik yubileyinə hazırlaşdığımızı bilərək, xeyli sayda nadir nüsxələri bizə hədiyyə edib. Daha ətraflı »
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov, Folklor İnstitutunun əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransda əvvəlcə Dövlət himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açmaq üçün ilk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm-mədova verilib. Rayon rəhbəri konfrans iştirakçılarını salamlayıb.
Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Ümummilli lider Heydər Əliyev mədəni irsimizə, tariximizə hər zaman çox böyük həssaslıqla, diqqət-qayğı ilə yanaşırdı və bugünkü tədbir də məhz xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramımızın bir ifadəsidir. Daha ətraflı »
“EHTİYACIM VAR SƏNƏ”
Bu günlərdə həmkarımız, istedadlı şairə-jurnalist Svetlana Əzizovanın (Xəyalə) ”Ehtiyacım var sənə” adlı yeni kitabı çapdan çıxıb. Bu, Svetlana xanımın sayca dördüncü kitabıdır.Yeni kitab haqqında öz fikirlərimizi söyləmədən əvvəl, istərdim ki, kitaba ön söz əvəzi verilmiş tanınmış qələm sahiblərinin bir neçəsinin sözlərini oxucularımızın diqqətinə çatdırım. “Svetlana, mən istərdim ki, aşağıdakı sözlər sənin kövrək, həzin poeziyanı həmişə bəzəyə bilsin: “Məhəbbəti o uşaqdan öyrən ki, anası onu döydükdə belə, o, yenə də anasının ətəyinə sığınır”. Hörmətlə, Əmirxan Xəlilov. 26.11.1982.”
“Svetlana, arzu edirəm ki, taleyin də adın kimi işıqlı olsun. Bir də unutma ki, bizim qızların, qadınların sənətkar olub kamilləşməsi bir sıra çətinliklərə urcah gəlir. Arzum budur ki, o çətinlikləri Nüşabə kimi, Həcər kimi dəf edib, xalqa və əlbəttə taleyinə xidmət edəsən. Hörmətlə, Ağa Laçın. 26.11.1982.” “Şair xalqımızın şairə qızı Svetlana. Sizə öz üzərinizə götürdüyünüz məsuliyyətli işdə, acılı-şirinli ömür yolunda şair inadı, şair səbri, şair dözümü arzulayıram. İstərdim ki, bu sınaqlardan mətanətlə çıxasınız. Hörmətlə, Saleh Salahzadə. 9.11.1983” Daha ətraflı »
ZİRVƏYƏ APARAN YOL
Şəhriyar Məmmədzadə 2007-ci ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Hal-hazırda Əsəd Məmmədov adına şəhər 1 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. Dərs əlaçısıdır. Ədəbiyyat və şeiriyyata marağı böyükdür. Vaxtaşırı sosial şəbəkələrdən və kitablardan öz maraqlarına dair məlumatlar toplayır və bu sahədə biliyini artırır. Şəhriyyar özü bu barədə belə deyir: “Valideynlərim də, Azərbaycan dili və ədəbiyyatı müəllimim də mənim maraqlarımı dəstəkləyirlər. İnanıram ki, poeziyaya olan sonsuz sevgim məni nə vaxtsa istədiyim zirvəyə qovuşduracaq.“ Şəhriyarın “Tərtərim” adlı şeirini oxucularımıza təqdim edirik
Tərtərim
Qarabağ döyüşündə məğrur dayanan, Mərmilər qoynunda yatan Tərtərim. Hər bir yeri ətir saçan, nur saçan, Qoynunda gül-çiçək bitən Tərtərim. |
Mərd oğlu, mərd qızı düşmən sipəri, Düşməndən qorxmayıb, getməyib geri. Hər zaman qoruyar onlar bu eli, Mərd oğlu, qızıyla məşhur Tərtər |
Vəzir kimi igidlər yetirmisən, Sən döyüşü uğurla bitirmisən. Elman kimi oğullarla güclüsən, Qocaman ürəkli, qoca Tərtərim. |
REDAKSİYADAN:
Biz də Şəhriyara qədəm qoyduğu bu çətin və şərəfli yolda uğurlar arzulayırıq.
Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, uzun illər xatırla-nırlar. Belə insanlardan biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Ta-rixi Şəcərə cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov)
Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi-publisistik məqalə, dövrü mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Ənvər Çingizoğlunun tarixi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında “Afşarlar”, Xurşidbanu Natəvan, Nəvval, “Kəminə” adlı televiziya filmləri çəkilib.
Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənmişdir. O, regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşrinə ömrünün 30 ilini həsr edib. Daha ətraflı »
Dinləyici vurğunluğu
Hələ səksəninci illərdə ekranda, efirdə sevə-sevə dinlədiyim mahir bir saz ifaçısı vardı – Əıi Quliyev ( Əli Urfan ). O aşığı qiyabi tanısam da, böyük və kamil sənətkar kimi ona qəlbimdə dərin hörmət, sonsuz dinləyici sevgisi olub. Yaxın ötən həftələrin birində “Saz-söz məclisi”nin qonağı olan aşıq Əlini müdrik, ağsaqqal bir sənətkar durumunda görəndə onun sənətinə, şəxsiyyətinə olan rəğbətimin əbəs olmadığına bir daha əmin oldum. Bu günlərdə ( 07.05.2023) bir şeirlər kitabını Elnur Baxışın vasitəsi ilə mənə hədiyyə göndərən USTADA təşəkkürümü bildirirəm. Kitabı əlimə alanda sandım ki, müəllifin əlidir, mənim əlimi sıxır. Daha ətraflı »
Deyilənə görə, ötən əsrin əvvəllərində Şuşada Dürüş adlı xanım-xatın, gözəl-göyçək bir qadın yaşayırmış. Onun xasiyyəti də elə xarici görkəmi ilə üst-üstə düşürdü. Buna görə də əhali arasında böyük hörməti vardı. Xüsusilə qadınlar Dürüş xanımı məsləhət yeri bilirdilər. Elə ki o kəlağayısını başına salıb qapıdan çıxdı, hamı yaxşı bilirdi ki, arxasınca getdiyi işi həll etməyincə, geri qayıtmayacaq.
Dürüş xanımın həyat yoldaşı da özünə yaraşan idi. Ticarətdə əli gətirirdi. Odur ki, yaxşı dolanışıqları vardı. Ev işlərini qulluqçular görürdülər.
Bunlara baxmayaraq, Dürüş xanımın özünün ürəyinə yatan bir iş vardı ki, o, bunu qulluqçula-ra tapşırmır, yalnız özü görərdi.
Bu evə gəlin köcəndən böyük mülkün ən işıqlı, geniş otağını seçib burada gəbə toxumaq üçün hana qurdurmuşdu. O biri otaqlardan fərqli olaraq bu otağın pəncərələrinə pərdə vurmamışdı. İlin bütün fəsillərində buradan Şuşanın gözəl mənzərəsini seyr etmək mümkün idi. Bu mənzərədə hansı rənglər, hansı çalarlar yox idi və bunların birləşməsindən hansı ilahi gözəlliklər yaranmırdı?! Hananın qarşısında oturan Dürüş xanımın əlləri saplar üzərində gəzir və təbiətin gözəlliyi onun ürəyindən keçərək zərif ilmələrə çevrilirdi.
İllər uzunu toxuduğu gəbələr bu qadın üçün adi əşya deyil, həyatının bir parçası, özü də çox mənalı parçası idi.
Övlad sarıdan Dürüş xanımın dünyada vur-tut bir oğlu vardı, onu da qonşudakı yetim qızla evləndirmişdi. Oğlundan da, gəlinindən də narazı deyildi. Sözəbaxan, böyüyün-kiçiyin yerini bilən uşaqlarıydı. Amma bir məsələ daim Dürüş xanımı narahat edirdi: cavanlarda özlərinin zirəkliyini, yanımcıllığını, həyat eşqini görmürdü. Qorxurdu ki, onlar yaxşını pisdən, düzü əyridən seçə bilməsinlər. Axı, insanın maraq dairəsi, arzuları nə qədər böyük olsa, ayaq üstə bir o qədər möhkəm dayanır. Yalnız özlərinə qapanıb yaşayan insanlar isə daim çətinlik çəkirlər. Daha ətraflı »
GETDİLƏR
Hədd dərsi verməyə azğın yadlara, Odlu Şimşək kimi çaxıb getdilər. Vətənin köksünü saran odlara, Cavan canlarını yaxıb getdilər. |
Qəhrəman hünərli, haraylı-haylı, Alıb caynaqlardan bulaqlı-çaylı, Layiq zirvələrə Ulduzlu, Aylı Vətən bayrağını taxıb getdilər. |
Düzlərdə mübariz, həmrəy el olub, |
Aləm heyrətləndi bu mənzərədən, Talıb Məmmədli |
Yeni ismarıclar