Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt

    jgg123578Azərbaycan tarixinin ən mühüm günlərindən biri hər il oktyabrın 18-də qeyd edilir. Bu, Milli Müstəqillik Günüdür.
    XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
    1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd–Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi.
    Konstitusiya aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
    Bu mühüm tarix sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu, lakin müstəqqillik qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bu, bir tərəfdən Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi ilə, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət ilə bağlı idi. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
    İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.
    Bu gün Ulu Öndərin siyasi xəttini inamla davam etdirən ölkə rəhbəri İlham Əliyev müstəqilliyimizin daimi, əbədi olması uğrunda inamla çalışır. Elə buna görə də xalq onu ürəkdən sevir və ətrafında daim sıx birləşir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:43

    Teqlər:

İsmarıclar bağlıdır.