Sözün həqiqi mənasında hər sahədə azadlıq və sərbəstlik çox gözəl şeydir. Ölkələrin, xalqların, millətlərin, cəmiyyətlərin bir sözlə, insanın azadlığını heç nə ilə əvəzləmək olmaz. Zaman-zaman azadlıq uğrunda mübarizələr, müharibələr aparılıb, minlərlə, milyonlarla şəhidlər verilib, könüllü qurban gedənlər olub və bu ənənə indi də davam edir.
Azadlıqların içində ən mühüm olanlardan biri də söz, fikir azadlığıdır. Belə şəraitdə cəmiyyətin azadlığı təmin olunur və inkişaf hər yerdə öz inikasını tapır, tənqid və özünütənqid ruhu güclənir, ictimai rəy saflaşır və böyük təsir gücünə malik olur.
Çatışmazlıqları və səhvləri açıq, qərəzsiz tənqid etmək yekunda ictimai mühitin saflaşmasına zəmin yaradır, neqativ halların aradan qaldırılması prosesi sürətlənir və beləliklə də insanın həyat tərzi yaxşılaşır. Daha ətraflı »
-
28SenDigər MƏTBUAT TƏRBİYƏSİZLİK MƏKANI DEYİL üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
28SenDigər ŞƏHİDLİYƏ TƏLƏSƏN OĞUL üçün şərhlər bağlıdır
“Qəhrəmanlıq məqsədə doğru gedərkən öz həyatını hesaba almayan insanın düşüncə tərzidir”. Demokrit
Tərtərlilər uzun illərdir ki, mərmi partlayışlarının səsi altında yaşayırlar. Artıq bir nəsil müharibə şəraitində doğulub, boya-başa çatıb. Onlarda vətənpərvərlik hissləri xüsusilə güclüdür. Çünki gözlərini dünyaya açandan erməni vəhşiliyini görüblər. Böyüklərin bu barədə söhbətlərini eşidiblər.
Hər birinin ürəyində intiqam hissi alovlanıb. Bu hiss bütün arzularını üstələyib. Belə gənclərdən biri də 1989-cu ildə Tərtərdə dünyaya göz açan İsgəndərov Nicat Bəhruz oğludur –bizim Aprel şəhidimiz, Lələtəpə fatehlərindən biri. Daha ətraflı »Teqlər: Digər
-
20SenDigər üçün şərhlər bağlıdır
2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
20SenDigər 21 sentyabr Beynəlxalq Sülh Günüdür üçün şərhlər bağlıdır
SÜLH İNKİŞAFIN ƏSAS TƏMƏLİDİR
Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır–Sülh! Sülh–əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh–azadlıq, bərabərlik və ədalətdir. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sabit şəraitdə yaşamalı olan insanlar bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.
1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Daha ətraflı »Teqlər: Digər
-
10SenDigər Rauf Həsənzadə Unutsaq unudularıq… üçün şərhlər bağlıdır
Satqınlığın anatomiyası
Hələ də öz doğma adlarına qayıtmayan ərazilərimiz var.
1935-ci ildən bu yana nəzər salsaq görərik ki, Aykakan Sovetakan Sosialistakan Anrapetutyun Ali Sovetinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə nə qədər kəndin adı tarixdən silinmiş, erməniləşdirilmişdir. Daha ətraflı »Teqlər: Digər
-
30AvqDigər TƏRTƏRİN SİMASINI DƏYİŞDİRƏN SƏFƏRLƏR üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin Tərtərə hər səfəri yeniliklərlə yadda qalır. 2006-cı il martın 1-də Tərtərə ilk dəfə Prezident kimi səfər edən cənab İlham Əliyev deyib: “Bu, mənim Tərtərə ilk gəlişimdir. Mən Tərtər rayonunda olmamışdım. Bu gün çox şadam ki, buradayam. Əminəm ki, bundan sonra tez-tez gələcəyəm. Həmişə sizinlə birlikdə olacağam”.
Məhz bu səfərdən sonra Tərtərin tarixində yeni dövr başlandı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayon mərkəzində və kəndlərdə geniş tikinti-quruculuq işləri vüsət aldı. Bu dövrdə ilk növbədə infrastruktur layihələrin icrasına diqqət yetirildi. Daha ətraflı »Teqlər: Digər
-
30AvqDigər TƏRTƏRDƏ DƏ XALÇA TOXUNACAQ üçün şərhlər bağlıdır
Bilirik ki, Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərini bəzəyir. Onu da bilirik ki, xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsusdur. Son illər bu sahəyə dövlət səviyyəsində daha böyük qayğı göstərilir.
