VƏTƏNƏ BAĞLI OĞULLARIMIZ

Azərbaycan ordusunda xidmət edən əsgərlərimizin daim bir amalı olub–işğal altında olan torpaqlarımızı geri qaytarmaq. Bir çox təzyiqlərlə üzləşən vətənimiz heç zaman öz vüqarını, əzəmətini itirməyib. Torpağımız uğrunda neçə-neçə oğullarımız döyüş vəzifəsini yerinə yetirərkən yaralanıb, şəhid olub. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin dili ilə desək “Vətən borclu deyil, biz borcluyuq Vətənə”. Əgər kiminsə ailəsində torpağımız uğrunda həlak olan və ya yaralanan varsa o ailə bununla qürur duymalıdır. Ölkə Prezidenti İlham Əliyev şəhid, əlil, veteran ailələrinə xüsusi diqqət ayırır, onları həmişə dövlət qayğısı ilə əhatə edir.
Bu yazımda ordu sıralarında peşəkar xidmət göstərən, vətənin keşiyində layiqincə duran rayonumuzun iki veteranından söz açacağam. Bəlkə də çoxlarınızın tanıdığı İlqar Məcid oğlu Hüseynov 1967-ci il fevralın 21-də Tərtər şəhərində anadan olub. İlk təhsilini 5 nömrəli elm ocağında, davamını isə 96 nömrəli texniki peşə məktəbində alıb. Əvvəllər beton zavodunda qaynaqçı işləyib. Daha ətraflı »


Məlumdur ki, 90 yaşdan yuxarı insanlarımız evimizin, elimizin ağsaqqalı, ağbirçəyi hesab olunur. Onların yaşaması ocağımızın hərarətini artırır, bin-bərəkətimizə səbəb olur. Qayğılarla dolu bu qarışıq dünyamızda çox az ailələr tapılar ki, orada bu yaşda ağsaqqal, ağbirçəklərimizə təsadüf edilsin. Belə insanlarımızın ağıllı, ibrətamiz məsləhətlərinə, milli dəyərlərimizdən, adətlərimizdən, söz-sənət dünyamızdan söylədikləri incilərə həmişə, hər yerdə ehtiyacımız var. Nə yaxşı ki, az da olsalar var, onlar.
Hörmətli oxucular!
Aprel zəfərinin üçüncü ildönümü respublikamızda böyük coşqu ilə qeyd edilir.
Bir faciə yaşadın. Bu, həyatın son faciəsiydi– ölüm faciəsiydi. Səsində tək bir ananın deyil, bir elin, obanın fəryadı vardı, qanına qəltan olmuş körpə, cavan, qoca… günahsız insan ruhlarının fəryadı inləyirdi, bu Xocalı fəryadıydı. Bunu hər kəs edə bilməzdi. Amma sən bacardın, öhdənə götürdüyün işi sona çatdırdın. Digərlərinin bu məşəqqəti çiyinlərində daşımağa cəsarəti çatmazdı. Amma sən ürək yanğınla, səmimiyyətinlə, nalənlə bacardın. Elə bu fəryadla da yaddaşlara hopdun, xatirələrdə qaldın, Aybəniz xanım! Bəlkə də elə ilk zərbəni onda aldın, sən!
Bu günkü Azərbaycan öz uğurlu uçuşları ilə çoxlarını heyrətləndirən polad qanadlı nəhəng bir təyyarəyə bənzəyir. Bu təyyarə çox qısa bir zaman kəsiyində heç də adi rəqəmlərlə ifadə olunmayacaq saysız-hesabsız uğurlara imza atmış qüdrətli bir xalqın böyük iradəsini, gücünü, qüdrətini nümayiş etdirdikdən sonra yenidən daha uğurlu uçuşa start götürmək ərəfəsindədir.
Dördgünlük müharibə —2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Milli Qəhrəman Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmışdı. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirmişdi. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdu.
Mətbuat ən qədim və maraqlı informasiya vasitəsidir. Hələ televiziyanın, radionun olmadığı zamanlarda insanlar bütün xəbərləri mətbuat vasitəsilə əldə edirdilər.
Yeni ismarıclar