Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01Mar

    Изображение 0961Dəmirçilər rayonumuzun cəbhəyanı kəndlərindən biridir.
    Bu kəndlərdə doğulub boya–başa çatan uşaqlar körpə yaşlarından müharibənin nə olduğunu bilirlər. Odur ki, hər bir oğlan uşağının arzusu tez böyüyüb düşməndən intiqam almaqdır.
    Eşqin Cəfərli də hələ orta məktəbdə oxuyarkən düşmənlərimizin nə qədər qəddar olduğunun həm əldə etdiyi məlumatlardan, həm də öz doğma kəndinin timsalında yaxşı bilirdi. Ermənilərin ucbatından onun və digər uşaqların çox sevdikləri meyvə bağlarında ağaclar bar verməmiş məhsul məhv olurdu,valideyinlərinin min–bir əziyyətlə yetişdirdikləri taxıl zəmiləri, yoncalıqlar susuzluqdan saralırdı.
    Eşqin hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2014 –cü ilin iyul ayında onların evində məclis quruldu, babalar, nənələr, dayılar, bir sözlə, bütün doğmalar ona xeyir-dua verib ordu sıralarına yola saldılar.
    Ordu həyatı sənə nəyi öyrətdi? –sualına Eşqin belə cavab verdi:
    –İlk növbədə döyüş silahlarının və texnikasının sirlərinə yiyələndim. Komandirimiz, baş leytenant Pərviz Əmirovun sayəsində həm də döyüş taktikası barədə lazımı bilgilər əldə etdim. Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldum.
    Əgər Vətən çağırsa, ordudan tərxis edilən bütün gənclər kimi mən də torpaqlarımızın yağı düşməndən azad edilməsi uğ-runda mübarizəyə hazıram.
    Eşqin əsgər dostluğu haqqında ürəkdolusu da-nışdı.
    Bildirdi ki, ordu həyatının bütün çətinliklərini və sevincli anlarını Tərtərli Rəşad Fərzəliyev, Şəmkirli Anar İsayev və Sənan Əliyevlə bölüşüblər. Bu münasibətlər indi də davam edir.
    Hərbi xidmətə getməmişdən əvvəl Gəncə Humanitar Kollecini maliyyə işi ixtisası üzrə bitirən bu gənc hazırda ali məktəbə daxil olmağa hazırlaşır. Bunun üçün öz üzərində ciddi çalışır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:19

    Teqlər:

İsmarıclar bağlıdır.