(HEKAYƏ)
Kəndimiz ən ucqar dağ kəndlərindəndir. Hər tərəfdən yaşıl yamaclı silsilə dağlarla əhatə olunan bu kənd düzəngah sahədə yerləşir. Kəndin qarşı tərəfindən dağların dibiynən bir neçə bulağın birləşməsindən yaranan kiçik çay axır. Yaz vaxtları bu çay coşur, kükrəyib daşır, hətta mal-qara da apara bilir.
Kəndimizdə yerli kənd sakinlərinin adlarıyla bağlı yer-yurd adları da olub və hələ də qalmaqdadır. “Səyadın yurdu”, “Qaman dərəsi”, “Seyid Əvizər bulağı” və s. Bu yerlərdə aparılan arxeoloji qazıntıların nəticələrinə görə buranın tarixi çox-çox qədimlərə söykənir. Kurqanlar və insanlar tərəfindən düzəldilmiş mağaralar bu dağlarda çoxdur. Əkin yerlərindən bir nəfərlik küp və ailə qəbirləri indi də çıxmaqdadır. Yaxın keçmişdə almanlar da burada yaşayıblar, işləyiblər və hətta dəmir yolu da çəkiblar. Bizim dağların sərvəti almanları da buralara qədər gətirmişdi. Ondoqqu-zuncu əsrin ortalarında qızıllarımızı, misimizi və digər yeraltı sərvətlərimizi çıxarıb aparırmışlar Almaniyaya. Daha ətraflı »


ÖMRÜN FƏSİLLƏRİ
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
EVDƏ
MƏZAHİR DAŞQIN
TOFİQ BAYRAM
AĞA LAÇINLI
Yeni ismarıclar