-Anacan, sən həqiqətən də istəyirsən ki, yeni ili evdə keçirim?
– Əlbəttə.
– Onda 31-i gecəsi harasa get.
***
Əziz Şaxta Baba, bəlkə bu il çoxlu pulla gələsən, hə?
“Əziz rus xanımları, bəsdir Şaxta Babadan kişi istədiniz! Artıq Tacikistan və keçmiş sovet ölkələrinin kişilərinin yarısı bizə köçüb”.
***
Əziz Şaxta Baba!
Mənə bu Yeni ildə əsl tapança hədiyyə elə. Yoxsa oyuncaq tapançanı gəzdirməkdən yoruldum.
İmza: Sahə müvəkkili
***
Uşağın:
– Şaxta Baba, sən doğruçusan? – sualından sonra Şaxta Baba sertifikatını, vergi bəyannaməsini, lisenziyasını uşağa göstərdi.
***
Bir qız Şaxta Babaya
Yeni il arzusunu deyir:
– Şaxta Baba, arıqlamaq istəyirəm.
-Bu çox çətin işdi.
-Mən hər şeyə hazıram.
-Onda gərək çənəni sındıram ki, yeyə bilməyəsən.
***
– Şaxta Baba ilə Qar qızın fərqini bilirsizmi?
Kürklərinə diqqət edin. Birinin düymələri sağdan sola, o birininki soldan sağa bağlanır.
Şaxta Baba psixiatrın yanına gəlib deyir:
-Həkim, kömək edin! Mən özümə inanmıram.
Ana balaca oğlunu danlayır:
– Bu söyüşü kimdən eşitmisən?
– Şaxta Babadan, ana.
– Ola bilməz.
– Olar. Əli qartopuyla Şaxta Babanın gözündən vuranda dedi.
***
Mağazada satıcı notbukların üzərindəki “750 manat” yazılı qiymət kağızını “550 manat”la əvəz edir.
-Nə əcəb birdən-birə qiymətləri belə ucuzlaşdırdız? – deyə alıcı soruşur.
Satıcının cavabı:
Yeni il endirimləri bitdiyi üçün
***
Bayram süfrəsi arxasında qadın ərinə şikayətlənir:
– Axı, mən qoyun dərisindən yox, su samuru xəzindən kürk istəyirdim?
Əri həyat yoldaşını sakitləşdirməyə çalışır.
– Su samuru ili olanda alaram.
***
– Yeni ili harda keçirirsiz?
– Heç vaxt yadımda qalmır. Sərxoş oluram.
***
Hər il yeni il qabağı arvad ərini hədələyir:
– Yeni ildən içkini tərgidəcəksən, bildin?
Kişisi isə gülümsəyərək fikirləşir: “Hardasa 15 ildir ki, evliyik, hələ də optimizmini itirməyib”.