Atalar çox gözəl deyiblər ki, “Ot kökü üstə bitər”. Əsrlər boyu nəsildən-nəslə keçən, ağızdan-ağıza ötürülən və həyatda dəfələrlə öz təsdiqini tapan bu məşhur deyim bizim dövrümüzdə bir daha igid Azərbaycan oğullarının sayəsində öz təsdiqini tapmışdır. Qəhrəman oğullarımız mənfur erməni quldurlarına qarşı döyüşən zaman göstərdikləri şücaətləri ilə ulu babalarımızın dediklərini bir daha gerçəkliyə çevirdilər. Həmin qəhrəman Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovdur.
Mübarizi həyata bəxş edən xalq çox sayda qəhrəmanlar yetirmişdir. Dədə Qorqud igidləri, Babək, Koroğlu, Qaçaq Nəbi, Həzi Aslanov, Qafur Məmmədov və Azərbaycanın müstəqilliyi dövründəki yüzlərlə qəhrəmanlarımız.
Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq özünün qeyri-adiliyi ilə seçilir. O, Koroğlu babamızın “Tüfəng çıxdı, qəhrəmanlıq getdi” fikrinin doğru olmadığını öz şəxsi şücaəti ilə təsdiqləməklə bərabər, eyni silahla silahlanmış düşmənin çoxlu sayda əsgərini məhv etdi.
Onun göstərdiyi igidlik İkinci Dünya müharibəsində Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin yeni formada da-vamı, general Həzi Aslanovun düşündüyü hərbi-taktiki gediş-lərin fərdi döyüşçü tətbiqidir desək, yəqin ki, mübaliğəyə yol vermərik. Daha ətraflı »
-
28SenƏdəbiyyat MÜBARİZ İBRAHİMOV FENOMENİ üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
19SenƏdəbiyyat QƏDİR TƏRTƏRLİ: “MƏNİM HƏYAT ROMANIM” üçün şərhlər bağlıdır
Həmyerlimiz, şair, jurnalist, Qızıl Qələm mükafatı laureatı Qədir Tərtərlinin yenicə çapdan çıxmış “Mənim həyat romanım” kitabını son cümləsinədək böyük maraqla oxudum və əsər haqqında fikirlərimi qəzetimizin oxucuları ilə bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, “Mənim həyat romanım” kitabı bir insanın taleyindən bəhs etsə də, burada biz Azərbaycanın ötən əsrin 30-cu illərindən başlayaraq və XXI əsrin əvvəllərinədək olan ictimai-siyasi mənzərəsini, xalqımızın yaşam tərzini, adət-ənənələrini, valideyn-övlad və övlad-valideyn münasibətlərini görürük. Balaca Qədirin doğulduğu Əksi-para kəndi ilə birlikdə böyüdüyünün, dəyişdiyinin, Böyük Vətən müharibəsi illərində keçirdiyi əzab-əziyyətlərin, sıxıntıların şahidi oluruq.
Kitabdakı bütün səhnələr təbii və səmimidir, xalqın öz dili ilə qələmə alınıb.
Yaddaşımda xüsusilə iz qoyan səhnələrdən biri yay aylarında kənd camaatının yaylaqlara köç etməsidir. Bu o vaxtlar idi ki, hələ nə maşınlar vardı, nə də müasir rahat şərait. Qədir müəllim yol boyu rastlaşdıqları gözəllikləri, ferma müdiri işləyən atası Hüsü kişinin çobanlara, onların ailə üzvlərinə münasibətini elə canlı təsvir edir ki, oxucu özü də yolçulara qoşulub sərin yaylaqların ətrafında dincəlir, “Həmzə çiməni”ndə uşaqların “Çataldaş”ın altında məktub gizlətdiklərinin şahidi olur, qadınların dağda bitən göylərdən sacda bişirdikləri ləzzətli kətənin ətrini duyur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
07SenƏdəbiyyat “KEÇMİŞƏ NƏZƏR SALANDA…” KİTABININ MÜZAKİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Professor, texnika elmləri doktoru Rasim Axundovun Axundovlar ailəsinə həsr etdiyi “Keçmişə nəzər salanda…” kitabının işıq üzü görməsi münasibəti ilə redaksiyamızda tədbir keçirilib.
