MULTİKULTURALİZM HAQQINDA FİKİRLƏRİM, YAXUD MAKSİM QORKİNİN “DANKO HAQQINDA ƏFSANƏ”Sİ
Rus mütəfəkkir yazıçısı Maksim Qorkinin romantik bir hekayəsi var: “Danko haqqında əfsanə”. Əsərdə göstərilir ki, öz yurdunda sağlam və firavan yaşayan xoşbəxt bir tayfa vardı. Bir gün daha güclü bir tayfa onlara hücum çəkdi, onları günəş işığı belə görməyən zülmət bir yerə qovdu, doğma yurd-yuvalarından didərgin saldı. Torpağından didərgin düşənlər isə xoşbəxt ola bilməzlər. Sarı bülbül haqqında deyimdə olduğu kimi: Sarı bülbülə şah sarayında qızıldan qəfəs düzəltmişdilər. Lakin o oxumur, elə hey göz yaşı tökür, ahu-zar edirdi. Şah bülbülü qəfəsdən buraxdırdı və onu izləməyi əmr etdi. Bülbül uçub gedib boz bir biyabanda qaratikan koluna qondu. “Oxqay, vətənə gəldim, imana gəldim”, – dedi və cəh-cəh vurmağa başladı.
Yaxud bizim məşhur xalq bayatısında deyildiyi kimi:
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Mən, keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşam. Kəndimiz ermənilərin əhatə-sində yerləşirdi. Biz, azərbaycanlılar, rayonda azlıq təşkil edirdik, rayon rəhbərliyində yalnız partiya və komsomol komitələrinin ikinci katibləri ilə təmsil olunurduq.
1992-ci ilin fevralında uzunmüddətli blokadadan sonra kəndimiz işğal olundu. Biz didərgin düşdük…
Elə bil Qorkinin hekayəsini yaşayırdıq. Dünən bir tayfanın digərinə etdiyini bu gün bir millət digərinə etdi. Daha ətraflı »


Mərhum xalq şairimiz, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rzanın sözləridir. Gözəl sözlərdir, elə deyilmi? Məncə gözəldən də gözəldir! Bunun sübuta ehtiyacı yoxdur.
Multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Bu termin haqqında müxtəlif ölkələrdə müxtəlf təhlillər mövcuddur. Ümumilikdə multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyətdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşib. Azərbaycanın Asiya və Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynamışdır. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini-mədəni müxtəliflik və dəyərlər nəzərdə tutulur.
İndiki zamanda bir çox televiziya verilişləri kal armuda dönüb tı-xanıb bu xalqın xirtdəyinə–nə uda bilir, nə geri qaytara bilir.
Dövrünün müasir tipli uşaq bağçası–körpələr evi idi bu bina. Tikildiyi zamanda yaraşıqlı görkəmi, müasir avadanlığı, mehriban tərbiyəçiləri və gələcəyin gül balalarından ibarət sakinləri vardı bu bağçanın. Bu gün də var. Amma necə və kimlər? İndinin sakinləri gül-çiçəkli, buz bulaqlı dağlarını, illərnən tikib-qurduqları ev-eşiklərini, var-dövlətlərini qoyub gəlmiş, Ağdam, Ağdərə, Kəlbəcər rayonlarından qaçqın-köçkün düşmüş vətən övladlarımızdır.
Kəlbəcər mahalından qaçqın düşən Dağıstan Abdullayev 1993-cü ildən Tərtər rayonunun Ağkənd kəndində məskunlaşıb. Gəncə Dövlət Universitetini də elə 1993-cü ildə bitirib. O vaxdan da Ağkənddə yerləşən Kəlbəcər rayon 68 saylı orta məktəbində direktor müavini işləyir. Ailəlikcə kənd camaatına qaynayıb qarışıblar. Ailədə 4 nəfərdilər–özü, həyat yoldaşı və iki qızı.
1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub.
Həmin gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.kmə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.
31 avqust Qubadlı rayonunun işğal günüdür. 1993-cü ildə Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən və Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.kmdir. Hazırda rayonun 50 minədək əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır.
“Nankor” sözü dilimizdə işlədilən ən ağır sözlərdən biridir. “Nankor”, yəni “yediyi çörəyə kor baxan” mənasını verir. Və əlbəttə, bizim içimizdə də nankorlar vardır və deyərdim ki, az deyil, çoxdur. Bunlardan ən dözülməzi Vətənə qarşı nankorluqdur ki, bu əməlin sahibini nə qanun, nə yer, nə göy, nə də Allah bağışlamır.
Yeni ismarıclar