“Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa”
30 il əvvəl iyunun 9-da Ümummilli Lider xalqın təkidli tələbi ilə Bakıya qayıdıb
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları, YAP rayon təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önü-nə gül dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. O bildirib ki, Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşların mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir. Daha ətraflı »



Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Uşaqların Beynəlxalq Müda-fiəsi Günündə Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində də olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
Bayram münasibəti ilə “YAŞAT” Fondu tərəfindən icra olunan “Hədiyyə karvanı” layihəsi çərçivəsində Tərtər rayonunda yaşayan, yaşı 14-dək olan 37 nəfər Vətən müharibəsi şəhidlərinin övladlarına hədiyyələr verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında selleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı keçirilib.
Bu bir təsadüfdür, yoxsa tanrının hikməti?
İyunun 7-də Tərtər rayonunun Qaynaq kənd ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qaynaq kənd İƏD üzrə nümayəndə Aqil Həsənov, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər rayon Təhsil sektorunun metodisti Gülxar Abbasova, məktəbin direktoru Yaşar Mirzəyev, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Prezident İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxış edib.
Yeni ismarıclar