Tədbiri açan “Yeni Tərtər” qəzetinin baş redaktoru, “Keçmişə nəzər salanda…” kitabının redaktoru, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan yazıçılar birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, “Tərəqqi” medallı dövlət mükafatçısı Tofiq Yusif bildirib ki, bu əsərin ərsəyə gəlməsi Azərbaycan elmi tarixinə, həmçinin rayonumuzun tarixinə bir töhfədir. Kitabda yaxın keçmişimizdə yaşayan feno-menal bir ailə–Axundovlar ailəsi haqqında sənədli materiallar əsasında səmimi bir söhbət açılır. Ailənin başçısı Fərrux Axundov uzun illər rayonumuzun Azadqaraqoyunlu kəndindəki tibb məntəqəsində işləmiş, eyni zamanda burada və ətraf kəndlərdə rus dilini tədris etmişdir. Ailədəki on övladdan beşi müxtəlif sahələr üzrə elmin ən yüksək zirvəsinə ucalmış, professor, elmlər doktoru adını almışdır. Valideynlər – Fərrux bəylə Maya xanım övladlarının hamısının ali təhsil almasına nail olmuşlar.
Tofiq müəllim göstərib ki, bu ailənin mayasını ziyalılıq, nur təşkil edir. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində “Pravda” qəzetinin birinci səhifəsində Leonid Tahirovun imzası ilə onlar haqqında “Ondurlar, hamısına da əhsən!” sərlövhəli məqalə dərc olunmuşdur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
18AvqƏdəbiyyat “AŞIQ PƏRİ” MƏCLİSİNİN YARADILMASI üçün şərhlər bağlıdır
Tanınmış jurnalist Səbuhiddin Rüstəmovun qeyd etdiyinə görə, 1980-ci illər ərəfəsi şair Nigar Rəfibəyli və tarixi romanlar ustadı professor Əzizə Cəfərzadə “Azərbaycanın qadın, aşıq şairləri” adlı qiymətli bir əsər yaratmışdılar.
Bu kitabda “Ölülər”in Nazlısından başlamış, Ağabacı, Məshəti, Raziyəyə (Gəncəvi) qədər, Azərbaycanın aşıq qadınları və şair qadınların hamısı göstərilmişdir. Hazırda düşmən caynağından azad edilmiş “Lələtəpə”nin “Yaxşısı” (haqq aşığı Lələnin dəfn edildiyi Cocuq Mərcanlıda), haqq Aşığının sevgilisi Yaxşı ilə deyişmələri həmin kitaba salınmışdır.
Bir sözlə, tariximizdə yaşanan Aşıq Pəri öz dövrünün çox görkəmli, mükəmməl yerini tutmuşdur. 1984-cü ilin əvvəllərində neftcalalı folklor bilicisi Narınc Xatın Əzizə Çəfərzadə ilə görüşür, XIX əsrin yarısında Şuşa mühitində təlim-tərbiyə almış Aşıq Pərinin adını əbədiləşdirmək qərara alınır. Beləliklə hər ikisinin səyi ilə Aşıqlar Birliyi Hüseyn Arif, Əzizə Cəfərzadə, Narınc Xatının imzası ilə sorağını eşitdikləri insanlara məktub yolladılar. Bir neçə çağırış da mənim arxivimdədir. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
08AvqƏdəbiyyat AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ üçün şərhlər bağlıdır
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
-
04MayƏdəbiyyat YENİ ŞEİRLƏR üçün şərhlər bağlıdır
Kamil Tərtərli (Süleymanov) 1955-ci il avqustun 26-da Tərtər rayonunun Qaynaq kəndində dünyaya göz açıb. Kamil müəllim “şairəm” deməsə də, daim onu düşündürən, bir vətəndaş kimi silkələyən mövzulara toxunur, obrazlı şəkildə bunlara münasibətini bildirir. “Qəhrəman Tərtər” şeiri də aprel ayının əvvəllərindən cəbhədə hadisələrin gərginləşməsinə həsr olunub.
