
Prezident İlham Əliyev cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxışı etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya federasiyasına səfəri zamanı bu ilin aprel ayının 22-də Moskva şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həm də Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birlikdə görüşdə iştirak etmişdir. Görüş zamanı çıxış edən dövlətimizin başçısı Rusiya rəhbərliyinin, həmçinin Rusiya ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramın Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq bildirdi ki, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Daha ətraflı »






Milli Mətbuatımızın unudulan qələm sahiblərindən biri, Kəlbəcərin ağır günlərində ömrünü girov qoyan Zahid İsmayılovu daha çox söz adamı, qələm sahibi kimi tanıdıq, lakin, təəssüf ki… yada salmadıq…
Sizi çalışdığınız qəzetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Prezident İlham Əliyev cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz Tərtər rayonunda böyük sevinc və coşqu ilə qeyd olunub.

Sonra rayon rəhbəri Dədə Qorqudla bayram tonqalını alovlandırıb.
Artıq 4 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə–Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq.
Milli Məclisin deputatı Sahib Alıyev Novruz bayramında Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Cavid Hüseynovun, Emin Abbaszadənin, Elnur İbrahimovun, Ruslan Lalayevin və Rəşad Vəlizadənin ailələrini ziyarət ediblər.
Bu günlərdə özünün 90 yaşını qeyd edəcək Tərtər rayon qəzeti bütün çoxillik tarixi dövründə həmişə məktəblilər tərəfindən çox sevilib. Onlardan hansısa qəzetdə özü haqqında dərc olunan ilk məqaləni oxuyub, kimisi ilk imzasını görüb və bu ilklər həyatlarında böyük rol oynayıb, seçimlərinə uğurlu təsir edib.
Yağdı və pislikləri örtdü. Sadəcə örtmədi, həm də əritdi, yox etdi. Yox, yanılıram. Yox etməsi mümkün deyil, əridib torpağa qarışdırdı. Göylərə yüksələn hisi-tozu, ah-nalələri, yalvarışları , alqışları soyuq və saf dənələri ilə təmizlədi. Saf olanları uca Tanrıya göndərdi, pislikləri torpağa qaytardı. Qaytardı ki, onları torpaqdan başqa heç nə gizlədə bilməz. Eybləri örtən torpaq! Müqəddəs torpaq, canlılara can verən, cansızları ağuşuna alıb yenidən yaşadan torpaq! Əzizlərimizi səndən, məndən daha yaxşı əzizləyən torpaq. Ayaqlarımla sənə toxunanda milyon dəfə üzr istəyirəm. Axı, sən sadəcə qara torpaq deyilsən. Sən körpədən qocayadək bizlərin sığınacaq yerisən. Yaxşı ki, qar yağdı. Yağdı və yağmaqda davam etdi. Hava saflaşdı, təmizləndi. Torpağın istisi azaldıqca qar örtüyü qalınlaşdı. Bakı küləyi həmişə yağan qara qənim kəsilir, onu qovur, ora-bura çırpır, əridir. Ancaq bu gün hava sakit, küləksizdir. Pəncərələr qarın, buzun yaratdığı əsərlərlə bəzənir, təbiət, o möcüzəli rəssam bənzərsiz gözəlliklər yaradır. Şəhər başdan – başa qar örtüyünə bürünür. Qar örtüyü üzərində möhtəşəm qürurlu bir heykəl görürəm. O sənsən, Ana! Onu yalnız mən görürəm, o yalnız mənə aiddir. Ana! Sən dünyanı dəyişdiyin gündən ikinci dəfədir ki, şəhər beləcə ağ yaylığa bürünür və saf örtük üzərində sənin heykəlin ucalır. Sənə yaxınlaşmaq, qarşında diz çöküb danışmaq istəyirəm. Danışmaq istəyirəm sən gedəli olan günlərimdən, günahlarımdan, dərdlərimdən danışmaq istəyirəm. Danışa bilmirəm, susuram. Sənin saf dünyan məni ovsunlayır. Ana!
Yeni ismarıclar