Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    Doğma qəzetim “Yeni Tərtər”! 85 yaşın mübarək! Başına topladığın yazarların sözü kəsərli, qələmi iti olsun!
    Əmək fəaliyyətimin nə az, nə azacıq, düz 23 ili səninlə bağlıdır. Gəncliyimi səninlə keçirdim, qələmim səninlə püxtələşdi. Dördündən üç adında imzam oldu. 7 il susanda səninlə birgə biz jurnalistlər də ağrı-acı çəkdik. Bu illərdə qəzetin dərdi-sərinə şəms kimi yanan Əmiraslan Şəmsini itirdik. Həmişə fikirləşirəm ki, qəzetin fəaliyyəti dayanmasaydı, Əmiraslan müəllim hələ yaşayardı… Nə isə…
    Səninlə bağlı qəmli günlərimiz də olub, şən günlərimiz də. İndi redaksiyada işləməsəm də, yenə də sən mənə doğmasan, jurnalist adı mənə həmişə qürur verib.
    Təbrik edirəm səni, əziz ustad! 85 illiyin mübarək! 85 ildə nə qədər doğmaların sənin qoynundan pərvazlanıb! İlk addımlarını burda atanlar həmişə uğur qazanıb. Bu gün öyünməyə haqqın, deməyə sözün var.
    Ad günün mübarək,”Yeni Tərtər”!

    Hörmət və ehtiramla,
    Svetlana ƏZİZOVA,
    jurnalist

    Müəllif: Redaktor, 09:52

İsmarıclar bağlıdır.