Teqlər: Ədəbiyyat
-
04MayƏdəbiyyat QƏHRƏMAN TƏRTƏR üçün şərhlər bağlıdır
Yenə bulud çöküb üstünə, Tərtər,
İgid oğlanları çağır meydana!
Ayağı dəyməsin yağı düşmənin,
Qəhrəman diyarın torpaqlarına!Birinci Qarabağ savaşında sən
Düşmənə layiqli cavab vermisən.
Qovmusan düşməni uzaq yerlərə,
İndi qisas almaq istəyir səndən.Vətən oğulları, qalxın ayağa!
Döyüşmək vaxtıdı, hünər vaxtıdı.
“Hay”ların başını əzəsən gərək,
Torpağı almağın zamanı çatdı. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
04MayƏdəbiyyat OLAYDIM üçün şərhlər bağlıdır
Kaş yolum düşəydi bu yaz dağlara,
Açan gül-çiçəyə qonaq olaydım.
Yaz dumanı süründükcə çəməndə,
Şehdə ayaqyalın gəzən olaydım.Təzə yarpaq açmış o meşələrdə,
Kəkotu, qantəpər gül açan yerdə,
Qar selə döndükcə şah zirvələrdə
Tərtər çayı coşan yerdə olaydım.
Murovdağın sərin mehi vuraydı,
Mürgüləyib mən də meyxoş olaydım.
Bulaqların şırıltısı yoraydı,
Allahıma şükür eləyən olaydım. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
18AprƏdəbiyyat Köhnə yazılarımızdan üçün şərhlər bağlıdır
MOLLA PƏNAH VAQİF TƏRTƏRDƏ YAŞAMIŞDIR
XVIII əsrin görkiəmli Azarbaycan sairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax rayonunun Qıraqsalahlı kəndində anadan olmuşdur. O, mükəmməl təhsil almış astronomiya ilə maraqlanıb, bacarıqlı memar olmuşdur. Molla Pənah Vaqif fars, ərəb dillərini gözəl öyrənmişdir. 1750-ci ilin axırlarında öz ailəsi ilə birlikdə Qarabağın Tərtər mahalına köçüb gələn şair bir müddət burada yaşayıb-yaradır.
Mənbələrdə göstərilir ki, Molla Pənah Vaqif Tərtərbasarın Sarıcalı kəndində məktəb açaraq orada müəllimlik etmişdir.
Bir neçə il bundan əvvəl bu məsələ ilə əlaqədar Sarıcalı kəndinə getdim. Nəsillərin yaddaşında qalanlar budur ki. Vaqif tez-tez Tərtər çayına tamaşa edərmiş. Haylı-haraylı çayı seyr etməkdən çox xoşlanarmış. Görünür, şair Tərtərin sahillərində yazıb-yaradırmış. Məni çox maraqlandıran bir sual vardı qarşımda. Görəsən Molla Pənah Vaqif Tərtərdə neçə il yaşamışdır. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
18MarƏdəbiyyat Elimizə bahar gəlir üçün şərhlər bağlıdır
İTMƏYƏN ÜMİDLƏRİMİZDƏN,TÜKƏNMƏYƏN ARZULARIMIZDAN XƏBƏR VERƏN BAYRAM
Tanrının taleyimiz kimi bizə təmənnasız bəxş etdiyi bir çox xoşbəxtliklərdən biri, bəlkə də elə birincisi, min nazı, işvəsi ilə könül dünyamızı, həyatımızı büsbütün təzələyib, dəyişən Novruz bayramıdır. Fəsillərin dəyişdiyi, gecə ilə gündüzün bərabərləşdiyi bir vaxtda istər-istəməz insan ruhu da təzələnir, dəyişir. Daş altından küskün-küskün boylanan bənövşə, dünyaya sevgi , sevinc bəxş etməyə hazır olan nazlı, qəmzəli nov-ruzgülü, ilk baharın carçısı sayılan qaranquşların dönüşü itməyən ümidlərimizdən, tükənməyən arzularımızdan, bir də hər bir insan övladının içində gizlicə yaşatdığı sevgidən xəbər verir.
Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın, sağlamlığın, firavanlığın başlanğıcıdır. Daha ətraflı »Teqlər: Ədəbiyyat
Yeni ismarıclar