“Xocalının səsi” Tərtərdə çap olunurdu
Müharibə dövrü Xocalı üçün çox vacib sayılan ”Xocalının səsi” qəzeti öz nəşrini dayandırmışdı. O vaxt bizim Tərtər qəzetinin mətbəəsi və yaradıcı redaksiya heyəti “Xocalının səsi”nə öz kömək əlini uzatmışdı. Bu haqda rayon mətbəəsinin təcrübəli işçisi, 1970-ci ildən həmin sahədə çalışan Kəlam Əliyevin söylədikləri maraq döğurduğuna görə, qəzetimizin əməkdaşı onunla görüşərək müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
–Kəlam müəllim, biz bilirik ki, müharibə dövründə “Xocalının səsi” qə-zetinin Tərtərdə çıxmasına şəxsən Siz kömək etmişsiniz. Xahiş edirik bu barədə məlumat verəsiniz.
–Yaşadığımız rayon da cəbhə bölgəsi olduğu üçün Xocalı qəzetinin rast gəldiyi çətinliklər, onun nəşri ilə bağlı problemlər bizə yaxşı tanış idi. Ona görə də həmkarlarımızı darda qoymadıq, “Xocalının səsi”nin respublikaya yayılmasına yardımcı olduq. Qnda hələ Xocalı faciəsi baş verməmişdi.
Qəzetin redaktoru Sərdar Mehdiyevin dediyinə görə, o zaman nəşr üçün dövlət orqanlarına müraciət edilsə də kömək göstərilməmişdi. Əlac yenə özlərinə qalmışdı. Bərdə mətbəəsi “Xocalının səsi”ndən üz döndərmiş, ona görə də həmkarlarımız Tərtərə üz tutmuşdular. Fevralın ilk günlərindən (1992-ci il) qəzet Tərtərdə çap olunmağa başladı. Qəzetin kollektivilə yaxın münasibətdə olduğumuz üçün onların dərd-sərlərini yaxşı bilirdik. O vaxtlar əməkdaşlar tərəfindən qəzetin Xocalıya necə çətinliklə çatdırıldığının canlı şahidiyik. “Xocalının səsi” özünə “Torpaq, haqq, ədalət uğrunda” devizini seçmişdi. Onlar baş verəcək faciəni əvvəlcədən görürdülər. Ancaq bütün çağırışlara əhəmiyyət verilmədi və bu dəhşətli faciə törəndi. Daha ətraflı »


Xocalı faciəsi nəinki Azərbaycanın, dünya tarixinin ən qanlı səhifələrindən biridir. 31 il bundan əvvəl, soyuq bir qış günündə erməni terrorçuları Sovet Ordusunun 366-cı alayının iştirakı ilə 613 insanı qətlə yetirdilər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qo-canı. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq, müxtəlif dərəcədə yaralanaraq ömürlük şikəst qalmışdır. 1275 insan əsir götürüldü. Onlardan 150-nin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Prezident İlham Əliyev cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edib.
Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının peşə bayramı və Xidmətin yaradılmasının 11-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Könül Sarıyeva əmisi, Birinci Qarabağ Müharibəsi şəhidi Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbin 8-ci sinif şagirdidir. Dərs əlaçısıdır. Könülgil ailədə 3 uşaqdırlar – 2 qardaş, 1 bacı. Hər üçü həm ailənin, həm də təhsil aldıqları məktəbin fəxridirlər.
Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə birinci olaraq yardım əlini uzadan Azərbaycan olub. Bu yardım həm dövlət səviyyəsində, həm də könüllü olaraq bütün xalq tərəfindən göstərilir. Hər kəs baş verənləri öz ağrı-acısı kimi qəbul edərək, əlindən gələn yardımı etməyə çalışır.
“Ulu Öndər Heydər Əliyev arzularında yaşatdığı Azərbaycanı hələ birinci rəhbərliyi dönəmində qurmağa başlamış, arzu və istəklərini bu istiqamətə yönəltmişdir. Məhz buna görə də onun adı xalqın simvoluna, həyat və fəaliyyəti isə xalqın məhəbbət və sədaqət simvoluna çevrilmişdir”. Bu sətirlər rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda keçiri-lən inşa yazı müsabiqəsinin qaliblərindən birinin ürək sözləridir.
Fevralın 6-sı gecə saatlarında qardaş Türkiyənin on vilayətində baş verən zəlzələ dünyanın bütün humanist xalqları kimi Azərbaycan xalqını da sarsıtdı. Bu qarşısıalınmaz təbii fəlakət hamımızın qəlbini kədərlə doldurdu. Bütün türk xalqı fəlakətdən zərərçəkənlərə kömək üçün səfərbərdir. Dövlət qurumları ilə bərabər vətəndaşlar da əllərindən gələn köməyi etməyə çalışırlar. Xilasedicilərin köməyinə gələn kütlə zərərçəkənləri xilas etmək üçün gecəli-gündüzlü çalışır.
Yeni ismarıclar