DANIŞA BİLMƏDİM…
Hörmətli Elçin müəllim!
Siz Tərtərdə olarkən keçirdiyiniz tədbirdə cəmi iki kəlmə söz dediyimə görə peşimançılıq hissi məndən əl çəkmir. Qarabağ mövzusu ola, Qarabağda yaşayan jurnalist ola və danışmaya. Ancaq qorxdum ki, kövrələrəm, belə bir tədbirdə isə kövrəlmək istəmədim.
Özünüz də bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonundan biz bu odun-alovun içərisindəyik. 1993-cü ilin ilaxır gecəsi idi. Elə bil təbiət tərtərlilərin könlünü almaq üçün baharı vaxtından bir az da əvvəl gətirmişdi. Hər yan elə gözəl idi ki, belə bir vaxtda insan müharibənin dəhşətləri haqqında düşünmək istəmirdi. Amma müharibə gedirdi və bu, reallıq idi. Ona görə də biz Novruz bayramını nə qədər sevsək də, tək-tük adamlar həyətlərində tonqal qalamışdılar. Bayram aşı süfrələrə gəlməmiş, ermənilər şəhərimizi “Qrad” qurğularından atəşə tutdular. Səhəri necə açdığımızı bilmədik. Işə gələndə, redaksiyamızın binasını da, şəhərdəki bir çox evləri də darmadağın edilmiş gördük. Ölənlər də vardı.
Çox təəssüf edirəm ki, o zaman redaksiyamızın arxivi də dağıldı. Mən onda məsul katib idim. Mos-kva televiziyası “Vremya” verilişində dağılmış iş otağımı, yanmış qəzet qovluqlarını göstərmişdi.
Bir dəfə isə mərmi həyətimizə düşdü. Iki kiçikyaşlı qızımla evdəydik. Ayaqqabılarımızı geyinməyə macal tapmadıq. Daha ətraflı »
Yeni ismarıclar