İndi Tərtər şəhərinin Nizami küçəsində də “Azərxalça” ASC tərəfindən xalça istehsalı emalatxanasının tikintisinə başlanmışdır. Bu məqsədlə 0,42 hektar torpaq sahəsi ayrılıb. Emalatxana istifadəyə veriləndən sonra burada 180 nəfər qadın çalışacaq. Bu xəbər tərtərli qadınlarla yanaşı, rayonumuzda məskunlaşan qaçqın və məcburi köçkün ana və bacılarımızı da çox sevindirib. Axı onların da arasında bu qədim peşənin sirlərinə dərindən bələd olanlar var.
Öyrənmişik ki, inşaat işləri ilin sonunadək başa çatdırılacaq. Bu, o deməkdir ki, qızlarımız Tərtər şəhərində toxunan xalçalardan da cehiz aparacaq, evlər, muzeylər bəzənəcək.Nigar ƏMRAHOVA,
Tərtər şəhərinin sakini
“Azərbaycan”Teqlər: Digər
-
30AvqDigər QUBADLININ İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır
QUBADLI HƏSRƏTİ SƏNGİMİR Kİ…
(RƏFİQƏM SVETLANAYA MƏKTUB)
Mənə Qubadlıdan danış, xatirələrini dilə gətir, deyən qələm yoldaşım, jurnalist bacım Svetlana, Qubadlı mən deməkdir, bütün hüceyrələrim, beyin toxumalarım, damarlarım Qubadlıyla dop-doludur, nədən danışım, nəyi yada salım? 25 il keçdi, amma yurd həsrətim, yanğım heç səngimədi. Təbiətin səxavətlə gözəllik bəxş etdiyi, torpağının altı da, üstü də xəzinə olan, havası məcun, suyu zəmzəm yurdumu elə görmək istəyirəm ki. Razıyam, ayağımı o torpağa basdığım, havasını ciyərlərimə çəkdiyim gün həyatımın son günü olsun, amma olsun. Daha ətraflı »
Teqlər: Digər
-
30AvqDigər XARİCDƏ YAŞAYAN HƏMYERLİLƏRİMİZ üçün şərhlər bağlıdır
ÜRƏKLƏRİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR
Həyatda sevdiklərimiz çoxdur. Analar, atalar, qardaş-bacılar, övladlar, qohum-əqraba, qonum-qonşu, dost-yoldaş, yaşadığımız doğma ocağımız, kəndimiz, şəhərimiz, dağımız-bağımız, gül-çiçəyimiz və ila-xır. Sevgimizin ən ulusu Allahımıza və vətənimizə aiddir. Allahımız itaət və and ye-rimizdir, vətənimiz isə qürur yerimiz, toxunulmaz-bölünməz məkanımızdır. Harada yaşamağımızdan asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsi ilə qürurlanır. Vətənimiz evimizdən, küçəmizdən, kəndimizdən, şəhərimizdən başlayaraq bütöv ölkəmizlə tamamlanır, doğma Azərbaycan deyilən bir məmləkətə çevrilir. Bu məmləkətin övladları təkcə ölkəmizdə yaşamırlar. Minlərlə soydaşımız xarici ölkələrdə yaşayırlar, ölkəmizin təmsilçisinə çevrilirlər. Daha ətraflı »
Teqlər: Digər
-
30AvqDigər UŞAQLARDA ASILILIQ NECƏ YARANIR? üçün şərhlər bağlıdır
Bu yaxınlarda bir evə qonaq getmişdim. Ailədə kiçik yaşlı uşaqlar vardı. Gənc ana nə qədər çalışırdısa, onları sakitləşdirə bilmirdi. Balacalar bir-biriləri ilə aqressiv davranır, tez-tez ağlayırdılar. Bunu görən nənə uşaqları qonşu otağa apardı və bununla da bütün səs-küy kəsildi. Sanki heç bu evdə uşaq yox imiş. Təəccübləndiyimi görən nənə dedi:
–Uşaqlara cizgi filmi qoymuşam, baxırlar. Evdə sakitçiliyi ancaq bu yolla yarada bilirik.
Söhbətimiz bir saatdan artıq davam etdi. Bu müddətdə uşaqlar televizorun qarşısından durmadılar.
Psixoloqlar deyirlər ki, 2-6 yaş arasındakı uşaqlar erkən yaş qrupuna aiddirlər. Bu dövrlərdə əsasən əzələlərin inkişafı başlayır. Ona görə də oyaq olan vaxtlarını onlar oynamaqla keçirməlidirlər ki, həmin oyunlar böyümələrinə və inkişaf etmələrinə səbəb olsun. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar