Azərbaycan! Mən azərbaycanlı olmağımla fəxr edirəm. Doğulub boya-başa çatdığım qəhrəman Tərtərimlə fəxr edirəm.
Azərbaycan xalqı qonaqpərvər, gözütox və sülhsevərdir. Xalqımız bütün dövlətlərlə dinc şəraitdə yaşamaq istəyir. Heç bir ölkənin torpağında gözümüz olmayıb. Lakin qərbdən bizimlə həmsərhəd olan Ermənistan dövlətinin nankor insanlarının gözləri əsrlər boyu torpaqlarımızda olub. Çörəyimizi yeyib, suyumuzu içib, bol-bərəkətli, sərvətli torpaqlarımızın sonuncu dəfə 20 % -dən çoxunu işğal etdilər. Müharibə zamanı yüzlərlə igid oğul və qızlarımız şəhid oldu.
Xalqımız müharibə istəmir. Müharibə heç bir dövlətə xeyir vermir. Buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev torpaqlarımızı sülh yol ilə qaytarmaq istəyir.Bu, mümkün oımasa, əlbəttə, müharibə labüddür. Ötən il aprelin 1-dən 2-nə keçən gecə xainlər cəbhəyanı yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutdular. Tərtərdə və kəndləri-mizdə çox dağıntılar oldu. Qəhrəman oğullarımız bu dəfə də erməniləri yerində otuzdura bildilər. Uğur əldə edən əsgərlərimiz strateji əhəmiyyətli əraziləri geri qaytardılar. Daha ətraflı »
-
31MarDigər TEZLİKLƏ QƏLƏBƏ ÇALACAĞIQ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
31MarDigər Erməni vandalizmi və onun acı nəticələri üçün şərhlər bağlıdır
TARİXİN QANLI GERÇƏKLİKLƏRİ
Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlıların (azəri türklərin) dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, qovulmağa məruz qaldıqları haqqında məlumatlar inkarolunmaz gerçəkliklərdir. 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə çirkin etnik təmizləmə, qırğınlar, talanlar törədən ermənilər daha hansı qəddarlıqları etməlidirlər ki, qulaqları kar olmuş bu dünya doğrunu doğru kimi eşitsin?!
1828-ci ildən bu yana İran və Türkiyədən gəlmə ermənilər «Böyük Ermənistan İmperiyası» yaratmaq xülyası altında millətimizə qarşı nə qədər qanlı münaqişələr, qətlamlar törətdilər! Bütün bunlara tarix şahiddir. Daha ətraflı » -
15MarDigər üçün şərhlər bağlıdır
“…ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir.”
İlham Əliyev,
Azərbaycan Respublikasının
PrezidentiTeqlər: Digər
-
15MarDigər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri Mehriban xanım Əliyevaya üçün şərhlər bağlıdır
Hörmətli Mehriban xanım!
Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız xəbəri tərtərliləri də həddindən çox sevindirdi.
Desək ki, Sizi Tərtərdə çox sevirlər, bu, azdır, Sizi bütün Azərbaycanda, hər bir ailədə, hətta Azərbaycanın hüdudlarından uzaqlarda da sevirlər. Siz Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili kimi geniş və çoxşaxəli ictimai fəaliyyətinizlə, humanistliyiniz və xeyirxahlığınızla insanların böyük hörmətini qazanmısınız.
Ulu Öndər Heydər Əliyev ocağının layiqli bir nümayəndəsi kimi, Siz ölkəmizin dünya miqyasında geniş tanınması və yüksək nüfuz sahibi olması üçün yorulmadan çalışırsınız. İndi böyük sevinc hissi ilə qarşılamağa hazırlaşdığımız Novruz bayramı məhz Sizin təşəbbüsünüz əsasında UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil olmuşdur. Xal-qımızın digər milli-mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində də dəyərli işlər görürsünüz. Daha ətraflı »Teqlər: Digər
-
15MarDigər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya üçün şərhlər bağlıdır
Hörmətli Mehriban xanım!
Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir, ölkəmizin daha da çiçəklənməsi naminə xeyirxah və yorulmaz fəaliyyətinizdə yeni-yeni zirvələr fəth etməyinizi arzulayıram.
Hər bir azərbaycanlı qadın üçün Siz humanistlik, nəciblik, xeyirxahlıq simvolusunuz. Biz Sizinlə fəxr edirik. Ən çətin məqamlarda Siz ümid yerimizsiniz. Təsadüfi deyil ki, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu indiyədək minlərlə insanın müraciətini həll edərək, onlara sonsuz sevinc bəxş etmişdir. Heydər Əliyev Fondunun xeyirxah layihələri təkcə ölkəmizi əhatə etmir. Odur ki, Sizi Azərbaycanın hüdudlarından kənarda da sevirlər, rəğbət bəsləyirlər.
Hörmətli Mehriban xanım!
Hər bir qadının, ananın ən böyük arzusu sülhdür, əmin-amanlıqdır. Əminik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan zati-aliləri İlham Əliyevin düsünülmüş siyasəti və Sizin sülhsevər fəaliyyətiniz nəticəsində tezliklə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaq, işğal altında olan torpaqlarımız erməni tapdağından tə-mizlənəcək.
Hörmətlə,Fitat Əliyeva,
Qapanlı kənd tam orta məktəbinin direktoruTeqlər: Digər
-
15MarDigər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri xanım Mehriban Əliyevaya üçün şərhlər bağlıdır
Hörmətli Mehriban xanım!
Ölkəmizin inkişafı naminə böyük səylərinizin zati-aliləri Prezident İlham Əliyev tərəfindən dəyərləndirilərək Birinci vitse-prezident vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz öz qabiliyyətiniz, mehribanlığınız, humanistliyinizlə Azərbaycan cəmiyyətinin böyük rəğbətini və hörmətini qazanmısınız.
Tərtər ictimaiyyəti, tərtərli qadınlar əmindirlər ki, Sizin yeni vəzifəyə təyin olunmağınız ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bu qərarına görə bütün tərtərlilər adından möhtərəm Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Əziz Mehriban xanım, Prezident İlham Əliyevə və Sizə cansağlığı, xalqımızın rifahı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,Sofya Həsənova,
təqaüdçüTeqlər: Digər
-
15MarDigər NOVRUZ BAYRAMINDA YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINA CİDDİ ƏMƏL OLUNMALIDIR üçün şərhlər bağlıdır
Aparılan təhlillər zamanı aydın olur ki, Novruz bayramı şənliklərinin və tədbirlərinin kecirilməsi zamanı vətəndaşların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir. Bir cox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün secilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində xoşagəlməz hadisələrlə nəticələnən yanğınlar baş verir. Belə ki, pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xət-lərindən, elektrik və rabitə xətləri cəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımcı tikili-lərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
Güclü külək zamanı tonqal yandırmaq düzgün deyil. Bayram şənlikləri zamanı tonqallar tam sondürülənədək nəzarətdə saxlanılmalıdır. Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım sacanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 103.1-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:
Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti təyin edilsin.İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2017-ci ilTeqlər: Digər
-
07MarDigər RAYONUMUZUN İNKİŞAFINDA TƏRTƏRLİ QADINLARIN ƏMƏYİ BÖYÜKDÜR üçün şərhlər bağlıdır
Azərbaycan qadınları tarix boyu fədakarlıqları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə seçiliblər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra zərif cinsin nümayəndələri öz istedad və bacarıqlarından daha geniş şə- kildə istifadə etmək imkanı qazanıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmışdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. Daha ətraflı »
Teqlər: Digər
-
07MarDigər Azərbaycanın Milli Qəhrəmanları üçün şərhlər bağlıdır
MÜBARİZ İBRAHİMOV:
BU, ƏFSANƏ DEYİL, HƏQİQƏTDİRMübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağrılıb.
O, 2007-ci ildə çavuş rütbəsində hərbi xidmətini başa vursa da, mülki işlərdə rahatlıq tapa bilməyib. Məhz ürəyinin istəyi ilə 2009-cu ildə yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan ordusunun çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra ilə düşmənin silahlarından onların özlərinə qarşı istifadə edərək, 5 saat təkbətək döyüşür. Erməniləri ağır itkilərə məruz qoyur, zəif cinahlarını üzə çıxarır. Cəsur döyüşçü səhər saatlarında qeyri-bərabər vuruşmada qəhrəmancasına şəhid olur. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar