28Noy
(və ya qanacaq yaxşı şeydir…)
Kim-kimə qarğasa desin ki, səni görüm yolun bazarın qabağından düşsün! Fərqi yoxdur piyada, ya maşınla . Oradan salamat qurtarıb, evinə gedə bilən şükür eləsin. Xüsusi taksilər 1 manatdan ötrü az qalırlar adamları maşınlarının altına salsınlar, avtoşlar onların yanında muştuluqdur. Daha ətraflı »
Teqlər: Digər
28Noy
Cinayət qanunvericiliyi ilə qorunan bir qrup ictimai münasibətlər onlara qarşı hazırlanan qəsdlərin və ya belə qəsdlər baş versə də daha ağır nəticələrin baş verməməsi üçün dərhal reaksiya verilməsini tələb edir. Daha ətraflı »
Teqlər: Digər
28Noy
Tərtər rayonunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması sahəsində mütəmadi olaraq həyata keçirilmiş geniş-miqyaslı proflaktiki tədbirlər nəticəsində, əvvəlki illərlə müqayisədə yolnəqliyyat hadisələrinin, qəzalarda həlak olan və yaralananların sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunmuşdur. Təkcə 2015-ci ilin ötən 9 ayı ərzində yol qəzalarının sayı 6 fakt, həlak olanların sayı 2 nəfər, xəsarət alanların sayı isə 11 nəfər azalmışdıdr. Daha ətraflı »
Teqlər: Digər
19Noy
Gözlərimi bu dünyaya açandan mənim üçün əziz və doğma olanları itirə-itirə gəlirəm. Neyləyək ki, dünya belədir? İtirə-itirə gəlirsən və bir gün özün də itirsən. Ömrün vəfası budur.
O günü doğma qardaşım kimi sevdiyim Məmməd Aslan haqq dünyasına qovuşdu, bu gün əziz dostum Qasım Qırxqızlı getdi. Növbədə isə… Başlayıb bir nəslin yarpaq tökümü. Qəribədir, hər iki doğmam göyərçinlər kimi uçub getdilər, qəfildən, bir göz qırpımında. Öləndə də belə öləsən! Sağ əlləri mənim başıma. Daha ətraflı »
Teqlər: Digər
19Noy
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən didərgin salmırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar. Daha ətraflı »
Teqlər: Digər
19Noy
Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin çətin sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır. Bu partiyanın yaradılması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Daha ətraflı »
Teqlər: Digə
05Noy
24 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub. Daha ətraflı »
Teqlər: Digər
05Noy
Torpaqlarımızın mənfur ermənilərin hücumundan qorunmasında mərdliklə vuruşan yüzlərlə vətən oğullarından biri də Qalalı Hüseynovdur. O, 1963-cü ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. 1980-ci ildə yaşadığı kənd orta məktəbini bitirəndən sonra hərbi xidmətə gedib. Sonra qiyabi yolla Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mexanikləşdirmə fakültəsini qurtararaq mühəndis ixtisasını alıb. Daha ətraflı »
Teqlər: Digər
05Noy

Sağdan: (əyləşənlər) Qaçaq Şahmalının kürəkəni Əli, qızı Brilyant, gəlini Xədicə, (ayaq üstə) oğlu Əli, oğlunun qaynı Şərif
Hələ gənclik illərim idi. Anamla bərabər Kolanı kəndinə (indiki Hacıqərvənd) yas mərasiminə getmişdik. Bir yaşlı qadın anamı görcək hündürdən “ay əmi qızı” deyib ağlamağa başladı. Dediyi ağının içərisində babamla bərabər Şahmalı adını da çəkdi. Mərasimə toplaşan qonaqlar getdikdən sonra yenidən doğmalar kimi görüşüb hal-əhval tutdular. Anamla o qadının bu mü-nasibəti marağıma səbəb oldu. Evə gələndə onun kimliyini anamdan soruşdum. Anam dedi: “Əmiqızıyıq, bir-birimizi tez-tez yoxlaya bilmirik, xeyirdə-şərdə görüşürük”. Daha ətraflı »
Teqlər: Digər
26Okt
Yaşadığımız narahat dünyadan rahat mənzilə yola saldığımız, ayrılığına əbədi yanacağımız, şəhidlik adına yüksələn yüzlərlə vətən oğulları sırasında yer tutanlardan biri də Abdullayev Aydın Əmirsoltan oğludur. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar