Aparılan təhlillər zamanı aydın olur ki, Novruz bayramı şənliklərinin və tədbirlərinin kecirilməsi zamanı vətəndaşların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir. Bir cox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün secilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində xoşagəlməz hadisələrlə nəticələnən yanğınlar baş verir. Belə ki, pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xət-lərindən, elektrik və rabitə xətləri cəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımcı tikili-lərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
Güclü külək zamanı tonqal yandırmaq düzgün deyil. Bayram şənlikləri zamanı tonqallar tam sondürülənədək nəzarətdə saxlanılmalıdır. Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım sacanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması yanğın cəhətdən daha təhlükəlidir. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yanğın ocaqlarının yaranmasına səbəb olar.
Novruz bayramının bir bəzəyi də xonça bəzəmək, şam yandırmaqdır. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu uzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Bayram tədbirləri zamanı yanğın təhlükəsizliyi qaydalarına nəzarət gücləndirilməli, tədbir keciriləcək yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin edilməli və qabaqlayıcı tədbirlər görülməlidir.
Bayram tədbirləri və şənlikləri kecirilən zaman yanğın hadisələri ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verməyi unutmayın.
Novruz bayramınız mubarək!
Aran Regional Dövlət Yanğın Nəzarəti Bölməsi