Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,854 
Saytda ismarıcların sayı - 0
 
Arxiv
		
		
			     
        
            
            	                    
                    	
                        	- 
                                
27Okt
                                
                                
                        		
                        		    
Ay məni dünyaya gətirən adam, 
Mən səni dünyadan necə aparım?… 
Bir yol tap, ruhumu tez verim sənə, 
Bəlkə bu əzabdan mən də qurtarım.  | 
Zaman ötüşdükcə, mən böyüdükcə. 
Atamın yaş gəlib yaşının üstə. 
Halal zəhmətiylə, alın təriylə 
Tutardı qürurun başının üstə. | 
Məni ərkəsöyün böyüdən Adam, 
“Atan ölməyibdir, qorxma, deyərdi”. 
Hər gün qazandığı halal pulların 
Pünhana, Altuna xərcləyərdi. | 
Öz bağın-bağçasın unudub tamam, 
Bağımda gül-çiçək bitirən kişi. 
Oğlunun çiynində köçür həyatdan, 
Oğlunu dünyaya gətirən kişi.  | 
Adamın atası ölərmiş demə, 
Mən elə bilirdim atalar ölmür. 
Yorulub dünyanın qayğılarından, 
Gedəndə, deyirlər atalar gəlmir.  | 
Hər dərdimə dərmanıydın, ay ata, 
Mənim də olaydı dərman olduğum. 
Kaş çarə biləydim sənin dərdinə, 
Yaralı qəlbinə, qurban olduğum. | 
                        		 
                        		Müəllif: Redaktor, 12:33