Zəngilan rayonu 1993- cü il oktyabr ayının 29- da erməni vandalları tərəfindən işğal olunmuşdur. Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara ( Əsgülüm və Süsən dağlarında) bura ibtidai insanların yaşayışından xəbər verir.
Zəngilan rayonu 1930- cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 707 kvadrat-kilometr, əhalisi isə 39.660 nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1 qəsəbə, 81 kəndi var idi. Mərkəzi Zəngilan şəhəri idi.
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazılıb. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da, digər rayonlarımız kimi, xəyanətin qurbanı oldu, təqvimimizdə daha bir qara günün sayı artdı. Ermənilərin hücumu iyunun 29- da oldu. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalmışdı. Oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombaladı. Beləlikə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmən əlinə keçmişdi. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşmüşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuş, bununla da Zəngilanın mühasirəsi başa çatmışdı. Təxminən 34 min nəfər əhali İran sərhəddinə-Araz çayının kənarına toplaşmışdı. Xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev onların köməyinə gəldi. O, İran höküməti ilə danışıqlar apardı. Araz çayı üzərindəki bənddə suyu bağlatdırdı. Yalnız bundan sonra əhali çayı keçib xilas oldu. 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmiryol stansiyası, 2 şərəb zavodu, konserv zavodu, dəmiryol deposu var idi.
Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıb.
Erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü Zəngilanın müdafiəsi zamanı qəhrəmancasına həlak oldu, 7 nəfər polis işçisi itgin düşdü. Zəngilan 200 nəfərdən çox şəhid verdi. 12.800 uşaq zərər çəkdi, 395 uşaq yetim qaldı, 44 nəfərin aqibəti bəlli deyil. 127 nəfər isə müharibə əlilinə çevrildi.
-
20Okt
Müəllif: Redaktor, 13:28
Teqlər: Digər