Mənim “Yeni Tərtər” qəzeti ilə tanışlığım orta məktəb illərimə təsadüf edir. O vaxt qəzet “Qızıl Bayraq” adlanırdı. Direktorumuz (2№ məktəb), görkəmli pedaqoq Sabir Paşayev (mən onu ancaq Makarenko ilə müqayisə edə bilirəm) məktəbimizdə ədəbiyyat dərnəyi aparırdı. Mənim “Qızıl Bayraq”da ilk şeirim dərc olundu. Mənə, – uzaq bir dağ kəndindən gəlmiş bir uşağa elə bil dünyanı bağışladılar.
Sonradan çox yaxın dostluğa çevrilən ikinci tanışlığımız 90-cı illərin sonuna təsadüf etdi. O vaxt redaktor çox istedadlı şair Tofiq Yusif idi. Tanış deyildik. Amma onun yaradıcılığına bələd idim, şeirlərini çox sevirdim. O, mənim üçün çox bötük avtoritet idi. Onun böyüklüyünün qarşısında özümü çox cılız hiss edirdim, onunla görüşməyə özümdə cəsarət tapmırdım (elə sona qədər də belə oldu). “Demə Səməd Vurğun gəldi-gedərdi” adlı bir yazı yazdım və redaksiyaya göndərdim. Yazı xoşuna gəlmiş və Maarif müəllimi çağırıb mənim kim olmağımla maraqlanmışdı. Daha ətraflı »


İlin, günün bu vaxtında ayda 3 dəfə oxucuların görüşünə gəlmək, yaşayıram deməkdir, bölgə mətbuatı hələ tarixin zirzəmisinə atılmayıb deməkdir. Təəssüflə bildirirəm ki, bu fikirləri nə qədər ağır olsa da “Kür” qızeti haqqında deyə bilmirəm. Ölkəmizdə yaşayan tək-tək əyalət qəzetlərindən biri “Yeni Tərtər”dir. Bu münasibətlə qəzetin baş redaktoru, canıyla-qanıyla mətbuata bağlı olan, bu yolda hər cür fədakarlığı qarşılaya bilən çox dəyərli həmkarım Svetlana Bağırovanı və kollektivi səmimi-qəlbdən təbrik edir, yollarına uğurla davam etmələrini diləyirəm. Düz 90 il əvvəl – 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə nəşrə başlayan qəzet, sonralar dövrün siyasi ab-havasına uyğunlaşmağa məcbur olmuş, 1937-ci ildən “Qızıl bayraq”, 1991-ci ildən “Tərtər” adı ilə ayaqüsdə dayanmağı bacarmışdı. 
Əziz və hörmətli həmkarlarımız! Azərbaycan region qəzetləri sistemində tarixən və müasir günlərimizdə öz nüfuzunu daim qoruyub saxlayan”Yeni Tərtər”in 90 illik yubileyi münasibətilə Sizi ürəkdən təbrik edirik. “Yeni Tərtər” qəzeti şərəfli bir tarixi yol keçmişdir. 90 illik fəaliyyəti dövründə bu qəzet özünün yerli oxucularını maarifləndirmək missiyasını Vətənə, doğma Tərtərə sevgi ilə həyata keçirmişdir.
Radionun və televiziyanın təşəkkül tapmadığı dövrdə mətbuat qədim informasiya vasitəsi olmuşdur. Azərbaycan tarixinə ilk mətbu orqan kimi daxil olaraq fəaliyyətə başlayan “Əkinçi” qəzetinin ənənələrini rayonumuzda layiqincə davam etdirən və bu gün 90 yaşını qeyd etməyə hazırlaşdığımız “Yeni Tərtər” qəzeti rayonumuzun ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu gün “Yeni Tərtər” qəzetinin bayramıdır, onun timsalında rayonumuzun, ümumilikdə isə mətbuatımızın bayramıdır.
90 il… Bir əsrdən 10 il az, bir igidin ömründən nə qədər çox… İllər keçdikcə qədrin, qiymətin azalmadı, mənim doğma qəzetim. Oxucu kütlən, dəyərini bilən dəyərli insanların köməti yaşatdı səni.
Qaynar gəncliyimin, xoşbəxt günlərimin beş ilini Tərtərdə, səmimiyyəti, mehribanlığı, qayğıkeşliyi ilə mənim üçün doğmalaşan, bacıya, qardaşa, əmiyə, dayıya çevrilən, unudulması mümkünsüz olan tərtərlilərin əhatəsində yaşamışam. 1975-1980-ci illərdə Tərtərdə çıxan “Qızıl bayraq” (İndiki “Yeni Tərtər”) qəzetində müxbir və şöbə müdiri vəzifəsində çalışmışam. Torpağı münbit, suyu saf, insanları qürurlu bu diyarda yaşadığım, işlədiyim beş ilin hər günü mənim üçün son dərəcə unudulmaz və əzizdir…
Sovet dövründə Azərbaycanın hər rayonunda bir qəzeti vardı. Qəzetlər bəzi rayonlarda daha aktiv, maraqla oxunurdu. Hətta regional qəzetlər mərkəzi qəzetlərdən daha fəal idi. Füzuli rayonunda “Araz”, Zərdabda “Əkinçi”, Qazaxda “Göyəzən”, Zəngilanda “Zəngilanın səsi” kimi qəzetlərin adını çəkərdim. Sovetlər İttifaqının dağılması mətbu sistemin də dağılmasına gətirib çıxardı. Mətbuatda bir düzən, sistem vardı. O mətbuat da çökdü. Ancaq yerli mətbuat yerli camaat arasında ünsiyyət vasitəsi idi. Kolxozlar, sovxozlar, təsərrüfatlar dağıldı. Gəlir gətirəcək sahələr dağıldı, qəzetlərin abunə sistemi pozuldu. Bu da sirayət elədi rayon qəzetlərinin çöküşünə. Bu qəzetlərdən biri də “Tərtər” qəzeti idi. 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq” adı ilə nəşr olunmuşdur. 1963–1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, “Qızıl Bayraq” qəzeti Bərdə rayonunun “Kommunizm yolu” qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən “Qızıl Bayraq” adı ilə nəşr edilmişdir. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlamışdır.
Doğma, Qəhrəman Tərtərimizin yeganə mətbuat qəzeti olan “Yeni Tərtər”in 90 illik yubileyi münasibəti ilə qəzetinizin bütün heyətini ailəmiz adından təbrik edirəm. Keçən 90 il müddətində qəzetiniz dövrün müxtəlif hadisələrinə, ağrılı-acılı günlərinə, qələbə müjdəli anlarına şahidlik etmişdir. Qələm sahibləri hər zaman “Yeni Tərtər” qəzetində Qarabağ döyüşlərində qanları ilə tarix yazan şəhidlərimizin, qazilərimizin, veteranlarımızın döyüş yolundan bəhs edən saysız məqalələrin müəllifi olmuşlar. Bu gün də “Yeni Tərtər” qəzeti Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon rəhbəri Müstəqim Məmmədovun qayğısı ilə, dəyərli qələm sahibi Svetlana xanım Bağırovanın redaktorluğu altında müasir dövrümüzdə fəaliyyətini davam etdirməkdədir.
Mən 1981- ci ildə Tərtərdə rayon qəzetində işləyirdim. O zaman adı “Qızıl Bayraq” olan qəzetdə güclü jurnalistlər işləyirdilər. O qəzet məni yetişdirdi. Redaktor Təvəkkül Nəcəfov, onun müavini Əmiraslan Qurbanzadə, məsul katib Svetlana Bağırova, şöbə müdiri Elbrus Məmmədov, müxbir Eldar Fərəcov, şöbə müdiri Yəhya İbrahimov sözün əsl mənasında mənə müəllim oldular. Onların verdikləri zəngin bilgilərlə sonralar “Xocalının səsi”, “Azərbaycan”, “Respublika” və digər qəzetlərdə çalışdım. Ümummilli Lider Heydər Əliyev siyasətdən yazdığım iki məqaləmi bəyənmiş və millət vəkillərinin iştirakı ilə müzakirə etdirmişdi.
Xalqımızın milli maraqlarını yaşadan, inkişaf etdirən, maarifləndirən, istedadlı insanlarımızın, əmək və müharibə qəhrəmanlarımızın illərlə həyat yolunu işıqlandıran mətbuat, qəzetlər, jurnallar, kitablar olmuşdur.
Yeni ismarıclar