Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın növbəti toplantısı keçirilib.
Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq daimi elmi seminarın fəaliyyətini yüksək qiymətləndirib, seminarda müzakirəyə çıxarılan məsələlərin Azərbaycan multikulturalizmi ilə bağlı gələcək araşdırmalar üçün qaynaq ola biləcəyini deyib.
Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurası sədri Etibar Nəcəfovun moderatoru olduğu, Akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan daimi elmi seminarın budəfəki toplantısında müzakirə ediləcək məsələləri açıqlayıb: “İclasın gündəliyində Sorbonna Universitetinin professoru, şərqşünas Fransua Jorjonun XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri haqqında məruzəsi, Beyrut Universitetinin professoru Mahmud Heydərin çıxışı, BBMM-in İsrail filialının rəhbəri, tanınmış siyasi ekspert Arye Qutun həmmüəllifi olduğu “Ağrı” kitabının müzakirəsi və “Multikulturalizm” jurnalının ikinci sayının təqdimatı yer alıb”. Daha ətraflı »


25 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
Hörmətli Elçin müəllim!
Siz Tərtərdə olarkən keçirdiyiniz tədbirdə cəmi iki kəlmə söz dediyimə görə peşimançılıq hissi məndən əl çəkmir. Qarabağ mövzusu ola, Qarabağda yaşayan jurnalist ola və danışmaya. Ancaq qorxdum ki, kövrələrəm, belə bir tədbirdə isə kövrəlmək istəmədim.
25 ildən çoxdur ki, Azərbaycan müstəqillik şəraitində yaşayır. Bu müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə əsaslı islahatlar aparılmış, ölkəmiz bölgədə lider dövlətlərdən birinə çevrilmişdir. Hazırda dünyanın hər yerini bürüyən inflyasiyaya baxmayaraq, Azərbaycanda sabitlik, dayanıqlı inkişaf qorunub saxlanılır və biz öz yolumuzla inamla gedirik. Belə bir dövrdə cəmiyyətimizdə qadınlara qarşı zorakılıq hallarının müxtəlif formalarda təzahür etməsi dövlətin və cəmiyyətin inkişafına, ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna mane olur. Məhz bu baxımdan qadın hüquq və azadlıqlarının qorunması istiqamətində mübarizənin gücləndirilməsi hazırda qarşıda duran çox mühüm vəzifələrdən biridir.
Onun adı Ülkərdir. Cəmi 12 yaşı var. Amma artıq əsl ulduz kimi parlayıb. İstedadı ilə təkcə rayonumuzda deyil, respublikamızda tanınıb.
Tərtər rayonunda çox az adam tapılar ki, Aytac Süleymanzadəni tanımasın. Onun elə də çox yaşı yoxdur. Hələ 5 yaşı olarkən rayonun mötəbər tədbirlərində öz çıxışı ilə hamını riqqətə gətirmişdi, ürəklərdə özünə yer eləmişdi.
Bugünlərdə ABŞ-ın “Eurasia review- təhlil və xəbərlər jurnalı”nda və “Foreign policy news” xəbər saytında amerikalı siyasi analitik və araşdırmaçı jurnalist, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin İdarə Heyətinin fəxri üzvü Peter Teysin Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi dərs olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yazının tam mətninin tərcüməsini oxuculara təqdim edir.
Bu yaxınlarda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər ərzində ölkəmiz yüksək iqtisadi inkişafa nail olub, uğurlu daxili və xarici siyasəti ilə dünyada layiqli yer tutub. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu.
Ulu Öndərimiz Heydər.Əliyev hakimiyyətə gələn zaman Azərbaycan Konstitusiyasına əlini basaraq and içmişdi. And yerimiz olan Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi hesab olunur.
16 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edil-diyi gündür.
Yeni ismarıclar