Azərbaycanın hər bir guşəsində olduğu kimi, Tərtər rayonunda da 2023-cü il Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Belə tədbirlər rayon sakinlərinin müstəqil Azərbaycanın xilaskarı və qurucusu olan Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmasında, xüsusən gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında və inkişafında mühüm rol oynayır.
Bu baxımdan idarə və müəssisə kollektivlərinin, şagirdlərin rayonumuzdakı Dövlət Rəmzləri Muzeyinə təşkil olunan ekskursiyalarının xüsusi əhəmiyyəti var. Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tərtər Poçt filialının, rayon Statistika İdarəsinin, Buruc kənd tam orta və şəhər 1 nömrəli tam orta məktəblərinin kollektivləri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Dövlət Rəmzləri Muzeyində olublar.
Əvvəlcə ekskursiya iştirakçılarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Daha ətraflı »
Yeni ismarıclar