28Yan
HÜMANİST MÜTƏFƏKKİR
2021-ci il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Söz və fikir ustadının zəngin yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etmişdir.
Nizami Gəncəvi irsi sonsuz bir ümmanı xatırladır. Adı dünya ədəbiyyatı xəzinəsinə qızıl hərflərlə yazılmış beş qüdrətli sənətkardan biri olan Nizaminin “Xəmsə”si Şərqi və Qərbi əsrlər boyu məftun etmişdir. Hələ sağlığında “Şeyx Nizami” kimi tanınan, intibah dövrünün ən qüdrətli sənətkarı sayılan şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami elə bir könül şairidir ki, heç bir xələfi onun mütəfəkkir zirvəsinə yüksələ bilməmişdir. Onu 880 ildən bəri dünya xalqlarına sevdirən əsərlərində təbliğ olunan mütərəqqi ideyalardır. Şairin əsərlərində insanın duyğu və düşüncələri, gördüyü əməllər əsas yer tutur. Nizami Gəncəviyə görə insan yer kürəsini öz əməlləri ilə bəzəmək, xeyrxahlıq etmək üçün yaranmışdır.
Onun əsərlərindən “həmişə türk qoxusu gəlsə də” (H.Araslı) bütün başqa xalqlara da hörmət və məhəbbətlə yanaşmışdır.
Hümanist və beynəlmiləlçi olmaqla yanaşı, Nizami eyni zamanda böyük vətənpərvərdir. Vətəni müqəddəs bir anlayış kimi qəbul Daha ətraflı »
28Yan
Bütün Şərqin böyük dühası İlyas Yusif oğlu Nizami Gəncə şəhərində dünyaya göz açmışdır. O, həm vətəni Azərbaycanda, həm də bütün dünyada böyük bir mütəfəkkir kimi şöhrət tapmışdır.
İqtisadi cəhətdən sürətlə inkişaf edən Gəncə şəhəri həmin dövrdə “Azərbaycan Atabəyləri” adlanan Eldənizlər tərəfindən idarə olu-nurdu. İpək yolunun bu şəhərdən keçməsi Gəncənin daha da inkişaf etməkdə, mədəni mərkəzə çevrilməsində mühüm rol oynamış və Nizami bunu öz əsərlərində aşkar surətdə əks etdirmişdir. Gəncədə Qərb və Şərq mədəniyyəti birləşirdi. Nizaminin əsərlə-rindən məlum olur ki, o hər iki mədəniyyətə dərindən bələd olmuşdur. Dahi şairin həyatı haqqında daha dolğun və dürüst məlumatı elə onun öz əsərlərindən almaq mümkündür.
Əsərlərindən öyrənirik ki, Nizami dövrünün əsas dini və dünyəvi elmlərini dərindən bilən alim olmuş, “həkim Nizami” adlandırılmışdır. Ömrü boyu Gəncədə yaşamış Nizami öz doğma dili ilə yanaşı fars, ərəb eləcə də bir sıra digər dilləri dərindən öyrənmiş, ömrünün sonuna qədər tarixi, fəlsəfi, coğrafi, ədəbi əsərlər mütaliə etmişdir. Aldığı təhsil dilinə uyğun olaraq Nizami Gəncəvi bütün əsərlərini fars dilində yazmışdır.
Saraylarda hökmdarların himayəsində yaşamaqdan imtina edən şair bir çox hökmdarlarla əlaqə saxlamışdır. Poemalarını, bəzi şeirlərini dövrünün ayrı-ayrı hökmdarlarına yazmış, onlara hədiyyə kimi göndərmişdir. Daha ətraflı »
18Yan
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gən-cəvinin anadan olmasının 880 illiyi tamam olur.
Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Daha ətraflı »
18Dek
ƏLİ QURBANOV

Qurbanov Əli Əkbər oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Babaşlar kəndində anadan olub.
1981-ci ildə orta təhsilini başa vurub. 1981-1986-cı illərdə Xalq Təsərrüfatı İnstitutunda ali təhsilə yiyələnib.
31 ildir ki, Tərtər rayonunun Bəyimsarov kəndinin icra nümayəndəliyində çalışır. Ailəlidir, 2 övladı var.
DAĞLAR
| Ömur kecdi bir an kimi,
Necə doldum yaşa, dağlar?
Yazdan, yaydan kam almadım,
Nə tez çatdım qışa, dağlar? |
Əli, yar bildin qibləni,
Məni yıxdı hicran qəmi.
Olmadın könül həmdəmi,
Mən gedirəm, yaşa, dağlar! |
|
Qəlbim sevinclə dolmamış,
Sevgidən ilham almamış,
Yar qəlbinə yol salmamış
Bəla gəldi başa, dağlar. |
|
|
|
|
|
Yeni ismarıclar